AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
8
Rəsmi işgüzar üslub standart formalardan kənara çıxmır
və onun tarixi təkamül
prosesi məhz elə bu cür formalaşmışdır. Bu üslubun tarixi dövlətçilik, müstəqillik
ənənələri ilə bağlıdır. Müstəqillikdən əvvəlki dövrlərdə ərəb, fars, rus dillərinin təsiri
ilə bu üslubun fəaliyyətinə imkan verilməmişdir. Təbii ki,
bu da rəsmi işgüzar
üslubun milliliyinə xələl, ziyan gətirmişdir. Hal-hazırda
Azərbaycan dövlətinin
müstəqilliyi, dogma ana dilimizin dövlət dili kimi işlənməsi rəsmi işgüzar üslubun
funksional imkanlarını genişləndirir. Rəsmi işgüzar üslub rəsmi və işgüzar
sənədlərin dilini əhatə edir.
Rəsmi sənədlərə konstitusiya, qanun, qərar, kodeks,
sərəncam, fərman, əmr və s. işgüzar sənədlərə tərcümeyi-hal, ərizə, bildiriş, elan,
arayış və s. daxildir.
Rəsmi sənədlər barədə bunları bilmək gərəklidir:
Ø
rəsmi sənədlər dövlət, yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi
qaydada, yəni rəsmi şəxsin imzası, möhürü və s. ilə təsdiq olunan sənədlərdir;
Ø
rəsmi sənədləri xüsusi mütəxəssislər hazırlayır. Bu sənədlər müxtəlif
səviyyələrdə müzakirə olunur və qəbul edilir;
Ø
rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olur, tarixi əhəmiyyət daşıyır;
Ø
rəsmi sənədlərlə dövlətlərarası və dövlətlərdaxili münasibətlər tənzimlənir;
Ø
rəsmi sənədlərdə maksimum mükəmməllik gözlənilir, fikrin birmənalılığına,
aydınlığına, hüquqi əsaslığına diqqət yetirilir;
Ø
rəsmi sənədlər quruluşuna görə bölmələrə, maddələrə, bəndlərə ayrılır.
İşgüzar sənədlər barədə isə aşağıdakıları bilmək vacibdir:
Ø
işgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır.
Həcm etibarilə, adətən,
rəsmi sənədlərdən kiçik olur;
Ø
rəsmi sənədləri,
bir qayda olaraq, mütəxəssislər tərtib etdiyi halda, işgüzar
sənədlər hər bir şəxs özü hazırlaya bilər;
Ø
işgüzar sənədləri yazmaq üçün çox vaxt hazır formalar olur. Hazır formaların
olması ona görə vacibdir ki, artıq vaxt getməsin, sənəddə artıq sözlər, ifadələr
işlədilməsin, imla xətalarına və qüsurlu cümlələrə yol verilməsin.
Müxtəlif cür anlaşılan sözlərə, cümlələrə yer verilən sənəd nöqsanlı hesab olunur.
Məktublar rəsmi işgüzar sənədin ən sərbəst formasıdır.
Dostları ilə paylaş: