Microsoft Word yeni vəSAİT. docx



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə88/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   84   85   86   87   88   89   90   91   ...   131
ADIAK-YENI VƏSAİT

Məhdudiyyətlər 
Bu Anlaşma Memorandumu üzrə Tərəflər arasında əməkdaşlıq Tərəflərin milli 
qanunvericiliyi 
ilə 
məhdudlaşır. 
Bəzi 
layihələrlə 
bağlı 
başqa 
cür 
müəyyənləşdirilmədiyi təqdirdə, Tərəflər büdcə resurslarına uyğun olaraq hərəkət 
edəcəklər. 
Maddə 7 
Fikir ayrılıqlarının həlli 
Bu Anlaşma Memorandumunun tətbiqi zamanı yarana biləcək hər hansı fikir 
ayrılığı Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir. 
Maddə 8 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
133 
Əlavələr və dəyişikliklər 
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna istənilən əlavələr 
və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma 
Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında 
rəsmiləşdiriləcək və 9-cu maddənin müddəalarına uyğun olaraq qüvvəyə 
minəcəkdir. 
Maddə 9 
Qüvvəyəminmə və qüvvədəolma müddəti 
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq 
dövlətdaxili prosedurların tamamlanmasını təsdiq edən Tərəflərin sonuncu yazılı 
bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minəcəkdir. 
Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri 
ən azı 60 (altmış) gün əvvəl onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik 
kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti 
beşillik müddətə uzadılacaqdır. 
Tərəflər başqa cür razılaşmadıqları təqdirdə, bu Anlaşma Memorandumunun 
ləğv edilməsi mövcud və ya davam edən fəaliyyətlərə tamamlananadək təsir 
etməyəcəkdir. 
Bakı şəhərində 2017-ci il 31 oktyabr tarixində, hər biri Azərbaycan, türk və 
ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər 
autentikdir. Təfsirdə fikir ayrılıqları yarandığı təqdirdə, ingilis dilindəki mətnə 
üstünlük veriləcəkdir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin