Microsoft Word yeni vəSAİT. docx


Şəxsi sənədlərin növləri və tərtibi qaydalarına aid nümunələr və kommunikativ



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə77/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   73   74   75   76   77   78   79   80   ...   131
ADIAK-YENI VƏSAİT

 
Şəxsi sənədlərin növləri və tərtibi qaydalarına aid nümunələr və kommunikativ 
məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər. 
Tapşırıq: Suallara cavab verin. 
1. Şəxsi sənəd növlərin hansılardır? 
2. Tərcümeyi-halın hansı məcburi elementləri vardır?
3. CV hazırlayarkən hansı məlumatlara diqqət yetirmək lazımdır? 
4. CV yazarkən ən çox edilən səhvlər hansılardır? 
5. CV rezümedən nə ilə fərqlənir? 
6. Xülasəni yazarkən hansı xüsusiyyətlər nəzərə alınmalıdır? 
7. Ərizəyə verilən tələbləri və ərizənin quruluşunu izah edin. 
 
Tapşırıq. Verilmiş nümunəyə uyğun Tərcümeyi-hal  hazırlayın və təqdim edin. 
Nümunə 
TƏRCÜMEYİ-HAL 
Mən, Məmmədov Əhməd Səməd oğlu, 1970-ci ildə Bakı şəhərində anadan 
olmuşam. 1976-cı ildə Bakı şəhərindəki 42 nömrəli məktəbin birinci sinifinə daxil 
olmuş, 1986-cı ildə oranı bitirmişəm. Həmin il Azərbaycan Dövlət Pedaqoji 
İnstitutunun (indiki ADPU-nun) birinci kursuna qəbul olmuş, 1990-cı ildə isə fizika 
müəllimi ixtisası alaraq ali təhsilimi başa vurmuşam. 
1990-1993-cü illərdə ordu sıralarında xidmət etmişəm. 1993-cü ildən indiyə 
qədər Bakı şəhərində 34 nömrəli orta məktəbdə fizika müəllimi işləyirəm.


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
117 
Atam – Məmmədov Səməd Məmməd oğlu, təqaüdçüdür. 
Anam – Məmmədova Nazilə Cəbrayıl qızı, təqaüdçüdür. 
Evliyəm. Həyat yoldaşım – Məmmədova Fidan Rəsul qızı evdar xanımdır. 
Oğlum – Məmmədov İlkin Əhməd oğlu Bakı Dövlət Universitetinin III kurs 
tələbəsidir. 
Qızım – Məmmədova Əfsanə Əhməd qızı Azərbaycan Dövlət Tibb 
Universitetinin I kurs tələbəsidir. 
Yaradıcı əməyimə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri 
Fərmanını almışam. 
 
İmza: Əhməd Məmmədov 
12 iyul 2020-ci il 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin