Mif və tarix



Yüklə 16,44 Kb.
tarix31.12.2021
ölçüsü16,44 Kb.
#113084
11. Mif və tarix


Mif və tarix

Folklor yaradıcılığının əsas xüsusiyyətlərindən bir xalqın tarixi yaddaşını şişirtmələr edərək, fantastik şəklə salaraq, nəsildən-nəsilə ötürməkdir. Xalqın üzləşdiyi tarixi hadisələr fantastik rəvayətlərə qarışaraq özlüyündə müəyyən bir sinkretiklik yaradır. Məsələn, Mete xanın Oğuz obrazı ilə əlaqəsi, böyük hun sərkərdəsi Atillanın “Böyük Edda” əsrində Atli kimi təqdimatı, Çingiz xanın qurd soyundan olması ilə bağlı rəvayətlər və s. bu qəbildən sayıla bilər. İrland epos qəhrəmanı, ümumgerman xalqlarının Tanrısı Odini də bu qəbildən hesab etmək olar.

Xüssusən qəhrəmanlıq dastanlarında müşahidə olunan bu hal yəni qəhrəmanın prototipinin yaxud tarixi hadisələrin, dövlətçilik strukturu bəzən arxaik dastan yaradıcılığında da öz əksini tapır. “Oğuznamələr” arxaik dastan yaradıcılığına daxildir. XIII əsrdə Dəvədari tərəfindən Misirdə yazıya köçürülən dastanda Oğuz obrazı bir tərəfdən antroporf varlıq olaraq təqdim olunursa digər tərəfdən sərkərdə kimi öz əksini tapır. Oğuz xan dastanda iki evlilyindən bəhs olunur. Bu qadınların hər birindən Oğuz xanın üç oğlu dünyay gəlir. Bu oğlanların adından da göründüyü kimi hər biri kosmoqoniyanın bir elementini özündə təcəssüm etdirir. Bu hadısədə Makrokosmos və mikrokosmos hadisəsinin şahidi oluruq. Oğuz xanın oğlanlarının kainatı formalaşdırması. Bu bölümdə həm kosmoqonik miflər həm də fratrial əcdad olaraq etnoqonik mif motivləri ilə qarşılaşırıq. Əsərin növbəti hissəsi artıq mifoloji aspektdən qəhrəmanlıq dönəminə keçidlə müşahidə olunur. Burada Oğuzun dünyanı oğlanları arasınada bölməsi hadisəsi əslində Türk Hərbi Demokratik dövlət strukjturundan xəbər verir. Orta çağ türk qövümlərinin sancaqlara görə ayrılması da Oğuz dövlətçilik strukturunun dastanda ifadəsinidir.

Bəzi mənbələrdə əsaslanaraq Oğuz xan Mete ilə müqayisə olunur. Lakin nəzərə alsaq ki, Bu dastan Oguz yabqu dövlətinin bir qolu olan Qaraxanilər imperiyasının mifoloji-fəlsəvi düşüncəsinin varisidir, o zaman bu daha çox səlcuk hökmüdarlarından Selcuğun prototipi kimi ortaya çıxa bilər.

Eyni hadisəni “Koroğlu” dastanında da müşahidə etmək mümkündür. Koroğlu dastanın arxaik versiyası olan Türkmən “Göroğlu”sunda Göroğlunun anasının işıqdan hamilə qalmasından bəhs olunur. Göroğlu anasının bətnindən gorda azad olur. Burada biz Xaos kosmos qarşılaşmasının şahidi oluruq. Bu da qaranlıqla işığın qarşıdurması nəticəsində meydana gələn esxotologiyanın və yenidən dirçəlişion göstəricisidir. Bu mif zamanla XVII əsr “Koroğlu” dastanına transformasiya olunur. Burada qəhrəmanın adı Rövşəndir. Rövşən isə işıq mənasını verir. Ali kişinin gözlərinin çıxarılması isə qaranlığın göstərgəsidir. Bu darstanda yeni interpretasiyada təqdim olunan işıq qaranlıq qarşıdurması nəticəsində xalq qəhrəmanı fratrial əcdad Koroğlu yetişir. Dastanda məkan məsələsinə də diqqət yetirdiyimiz zaman bir tərəfdən mistik məkan Çənlibelin, digər tərəfdən tarixi-coğrafi yer adları olan Bolu, Dərbənd və s. kimi yer adlarının şahidi oluruq. Sözü gedən coğrafi yer adları konkret dövlərçiliyə sahib türk dövlətlərinin tarixi yer adlarıdır. Burada tarix və mif qarşılaşması aydın şəkildə öz əksini tapır.

Skandinav dastançılıq ənənəsində də eyni hadisələri müşahisə etmək mümkündür.Snorri Sturlunsonun “Kiçik Edda” və “Yer kürəsi” əsərlərində Odin daha çox konkretləşdirilmiş tarixi zamana və məkana sahib olan fateh kimi təqdim edilir. Avropanı fəth edən Odin öz xalqını oraya yerləşdirir və bütün Avropanın (İngiltərə xaric) sahibinə çevrilir. Bu da millətdə formalaşan fütuhatçılıq ideyasının bariz nümunəsidir və dastan yaradıcılığı üçün ənənəvi haldır. Amma diqqət yetirsək görərik ki, bu obrazla bağlı tarixi gerçəkliklər də yox deyil. S.Sturlunson asların yaşadıqları yerləri belə təsvir edirdi: “Tanakvisil çayından Şərqə doğru Asiyada ölkə asların vətəni və ya asların yaşayış yeri adlanırdı”. O, böyük İsveçi başqa ölkələrdən ayırır. Burdan bir qədər cənubda türklərin ölkəsi yerləşir. Burda Odinin böyük əraziləri var idi.Kitabın şərhlər hissəsində Tanakvisil çayı Don çayı kimi göstərilir. İsveç kəlməsi isə Skifiya ilə eyniləşdirilir. Biz burda artıq məkanın konkretləşdirilməsinin şahidi oluruq. Müəllif Odinin vətənini dəqiq coğrafi məkan kimi təsvir edir.

Bununla yanaşı, dastanlarda tarixi şəxsiyyətlərin də prototiplərini görmək geniş yayılıb. Demək olar ki, bütün xalqların dastanlarında müəyyən tarixi gerçəkliklər mövcuddur. Məhz bu səbəbdən də qəhrəmanlıq dastanlarında bu hallara daha tez-tez rast gəlinir.

Tarixdən bəlli olduğu kimi fütuhatçılıq ideologiyası ilə yüklənmiş hegemon xalqlardan biri də türklər olmuşdur. Bu da istər şərq, istərsə də qərb xalqlarının eposlarında şəxsiyyətlərin prototipləri ilə qarşılaşmamıza səbəb olmuşdur. Belə şəxsiyyətlərdən biri də hun xaqanı Atilladır. Atilla obrazı german-skandinav dastan yaradıcılığında geniş yer alır. İsland mədəniyyət nümunələrindən olan “Böyük Edda” və alman eposu “Nibelunqlar nəğməsi” əsərlərində Atilla əfsanəvi qəhrəman Ziqfridin (İsland eposunda Siqurdun) dul qadını ilə evlənmiş hun sərkərdəsi kimi təsvir olunur.

Alman eposu “Nibelunqlar nəğməsi”ndə isə “Böyük Edda”dan fərqli olaraq, Atillanın prototipi olan Etsel, Burqundiya kralının dul qalmış qızı Krimhilda ilə evlənməyə qərar verir. Atilla şəxsiyyətinin dastandakı təqdimatına gəlincə isə Hun xaqanı Etsel burqundlar tərəfindən sevilən və onlarla dostluq əlaqəsində olan şərəfli bir sərkərdə olaraq təqdim olunur. Hun xaqanlığı və Burqundlar arasında baş verən müharibəyə səbəb isə məhz, Burqund kralının qızı Krimhilda olur.

Tarixi şəxsiyyət olan Atillanın sözügedən dastanlarda müxtəlif şəkildə təqdin olunmasının səbəbini A. Hoysler belə izah edir. O, Atillanın ilk təqdimatının V əsrdə franklar tərəfindən yarandığını və məhz, bu söyləmənin “Böyük Edda” əsərində öz əksini tapdığını söyləyir. Müəllif frankların Atillaya olan bu nifrətini və onun dastanda belə alçaldılmasının səbəbini isə belə izah edirdi: “Franklar Allahın bəlası ilə xalqların böyük döyüşündə savaşmışlar. Atillanın “Nibelunqlar nəğməsi” əsərində alicənab şəxsiyyət kimi təqdimatını isə A. Hoysler Bavar-Avstriya şairləri ilə əlaqələndirirdi.



Türk dastanlarında da biz buna bənzər hadisənin şahidi oluruq. “Kitabi-Dədə Qorqud dastanında” hülakilərin başçısı Qazan xanın dastan yaradıcılığında öz əksini tapması, yaxud XIII əsrdə məşhur Qıpçaq xanı Məlikşahın prototipi olan Qıpçaq Məlik obrazı buna bariz nümunədir. “Oğuznamə”nin uyğur versiyasında Oğuzun Rumelini fəth etməsi bizim tarixi məkanla qarşılaşmamıza səbəb olur. Bilindiyi kimi, Anadolu ərazisi ilk dövrlərdə tarixdə Rum eli olaraq adlanmaqda idi. Bu nümunələrin sayını yetəri qədər artırmaq mümkündür.


Yüklə 16,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin