Sual: Bu vəzifədən nə gözləyirsiniz?
Burada əsas məqsəd sizin səylərinizlə işin təsvirinin üst-üstə düşməsini və sizin bu
vəzifəni nə dərəcədə dərk etdiyinizi müəyyən etməkdir.
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
75
Siz elə şeyləri seçməlisiniz ki, sizin gələcək işinizə birbaşa aid olsun. Bəzi
müsahibə götürənlər müsahibəyə vəzifə haqqında qısa məlumatla başlarlar. Bu
qiymətli məlumatı siz başqa cür ifadə edə bilər və ya təkrarlamaqla müvafiq
suallara cavab verə bilərsiniz. Fərz edək ki, müsahibə götürən şöbəyə idmanla
məşğul olan idmançıların fiziki, nəzəri, texniki idman hazırlığının artırılmasını
təmin etməyi bacaran bir mütəxəssis lazımdır. Siz bu məlumatı belə istifadə edə
bilərsiniz: “Mən gələcəkdə idman məşqlərinin aparılma metodlarını təkmilləşdirmə
imkanlarını dəyərləndirirəm, həmçinin gördüyüm işlərin nəticələrini ümumiləşdirir
və təhlil edirəm. Bu yaxınlarda mənə regionlardakı işlərin təhlili ilə əlaqədar
təşəkkür elan edilib. Bununla belə mən çox istərdim ki, bu işimdə beynəlxalq
fəaliyyətlərin elementləri də olsun. Hesab edirəm ki, bu vəzifə mənim indiki təhlil
bacarıqlarımı tamamlamaqla beynəlxalq şirkətlərlə olan əlaqələrin də bu
fəaliyyətlərimə daxil olması ilə daha da genişlənəcəkdir.”
Tapşırıq. Müəllimi seşiminə uyğun spontan nitq söyləyin. Nitq zamanı monoloji
nitqin nəqletmə, təsviri, məlumatverici, daxili, inandırma və təbliği növlərin hər
hansı birindən istifadə edin.
Nümunə:
Spontan və ya ekspromt nitq. Şifahi monoloji nitqin bir forması da spontan, yəni
xüsusi hazırlıq olmadan, bədahətən söylənilən nitqdir. Danışıqda improvizasiya
kimi xatırlanan belə tez, sürətli, qabaqcadan düşünülməmiş nitqə ekspromt da
deyilir. Ekspromt nitq əvvəlcədən planlaşdırılmadığından çoxları üçün çətindir.
Ani vaxt ərzində, elə danışıq məqamında öz fikrini cəmləşdirib nədən və necə
danışacağını, öz mülahizə və fikirlərini hansı tərzdə çatdıracağını hər adam
bacarmır. Spontan nitqdə danışanın həyat təcrübəsi, dünyagörüşü, zəngin
müşahidələri, müəyyən hadisə və məsələlərə bələdliyi böyük rol oynayır. Belə şəxs
istənilən şəraitdə öz fikrini toplamağı, ona münasib söz, ifadə tapmağı, nitqini
düzgün və dəqiq cümlələrlə çatdırmağı bacarır.
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
76
Dostları ilə paylaş: |