“MİKRO İQTİSADİYYAT”DAN İMTAHAN SUALLARI
-
Marketdə satışa qoyulan minlərlə əmtəələri və bu əmtəələrin alıcısı olan insanları düşünün. Bunların əsasən ahəng, nizam və tarazlıq halında olmalarında qiymət mexanizmi necə rol oynayır? Nümunələr verərək açıqlayın.
-
Tələb həcmində dəyişmə ilə tələbin dəyişməsi anlayışları arasında fərq vardırmı? Bir qrafik üzərində izah edin.
-
Tələv cədvəli ilə tələb əyrisi nə deməkdir? Aralarında necə əlaqə var?
-
Tələb qanunu nə deməkdir? Tələb əyrisinin aşağı doğru meylli olması necə izah olunur?
-
Fərdi tələb əyrilərindən bazar tələb əyrisinin əldə edilməsini nümunələrlə izah edin.
-
Bir əmtəənin qiyməti ilə tələb edilən miqdarları arasında əlaqənin araşdırılmasında sabit qəbul edilən “digər faktorlar” hansılardır?
-
Aşağıdakılardan hansı tələb əyrisi boyunca hərəkəti, hansıları tələb əyrisindəki sürüşməni əks etdirir?
İstehlakçının gəlirindəki artım
İstehlakçının zövq və seçimlərinin dəyişməsi
Gələcəkdə o əmtəənin qiymətində gözlənilən dəyişmələr
Əmtəənin qiymətindəki dəyişmə
Ölkə əhalisinin artması
Əmtəənin əvəzedicilərinin qiymətinin dəyişməsi
-
Aşağıdakılardan hansı təklif əyrisi boyunca hərəkəti, hansıları təklif əyrisində sürüşməni əks etdirir?
İstehsal texnologiyasında inkişaf
İstehsalda istifadə olunan xamamlın qiymətinin dəyişməsi
Rəqib əmtəələrin qiymətinin dəyişməsi
Hökumətin istehsalçılara subvensiya ödəməsi və ya yeni vergilər qoyması
Əmtəənin qiymətinin dəyişməsi
Əmtəənin qiymətinin qısa müddətdə dəyişəcəyinin gözlənilməsi
-
Bazar tarazlığı nə deməkdir?Bazar tarazlığının təmin olumasını qrafik vasitəsilə göstərin.
-
Hər hansı bir səbəblə qiymətin tarazlıq səviyyəsindən sapması halında ortaya çıxacaq dəyişmələri açıqlayın. Təklif artıqlığı və təklif qıtlığı nə deməkdir, qiymətə necə təsir göstərirlər?
-
Ümumi mənada elastiklik nə deməkdir, nəyi ölçür? Tələbin qiymət elastikliyi, tələbin gəlir elastikliyi və çarpaz tələb elastikliyi anlayişlarını açıqlayın, hər birinin hansı məqsədlərlə istifadə edildiyini qeyd edin.
-
Tələb elastikliyinin sonsuz, sıfır və vahid olması nə deməkdir?Tələb elastikliyi hansı halda yüksək, hansı halda aşağı qəbul edilir?
-
Tələb elastikliyini müəyyən edən amillər hansılardır? Aşağıdakı cüt əmtəələrin hansılarının tələb elastikliyi sizcə daha yüksəkdir və nə üçün?
Su və pivə
Dərslik və roman
Çorək və dondurma
Siqaret və kino
İstiot və avtomobil
-
Mənzil, geyim və duz qiymətləri çox müxtəlif məhsullardır. Bu məhsulalrın tələb elastikliklərini necə müqayisə etmək olar?
-
Tələb elastikliyinin hesablanmasında orta nöqtə yanaşması nədir, bu yanaşmaya nə üçün ehtiyac vardır?
-
İstehsal etdiyi məhsulun tələbi elastik olan bir firmaya məcmu satış gəlirlərini artırmaq üçün qiymət endirimi yoxsa qiymət artımı tövsiyə etmək olar və nə üçün?
-
Balıqçıların ovladıqları artıq balıqları dənizə atmaları iqtisadi baxımdan necə izah oluna bilər?
-
Hökumətlər hansı səbəbdən tavan qiyməti mexanizmini tətbiq edirlər? Bu siyasətin hansı nəticələri olur?
-
“Qara bazar” nədir, hansı səbəbdən ortaya çıxır?Onun qarşısını almağın ən yaxşı yolu nədir?
-
Bir məhsul üzərinə satış vergisi tətbiq edilməsi halında ortaya çıxacaq qiymət və miqdar təsirlərini qrafik üzərində açıqlayın. Satış vergisi bütövlükdə alıcıların üzərinə qoyula bilərmi? Bunun üçün hansı şərtlər tələb olunur?
-
Kirayə haqqlarının dondurulması sizcə mümkündürmü?Bu siyasət xüsusilə yeni mənzil tikintisi baxımından hansı problemlər yarada bilər?
-
Tələb və təklif qrafikindən istifadə edərək, tarazlıq qiymətini, tarazlıq miqdarını və istehsalçıların əldə etdiyi məcmu gəliri göstərin.
-
Mərc edib 100 dollar qazandınız. Pulu dərhal xərcləmək yaxud onu 5 faiz gəlir gətirən bank hesabına bir illik müddətinə qoymaq qərarını verməlisiniz. 100 dolları dərhal xərcləməyin alternativ dəyəri nədir?
-
Təklif əyrisinin yuxarı doğru (pozitiv) meylli olması necə izah oluna bilər?
-
Təklif miqdarında dəyişmə ilə təklifin dəyişməsi arasında nəfərq var? İzah edin.
-
İstehlakçıların ödəməyə hazır olduğu məbləğ, istehlakçının izafi faydası və tələb əyrisi arasındakı əlaqəni izah edin.
-
Satıcıların məsrəfləri, istehlakçının izafi faydası və təklif əyrisi arasındakı əlaqəni izah edin.
-
Tələb-təklif diaqramında, bazar tarazlığı halında istehlakçının izafi faydası və istehsalçının izafi faydasını göstərin.
-
Səmərəlilik nədir? Bu, iqtisadi siyasəti formalaşdıranların yeganə məqsədidirmi?
-
Kaliforniyada vaxtından əvvəl baş verən donvurma limon məhsulunu zay edir. Limon bazarında istehlakçının izafi faydası necə dəyişir?Bəs limonad bazarında istehlakçının izafi faydası necə dəyişir? Cavablarınızı diaqramlarla izah edin.
-
Fransız çörəyinə olan tələbin artdığını təsəvvür edin. Fransız çörəyi bazarında istehsalçının izafi faydası necə dəyişir? Bəs un bazarında istehsalçının izafi faydası necə dəyişir? Cavablarınızı diaqramlarla izah edin.
-
Mənfi kənar təsirə və müsbət kənar təsirə 5 misal gətirin.
-
Tələb və təklif diaqramlarından istifadə etməklə mənfi kənar təsirin nəticələrini izah edin.
-
Patent sistemi kənar təsir problemini həll etmək üçün cəmiyyətə necə kömək edir?
-
Dövlət müdaxiləsi olmadan kənar təsir problemini həll etmənin bəzi yollarını göstərin.
-
Piqo vergiləri nədir? Nə üçün iqtisadçılar ətraf mühitin qorunması üçün Piqo vergilərini tənzimləmədən üstün tuturlar?
-
“Ortaqların faciəsi” nə deməlkdir? İzah edin.
-
İctimai əmtəənin tərifini deyin və ona aid misal göstərin. Fərdi bazarlar istifadəçiləri belə ictimai əmtəələr ilə təmin edə bilərmi? İzah edin.
-
Vergi sistemi dedikdə nə başa düşürsünüz? Vergi sisteminin əsas xüsusiyyətlərini izah edin.
-
Firmanın məcmu gəliri, mənfəəti və məcmu xərcləri arasındakı əlaqəni izah edin.
-
Marjinal istehsal nədir və onun azalması nə deməkdir?
-
Məcmu xərcləri, orta məcmu xərcləri və marjinal xərcləri izah edin. Onların necə əlaqəli olmasını göstərin.
-
Firmanın orta məcmu xərclər əyrisi necə və nə üçün qısa və uzun müddətdə fərqlənir? İzah edin.
-
Mühasibat mənfəəti ilə iqtisadi mənfəət arasındakı fərqi izah edin.
-
İstehsalın artması nəticəsində maya dəyərinin azalmasını şərh edin və onun səbəblərini göstərin. İstehsalın artması nəticəsində maya dəyərinin artmasını şərh edin və onun səbəblərini göstərin.
-
Aşkar və gizli xərc nədir? Gizli xərclərə dair misallar gətirin. Muhasibat mənfəəti ilə iqtisadi mənfəət anlayışları nə üçün həmişə eyni olmurlar?
-
İstehsal funksiyası nədir? İstehsal funksiyasında istehsal amilləri ilə istehsal olunan məhsul arasındakı əlaqənin xarakterini müəyyən edən amil hansıdır? Texnoloji inkişaf istehsal funksiyasına necə təsir göstərir?
-
Məcmu məhsul, məhsul vahidi və marjinal məhsul anlayışlarını açıqlayın.
-
Azalan marjinal məhsuldarlıq qanunu nə deməkdir? Azalan məhsuldarlıq qanunu olmasaydı dünyada aclıq problemi olardımı?
-
Firmanın qısa müddətdəki məcmu xərcləri hansılardır? Azalan marjinal məhsuldarlıq qanununun qüvvədə olduğu halda bu əyriləri qrafiklə göstərin.
Dostları ilə paylaş: |