AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
148
2. Paylaşılan materialının məzmunu və xarakteri. Məsələn, peşəkar fəaliyyətin
aktual məsələlərinin işıqlandırıldığı paylaşımda avtoritar intonasiya, sərt
mülahizələr yolverilməzdir. İnsanlara daha çox inam nümayiş etdirmək, bu
prosesində onlarla məsləhətləşmək lazımdır. Bu zaman dostyana şəkildə
fikir mübadiləsi, biliklərinizi qarşılıqlı surətdə zənginləşdirmək arzusunun
açıq göstərilməsi kommunikativ ünsiyyətin etibarli variantıdır.
3. Paylaşım edənin öz şəxsi-işgüzar keyfiyyətlərini, insanlara şərh etmək
istədiyi problemlərə peşəkar bələdliyini obyektiv şəkildə qiymətləndirməsi.
Elmi-iqtisadi və əməli hazırlığını qiymətləndirərkən nə çox yüksəyə
qalxmaq, nə də olduqca aşağı enmək lazımdır. Şəxsi kommunikasiya
keyfiyyətlərini tənqidi şəkildə qiymətləndirmək lazımdır. Paylaşım edən
ünsiyyət texnikası üzərində ciddi düşünməli, ünsiyyət prosesində özünü
nəzarətdə saxlamalıdır.
Dostları ilə paylaş: