AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
92
ad günümü, bu il isə fərqli və bir ilk olaraq online dərsdə tələbələrim ilə birlikdə
qeyd edirəm. Bu da həyatımın ən xoş anlarından biridir. Karantin olduğu üçün nə
qohumlarım, nə də övladlarım məni ziyarətə gələ bilmədi. Amma bu özü də mənim
üçün bir xoşbəxtlikdir ki, siz tələbələrə elm öyrədirəm”. O gün - 28 aprel günü
müşahidələrim əsasında daha gözəl anlamışdım Müəllim fədakarlığını, daha gözəl
duymuşdum Müəllim dəyanətini... Çünki, həyatının özəl bir günü olmasına
baxmayaraq, Məhəmməd müəllim dərs saatını dəyişməmişdi, dərsi təxirə
salmamışdı. Yenə də bizə dərs cədvəli üzrə eyni gün, eyni saatda xüsusi şövqlə
fənnini tədris edir və elm öyrədirdi.
Məmmədov Həmid – Avtomobil texnikası kafedrasının dosenti... Həmid müəllim
1946-cı il təvəllüdlüdür. Onun tədris etdiyi fənn başdan-başa qrafik və düsturlardan
ibarətdir. Bu fənni online formada tədris etmək heç də asan məsələ deyildi; ekranı
görməkdə çətinliklər yaşanırdı. Həmid müəllim isə lazım gələrsə, dərs saatları
bitdikdən sonra belə bizimlə məşğul olmaqdan usanmazdı; hər bir çətin başa
düşüləsi materiallar üzrə əlavə şərhlər verər, eyni sualı dəfələrlə soruşsaq belə
səbrlə, təmkinlə izah edərdi. Sorğularımıza tam aydınlıq gətirmədən rahat ola
bilmirdi. Yalnız ZOOM proqramı
ilə deyil, whatsapp səs yazılarından da təkrar-
təkrar istifadə etməklə tədris materiallarını bizə çatdırırdı.
Mirhəmid Həmidov – Avtomobil texnikası kafedrasının dosenti... Pandemiya
dövründə digər müəllimlər qədər Mirhəmid müəllimin də əziyyəti böyük oldu.
Mirhəmid müəllim internetdə problem yaşanan kimi ənənəvi olaraq telefon
vasitəsilə əlaqə yaradaraq, proqram materiallarını bu üsulla izah etməyə çalışardı.
ZOOM-da dərsimiz alınmadısa, başqa vasitələrə müraciət edər, hər vəchlə
dərslərimizin təxirə salınmasına imkan verməzdi. Bütün imtahan suallarını çox
sadə və başadüşüləsi üsullarla izah edər və bizi imtahana xüsusi bir şövqlə
hazırlayardı.
Şirinova Nailə - İctimai fənlər kafedrasının baş müəllimi... “Multikulturalizm”
fənnini bizə yorulmadan, böyük sevgi ilə tədris edərdi. Qeyd edim ki, bu
pandemiya dövründə ən çox müraciət etdiyim, vaxtını daha çox aldığım
müəllimlərimdən oldu Nailə xanım. Proqram materialları ilə bağlı hər bir
müraciətimə can-başla yanaşar, yorulmadan, usanmadan sorğularımı
cavablandırardı. Üzrxahlıq etdikdə isə “qızım, heç narahat olmayın, nə vaxt olsa
müraciət edin, əksinə mən bundan xoşhal oluram və bütün yorğunluğum çıxır” -
deyə qarşımızda işgüzarlığını və fədakarlığını nümayiş etdirirdi. Uzun dəqiqələrə