Mikrobiologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə Bakterioloji xidməıtin təşkili və quruluşu

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 1.08 Mb.
səhifə9/11
tarix17.11.2018
ölçüsü1.08 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

582) Kandida cinsini kif göbələklərindən differensiasiya edən xüsusiyyətlər hansılardır?
A) Aminopeptidazanın olması

B) Psevdomiseliyin olmaması

C) Koloniyaların xarakteri və psevdomiseliyin olması

D) Xlamidiosporların olması

E) Həqiqi miseliyinin olması
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
583) Kandida cinsini həqiqi maya göbələklərindən differensiasiya edən xüsusiyyətlər hansıdır?
A) Askosporların olması

B) Filamentasiya

C) Xlamidiosporların olması

D) Artrosporların olması

E) Psevdomiseliyin olması
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
584) Dermatofitlərin hansı növləri heyvanlar üçün patogendir və insanlara keçir?
A) Ttrchophyton rubrum, Ttrchophyton tonsurans

B) Microsporum gypseum, Microsporum fulvum

C) Ttrchophyton rubrum, Microsporum fulvum

D) Microsporum canis, Ttrchophyton verrocosum

E) Microsporum gypseum, Ttrchophyton tonsurans
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г
585) Epidermamikozlar zamanı hansı orqanlar zədələnir?
A) Tənasül orqanları

B) Ağız boşluğunun selikli qişası

C) Ağ ciyərlər

D) İnsanın bütün orqanları

E) Epidermis,saç və dırnaqlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
586) Hansı göbələk xəstəlikləri yalnız insandan insana keçir?
A) Dermatomikozlar

B) Maduromikozlar

C) Xromomikozlar

D) Kriptokokkozlar

E) Dərin mikozlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
587) Kandidoz xəstəliyini hansı növlər törədir?
A) Aspergillus

B) Penicillium

C) Absidia

D) Mucor


E) Candida
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
588) İnsanın normal mikroflorasının tərkibində hansı göbələk vardır?
A) Mucor

B) Absidia

C) Aspergillus

D) Candida

E) Penicillium
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.

Bölmə 10. Sanitar mikrobiologiya

589) Hovuzların səthi sularının autoxton mikroflorasına hansı növlər aid deyil?
A) Mikroskopik yosunlar

B) Göbələklər və aktinomisetlər

C) Basillər

D) Kokklar

E) Patogen enterobakteriyalar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
590) Hovuzların öz-özünə təmizlənməsinin əsas faktorlarına hansı aid deyil?
A) pH və suyun yüksək hərarəti

B) Ultrabənövşəyi şuaların təsiri

C) Plankton yosunların olması

D) Antaqonizm və bakteriofagiya

E) Üzvi substratların olması
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
591) Xlorlanma zamanı suda qalıq xlor hansı yerdə təyin olunur?
A) Stasionar nöqtələrdə

B) Qalan nöqtələrdə

C) Heç birində

D) Şəbəkəyə daxil olmaqdan qabaq

E) Şəbəkənin birinci nöqtəsində
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
592) Üzqüçülük hovuzlarının sularının tədqiqatı zamanı əsasən hansı mikroorqanizmlər rast gəlinir?
A) Bağırsaq çöpləri

B) İbtidailər

C) Psevdomonada

D) Qızılı Stafilokokk

E) Enterokokk
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
593) İçməli suyun keyfiyyəti barəsində tezləşdirilmiş cavabın verilməsində hansı üsuldan istifadə olunmur?

A) Sitoxromoksid sınaq

B) Fekal koliformaların aşkarı

C) Membran filtrlərı üsulu

D) Qıcqırma üsulu

E) Proteolitik aktivliyinin təyini


Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
594) İçməli suyun tədqiqatında hansı koli-indeks epidemik təhlükədən xəbər verir?
A) 100 artıq koli-indeks

B) 20 artıq koli-indeks

C) 10 artıq koli-indeks

D) Bütün qeyd olunanlar

E) 3 artıq koli-indeks
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
595) Sahilə yaxın dəniz sularının antropogen çirklənməsindən hansı mikroorqanizmlərin tapılması göstərici deyil?
A) Qızılı stafilokokklar

B) Fekal koliformaları

C) Salmonellalar

D) Enterokokklar

E) Aktinomisetlər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
596) Yaşayış məntəqələrinin torpaqlarının epidemioloji təhlükəliyinin qiymətləndirməsi üçün hansı göstəricilər istifadə edilmir?
A) Qızılı stafilokokklar

B) Enteroviruslar

C) Patogen enterobakteriyalar

D) Bağırsaq çöpləri

E) Enterokokklar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
597) Torpaqda patogen bakteriyaların tədqiqi zamanı hansı bakteriyalar təyin olunmur?
A) Enteroviruslar

B) Botulinik çöp

C) Salmonellalar

D) Antraks

E) Şiqellalalar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
598) Qida müəssisələrində sanitar qeyri-sabitlik indikatorlara hansılar aiddir?
A) Epidermal stafilokokklar

B) Qızılı stafilokokklar

C) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyalar

D) Proteylər

E) Patogen enterobakteriyalar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
599) Uşaq süd mətbəxlərində bişmiş qida məhsullarının mikrobioloji nəzarətinin aparılması zamanı nə təyin edilmir?
A) Sanitar-göstərici mikroorganizmlər

B) Mikrob ədədi

C) Patogen mikroblar

D) Maya və kif göbələkləri

E) Bütün qeyd olunanlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
600) Turşu-südlü içkilərin mikroflorasını nə təşkil edir?
A) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyalar

B) Stafilokokklar

C) Süd-turşusu mikroorqanizmlər

D) Şiqellalar

E) Salmonellalar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
601) Qida toksikozlarının törədicilərinə hansı mikroorqanizmlər aiddir?
A) Aktinomisetlər

B) Stafilokokklar və klostridium botulinum

C) Streptokokklar

D) Proteylər və streptokokklar

E) Bütün qeyd olunanlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
602) Tibbi-profilaktik idarələrdə ətraf mühit obyektlərinin planlı bakterioloji tədqiqi zamanı hansı mikrobun aşkar edilməsi aparılmır?
A) Stafilokokklar

B) Ümumi mikrob assosiasiyası

C) Streptokokklar

D) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyalar

E) Göy-irin çöpləri
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
603) Çiy ət və süd məhsulları hansı tədqiqatlarda yoxlanılır?
A) Aerobların və anaerobların aşkar edilməsi üçün bakterioloji tədqiqatlarda

B) Aerobların aşkar edilməsi üçün bakterioloji tədqiqatlarda

C) Botulinik toksinin aşkar edilməsində

D) Tezləşdirilmiş mikroskopik analizdə

E) Anaerobların aşkarı üçün aparılan bakterioloji tədqiqatlarda
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
604) Hazır konservlərin keyfiyyətinə bakterioloji nəzarət hansı üsullarla aparılır?
A) Korlanma törədicilərilə

B) Sterillik ilə

C) Qeyri-patogen mikroorganizmlərlə

D) Sənaye sterillik ilə

E) Patogen mikroorganizmlərlə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
605) Konservləşdirilmiş qanın, onun komponentlərinin, ilik sterilliyinin nəzarəti üçün material hansı mühitlərə əkilir?
A) Ploskirev mühitinə

B) Xottinqer mühitinə

C) Levin mühitinə

D) Tioqlikol mühitinə

E) Endo mühitinə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
606) Bağırsaq infeksiyaları ocaqlarında nəm, cari, sonuncu dezinfeksiyaya bakterioloji nəzarət zamanı hansı mikrob axtarılır?
A) Stafilokokklar

B) Şigellalar

C) Vərəm mikobakteriyaları

D) Kandidalar

E) Bağırsaq çöpləri
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
607) Hava-damcı infeksiyalarının ocağlarında dezinfeksiyaya bakterioloji nəzarət zamanı hansı mikrob axtarılır?
A) Stafilokokklar

B) Bağırsaq çöpləri

C) Kandidalar

D) Vərəm mikobakteriyaları

E) Şigellalar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
608) Göz damcıları və inyeksiya məhlullarının hazırlanması üçün istifadə edilən distillə suyun mikrobioloji nəzarəti zamanı hansı tədqiqat aparılmır?
A) Fakultativ anaerobların təyini

B) Sterillıyə görə əkmə

C) Mezofil aerobların təyini

D) Piroqen törədən mikroorqanizmlərin tapılması

E) Bağırsaq çöpləri qruppuna aid olan bakteriyaların təyini
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
609) Aptek ləvazimat və avadanlıqlarından götürülən yuyuntu nümunələrinin planlı tədqiqatında aşağıdakılardan hansı aparılmır?
A) Qızılı stafilokokkların təyinini

B) Bütün qeyd olunanları

C) Qızılı stafilokokklar və bağırsaq çöplərinin təyini

D) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyaların təyini

E) Mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının təyinini
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
610) Şirniyyat,xüsusən kremli məhsulların sanitar-bakterioloji tədqiqatları zamanı aşağıdakılardan hansı aparılmır?
A) Qızılı stafilokokkların təyini

B) Bütün qeyd olunanlar

C) Koli titrin təyini

D) Ümumi mikrob ədədinin təyini

E) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyaların təyini
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
611) Hisə verilmiş kolbasaların sanitar-bakterioloji tədqiqatları zamanı nə təyini olunmur?
A) Klostridiyaların təyini

B) Mikrob ədədinin təyini

C) Patogen mikroorqanizmlərin təyini

D) Qızılı stafilokokkların təyini

E) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyaların təyini
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
612) Konservlərdə hansı mikrob aşkar edildikdə onlar yararsız hesab olunur?
A) Bütün qeyd olunanlar

B) Termofillər

C) Spor əmələgətirməyən mikroblar

D) Subtilis qruplarına aid olan sportörədən basillər

E) Clostridium botulinum,Clostridium perfringens
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
613) Alkoholsuz içkilərdə hansı mikroblar təyin olunur?
A) Maya göbələkləri

B) Heç bir mikroorqanizm

C) Epidermal stafilokokk,maya göbələkləri

D) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyalar,patoqen mikroorqanizmlər

E) Epidermal stafilokokk
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
614) Toyuq yumurtalarına mikrobioloji nəzarət zamanı hansı mikroorqanizmlər təyin olunmur?
A) Heç bir mikroorqanizm

B) Kif göbələkləri

C) Mikrobların ümumi sayı

D) Patogen mikroorqanizmlər

E) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyalar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
615) Yumurta tozunda hansı mikroorqanizmlər axtarılmır?
A) Qızılı stafilokokklar

B) Patogen mikroorqanizmlər

C) Protey

D) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyalar

E) Mikrobların ümumi sayı
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
616) Çörəyin kartof xəstəliyini hansı mikroorqanizmlər törətmir?
A) Escherichia coli

B) Bacillus subtilis

C) Bacillus mycoides

D) Bacillus megatherium

E) Bacillus mesentericus
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
617) Ümumi mikrob rəqəminin təyini üçün hansı parametrlər istifadə olunur?
A) Nümünədə olan patogen mikroorqanizmlərin miqdarı

B) Nümünənin 1qr və ya 1 ml-də olan mikroorqanizmlərin miqdarı

C) Nümünədə yaşamağa qabil olan mikroorqanizmlərin ümumi miqdarı

D) Heç biri

E) Nümünədə yaşamağa qabil olan və olmayan mikroorqanizmlərin miqdarı
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
618) Havanın mikroorqanizmlərlə çirklənməsinin əsas mənbəyi hansıdır?
A) Üzvü substratlar

B) Torpaqların səthi

C) İnsan tərəfindən ifraz olan hava-damcı aerozolları

D) Su hovuzların səthi

E) Heç biri
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
619) Hava-damcı aerozolların tərkibində olan hansı hissələr infeksion aqentlərin yayılmasında xüsusi təhlükəlidir?
A) Damcı nüvələri

B) Damcı fazası

C) Heç biri

D) Toz fazası

E) Bütün qeyd olunanlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.

Bölmə 11. Virusologiya

620) D.İ. İvanovski tütün mozaikası xəstəliyinin törədicisini necə adlandırmışdır?
A) Süzülən (filtrləşən) virus

B) Bakteriyalar

C) Duru canlı kontagiy

D) Süzülən bakteriya

E) Virus
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
621) Sadə quruluşlu viruslarda tərkib necədir?
A) Virusun genomu kapsidlə əhatə olunmuşdur

B) Virusun genomu lipoproten örtüklə əhatə olunmuşdur.

C) Virus hissəciyi nuklein turşusundan və onunla bağlı lipoproteinlərdən ibarətdir.

D) Virus hissəciyi nuklein turşusu və onunla əlaqədə olan qlikoproteinlərdən ibarətdir

E) Virus genomu kapsid və super kapsid örtüklərlə əhatə olunmuşdur
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
622) Virusun sturuktur zülalları hansıdır?
A) Virus genomu ilə kovalent əlaqədə olur

B) Yalnız virusun lipoprotein örtüyündə lokalizə olunur

C) Genom, kapsid və superkapsid zülalları

D) Qlikoproteinlərə aiddirlər

E) Yoluxmuş hüceyrədə rast gəlir və yetkin viriona daxil olmur
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
623) Virusun qeyri-sturuktur zülalları hansıdır?
A) Yoluxmuş hüceyrədə rast gəlir və virionun tərkibinə daxil olmur

B) Kapsid və superkapsid zülallardan ibarətdir

C) Qlikoproteindir və hüceyrə nüvəsində lokalizə olunurlar

D) Vironun tərkibində virus genomu ilə bağlıdır

E) Virus infenksiyasının gecikmiş stadiyalarında fəaliyyət göstərir və virus hissəciklərinin yığılmasında iştirak edir.
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г. A.Г.Букринская «Вирусология»,М, 1983г.
624) Virusları fəsilələrə görə təsnif etmək üçün hansı kriteriyalar əsas götürülür?
A) Nuklein turşusunun tipi, nukleokapsidin simmetriyasının tipi, kapsid üstü örtüyün olması və digər fundamental fiziki-kimyəvi xassələr

B) Antigen xassələri

C) Virusların müəyyən toxumalara tropizmi və orqanizmin müəyyən sistemlərinin zədələnməsi

D) Yoluxma yolları və infeksiyanın klinik simptomları

E) Həssas sahiblərin dairəsi
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
625) İnterferonlar hansıdır?
A) Nukleoproteidlər

B) Zülallar

C) Lipoproteidlər

D) Fosfoproteidlər

E) Qlikoproteidlər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
626) Təbii virus infeksiyası zaman ana südündə hansı spesifik immunoqlobulinlər aşkar olunur?
A) İg G,İg A

B) İg M,İg G

C) İg E,İg D

D) İg D,İg M

E) İg A,İg E
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
627) Virusun yapışdırıcı zülalları hansılardır?
A) Virionun səthində olan spesifik zülallar

B) Virusun özəyində yerləşən zülallar

C) Virionun səthində olan bütün zülallar

D) Virus genomu ilə bağlı olan zülallar

E) Virionun səthində olan bütün qlikoproteinlərdir
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
628) Translyasiya prosesində yoluxmuş hüceyrələrdə zülalların sintezi zamanı hansılar iştirak edir ?
A) Hər hansı bir sapdan ibarət RNT

B) Virus RNT-si

C) Virusun məlumat RNT-si

D) Virus DNT-si

E) Hüceyrənin məlumat RNT-si
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
629) Virusların təbiətindən məlumat verən hansı göstərici düz deyil?
A) Zülal sintezinin olmaması

B) Yalnız bir tip nuklein turşusunun olması

C) Dizyuktiv yolla çoxalma

D) Bir neçə nuklein turşusunun olması

E) Kiçik ölçülər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
630) Virusoloji tədqiqatlarda hüceyrələrin kultivasiyası hansı şəraitdə həyata keçirilmir?
A) Birqatlı stasionar kulturalarda

B) Suspenziyada

C) Rollerlərdə

D) Mikrodaşiyıcıların qranularında

E) Kapillyarlarda
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
631) Virusoloji tədqiqatlarda kultural mühitə əlavə edilən heyvan zərdabının əhəmiyyəti nədədir?
A) Hüceyrənin həyat fəaliyyəti üçün zəruri olan hormonlar və vitaminlər vardir.

B) Hüceyrələrin yapışmasını təmin edir və onların bölünməsini stimullaşdırır

C) Mikroorqanizmlərin böyüməsini stimulyasiya edən faktorlara malikdir

D) Virusların həssas hüceyrələrə yapışmasına kömək edir

E) Hüceyrənin həyat fəaliyyəti üçün zəruri olan mineral maddələr vardir.
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
632) Virusoloji tədqiqatlarda istifadə olunan hüceyrə kulturaları hansılarla kontaminasiya edilir?
A) Maya göbələkləri ilə

B) Heç biri ilə

C) Bakteriyalarla, latent viruslarla

D) Bəsitlərlə

E) Parazitlərlə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
633) Hansı fermentlər virusspesifik təbiətə malik ola bilər?
A) Yalnız neyraminidaza

B) DNT və RNT polimerazalar, proteaza, neyraminidaza, trakskriptaza

C) Yalnız proteaza

D) Transkriptaza və lipaza

E) Ureaza
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
634) Virusların hüceyrələrdə çoxalması zamanı sitopatogen effekt nəyin nəticəsində yarana bilər?
A) İnterferonun induksiyası

B) Heç bir proseslə

C) Virusa qarşı anticisimlərin əmələ gəlməsi

D) Spesifik sitokinlərin yaranması

E) Hüceyrə RNT və zülallarının sintezinin dayandırılması və hüceyrə resurslarının azalması
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
635) Mənfi-saplı fraqmentli halqa şəkilli RNT, nukleokapsidin spesifik tipli simmetriyası və lipidlərin olması hansı viruslar üçün xarakterik deyil?
A) Paramiksoviruslara

B) Parvoviruslara

C) Bunyaviruslara

D) Reoviruslara

E) Arboviruslara
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
636) Müsbət saplı xətti fraqmentli olmayan RNT, spiral simmetriyalı nukleokapsid və lipoprotein örtüyün olmaması hansı viruslar üçün xarakterikdir?
A) Pikornasviruslara və kalisiviruslara

B) Arboviruslara

C) Ortomiksoviruslara

D) Adenoviruslara

E) Flaviviruslara
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
637) İmmumoferment analizi zamaı test sistemin qurulmasında virus antigenlərinin hansı mənbələri istifadə olunmur?
A) Təmizlənmiş virus hissəcikləri, virusların struktur zülalları

B) Viruslayoluxmuş hüceyrələrin lizatı

C) Kimyəvi sintez yolu ilə alınmış virus antigenləri

D) Nuklein turşuları

E) Qen mühəndisliyi metodları ilə alınmış virus zülalları
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
638) İmmunoferment analizi hansı məqsədlər üçün istifadə olunmur?
A) Virusların həssas bioloji sistemlərdə çoxalmasından sonra identifikasiyası üçün

B) Virusun təmizlənməsi üçün (tərkibində qeyri-virus təbiətli antigenlər olmamalıdır)

C) Virus antigeninin klinik materiallarında keçirilmiş infeksiyanın təyini üçün

D) İnfeksiyanın kəskin fazasında xəstələrin qan zərdabında virusa qarşı anticisimlərin təyini

E) Yekun anticisimlərin cüt zərdablarda titrinin artmasının təyini üçün
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
639) İmmunoferment analizi zamanı ferment nə ilə konyuqasiya ola bilər?
A) Struktur zülallarla

B) Anticisimlərlə,antigenlə

C) Xromogenlə

D) Nuklein turşusu ilə

E) Heç biri ilə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
640) Klinik materialın elektron mikroskopu ilə müayinəsi hansı tədqiqə aiddir?
A) Virus infeksiyalarının diaqnostikasının immunoloji üsullarına

B) Virus infeksiyalarının diaqnostikasının seroloji üsullarına

C) Virus infeksiyalarının diaqnostikasının retrospektiv üsullarına

D) Virus infeksiyalarının diaqnostikasının gen üsullarına

E) Virus infeksiyalarının diaqnostikasının sürətli üsullarına
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
641) Virus infeksiyalarının immunofluoresensiya üsulu ilə diaqnostikası üçün hansı klinik material öyrənilmir?
A) Sidik

B) Nəcis


C) Vezikulların tərkibi

D) Burun-udlaq ifrazatı

E) Toxuma kəsikləri
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
642) İmmunoflüoressensiya hansı məqsədlə istifadə oluna bilməz?
A) Virusların həssas bioloji sistemlərdə çoxalmasından sonra identifikasiyası üçün

B) Zərdablarda M sinfinə aid virusa qarşı anticisimlərin təyini üçün

C) Virusların optimal qatılığının təyini üçün

D) Xəstələrin qan zərdabında virusa qarşı anticisimlərin aşkar edilməsi üçün

E) Klinik materialda virus antigeninin təyini üçün
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
643) İmmunoflüorssensiyanın düz üsulunda nişanlı flüoroxromlarla birlikdə hansı komponentlər istifadə olunur?

A) Antinöv anticisimlər

B) Tədqiq olunan antigenlərinə qarşı anticisimlər

C) Qatı fazada fiksasiya olunmuş antinöv anticisimlər

D) Xromogen

E) Qızılı stafilokokkların A zülalı


Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
644) Virus infeksiyalarının təcili diaqnostikası üsullarına hansılar aid deyil?
A) İmmunoferment analiz

B) Radioimmun analiz

C) Elektron mikroskopiyası, immun-elektron mikroskopiyası

D) İmmunnoflüoressensiya

E) İnfeksion virisun aşkarlanması
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
645) Hansı virusla törədilən infeksiyalarda hüceyrə daxili törəmələr əmələ gəlir?
A) Təbii çiçək virusu ilə

B) Adenovirusla

C) Quduzluq virusu ilə

D) Sadə herpes virusu ilə

E) İnsanın immunçatışmamazlığı virusu ilə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
646) Hansı virusların hüceyrə kulturasında çoxalması zamanı hemaqqlütinasiya reaksiyası istifadə oluna bilməz?
A) Paraqrip viruslarının

B) Qrup viruslarının

C) Parotit viruslarının

D) Adenovirusların

E) Respirator-sinisial virusların
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
647) Hemaqqlütinasiyanın qeyri-spesifik inhibitorlarını aradan götürmək məqsədilə zərdabların emalı üçün hansı üsullar istifadə olunmur?
A) Sirkə turşusu

B) Efir


C) Eritrosit və vəba vibrionu filtratı

D) Kalium-neryodat və xlorofil

E) Xlor məhlulları
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
648) Virus infeksiyalarının ekspress-diaqnostikasının prinsiplərinə hansılar aid deyil?
A) Virusun optimal qatılığının təyini

B) Virionların aşkar edilməsi

C) Xəstədən götürülmüş materialda virus antigeninin üzə çıxarılması

D) Virusspesifik RNT-nin təyin edilməsi

E) M sinfinə aid antikillerlərin aşkar edilməsi
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə