Microsoft Word yeni vəSAİT. docx


Kommunikasiya haqqında anlayış



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə3/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   2   3   4   5   6   7   8   9   ...   131
ADIAK-YENI VƏSAİT

Kommunikasiya haqqında anlayışKommunikasiya [communikato-rabitə, 
əlaqə] latın sözü olub, informasiya mübadiləsi, informasiyanin ötürülməsi
mənalarda istifadə olunur. Ünsiyyət insanlar arasında təmasın yaranması və 
inkişafı prosesi kimi meydana çıxır. Ünsiyyət prosesində insanlar arasında fikir, 
bilik, rəy, təcrübə və hisslər mübadiləsi gedir, onlar bir-birinin inam və əqidəsinə 
təsiri olan müxtəlif tipli məlumatları əsasən başqaları ilə ünsiyyət prosesində əldə 
edir, öz bilik və təsəvvürlərini başqalarına aşılayırlar. Ünsiyyətin üç mühüm tərəfi, 
cəhəti qeyd olunur:


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 

Þ ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiyyətin kommunikativ 
tərəfi;
Þ ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin interaktiv tərəfi;
Þ ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi və yaxud ünsiyyətin 
perseptiv tərəfi.
Ünsiyyət çoxcəhətli, çoxplanlı bir prosesdir. Onun özünəməxsus növləri də vardır. 
Hər şeydən əvvəl, məzmunu, məqsədi və vasitələrindən asılı olaraq ünsiyyətin bir 
sıra növləri qeyd olunur. Məzmunundan asılı olaraq ünsiyyətin aşağıdakı növlərini 
göstərə bilərik:
ü
maddi ünsiyyət (əşyalar və fəaliyyət məhsullarının mübadiləsi yolu ilə);
ü
koqnitiv ünsiyyət (bilik mübadiləsi);
ü
kondision ünsiyyət (psixi və fizioloji vəziyyətin mübadiləsi);
ü
motivlərlə bağlı ünsiyyət (təhriklərin, motivlərin, maraqların, tələbatların 
mübadiləsi);
ü
işgüzar fəaliyyətlə bağlı ünsiyyət (iş, əməliyyat, bacarıq və vərdişlərin 
mübadiləsi).
Ünsiyyətin vasitələrindən asılı olaraq vasitəsiz və vasitəli növlərini qeyd etmək 
olar. Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olmadan şəxsi təması və 
ünsiyyətdə olan adamların bir-birini bilavasitə ünsiyyət aktında qavramasını 
nəzərdə tutur. Vasitəli ünsiyyətə gəldikdə o, vasitəçilərin köməyi ilə həyata 
keçirilən ünsiyyətdir. Adətən, çox vaxt partnyorlar zaman və məkanca bir-
birlərindən təcrid olunduqda vasitəli ünsiyyət özünə yer edir. Bu zaman ünsiyyət 
aləti kimi partnyorlar arasında onları bir-biri ilə əlaqələndirən vasitəçidən istifadə 
olunur. Bunlara əşyaları, qeydləri, kitabları, mədəniyyət obyektlərini, vasitəçilik 
edən üçüncü şəxsi, mümkün olan hər hansı vasitəni: telefonu, radionu, televizoru, 
kompüteri və s. aid etmək olar. Elmi-texniki tərəqqi bu cür vasitələrin daha 
mütərəqqi formalarının aşkara çıxmasına səbəb olmuşdur. Məsələn, qlobal internet 
sistemi istədiyin adamla əlaqə yaratmağa, maraqlandığın mövzuda məlumatları 
əldə etmək üçün ünsiyyətə girməyə imkan verir. Müasir texniki ünsiyyət vasitələri 
ictimai həyatın bir çox sahələrində müvafiq məsələləri daha səmərəli şəkildə həll 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 

etmək imkanı yaradır. Ünsiyyət vasitələrindən asılı olaraq ünsiyyətin verbal və 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin