Mikrobiologiya ixtisası üzrə yeni 99 test sualları Bölmə 13 Qarışıq suallar

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 124.4 Kb.
tarix21.10.2017
ölçüsü124.4 Kb.

Mikrobiologiya ixtisası üzrə yeni 99 test sualları


Bölmə 13 Qarışıq suallar
1) Vərəmin diaqnostikasında zəncirvari polimeraza reaksiyası ilə müayinə nə qədər davam edir?
A) 18 saat

B) 5 gün


C) 1-2 həftə

D) 2 saatdan 2 günədək müddətdə

E) 30 dəqiqə
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 527)
2) İİV-infeksiyasının diaqnostikası zamanı hansı üsuldan istifadə edilmir?
A) Seroloji

B) Molekulyar-genetik

C) İFA

D) Mikroskopik



E) Virusoloji
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 677)
3) Transduksiya nədir?
A) Hər hansı bir əlamətin dəyişməsi ilə təzahür olunur

B) DNT zəncirinin ayrı-ayrı fraqmentlərində baş verən dəyişikliklər olub, delesiya, inversiya, duplikasiya nəticəsində baş verir

C) Donorun genetik materialının (DNT-nin) heç bir vasitə olmadan birbaşa resipiyent hüceyrəyə ötürülməsi

D) Genetik materialın (DNT molekulunun bir hissəsinin) bakteriofaqlar vasitəsilə donor hüceyrəsindən resipientə ötürülməsi

E) Bir gen daxilində baş verən dəyişiklik olub, DNT zəncirində nukleotid cütlərinin itirilməsi, əlavə olunması yaxud əvəz olunması hesabına baş verir
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 112)
4) Aşağıdakılardan hansı miqrasiya edən elementlərə aid deyil?
A) Requlyator gen

B) Qüsurlu faqlar

C) Transpozonlar

D) İnsersiya elementləri

E) İS-elementlər
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 106-108)
5) Berci təsnifatına görə hüceyrə divarı olmayan eubakteriyalar hansıdır?
A) Miksobakteriyalar

B) Rikketsiyalar

C) Xlamidiyalar

D) Legionellalar

E) Mikoplazmalar
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 31)
6) Mikroorqanizmlərin təsnifatında istifadə edilən taksonomik kateqoriyaların düzgün ardıcıllığını göstərin?
A) Aləm, Domen, Fəsilə, Sıra, Sinif, Cins, Növ

B) Domen, Aləm, Sıra, Fəsilə, Sinif, Cins, Növ

C) Aləm, Domen, Sıra, Sinif, Fəsilə, Cins, Növ

D) Aləm, Fəsilə, Sıra, Sinif, Domen, Cins, Növ

E) Domen, Aləm, Sinif, Sıra, Fəsilə, Cins, Növ
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 33)
7) Abortiv infeksiya nədir?
A) Virus DNT-nin sahib hüceyrə xromosomuna inteqrasiyası (birləşməsi)

B) Virusun sahib hüceyrədəki reproduksiyasının müəyyən mərhələdə dayanması, yəni sonadək davam etməməsi

C) Sahib hüceyrədə yeni virusların əmələ gəlməsi

D) Virusun sahib hüceyrə ilə birgə yaşaması

E) İnteqrasiya olunmuş virus genomundakı irsi məlumatın sahib hüceyrənin genomu daxilində reallaşması
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 93)
8) Aşağıdakılardan hansı birqatlı hüceyrə kulturalarının növü deyil?
A) Yarımköçürülən hüceyrə kulturaları

B) Fasiləsiz hüceyrə kulturaları

C) İlkin hüceyrə kulturaları

D) Suspenziyalaşdırılmış hüceyrə kulturaları

E) Köçürülə bilən hüceyrə kulturaları
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 94)
9) Hansı qeyri-spesifik humoral müdafiə amili deyil?
A) Lizosim

B) Tosqun hüceyrələr

C) Komplement

D) Transferrin

E) C-reaktiv zülal
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 238
10) Aminoautotroflar necə mikroorqanizmlərdir?
A) Tərkibində karbon olan bütün mürəkkəb üzvi maddələri sintez etmək üçün sadə qeyri-üzvi birləşmələrdən istifadə edirlər

B) Zülal sintezi üçün azot mənbəyi kimi ya havanın azotundan, ya da ammonium duzlarından istifadə edirlər

C) Hər hansı maddəni vahid karbon və azot mənbəyi kimi müvafiq olaraq qlükozadan və ammonium duzlarından sintez edirlər

D) Karbon mənbəyi kimi ancaq qlükozadan, azot mənbəyi kimi ancaq ammonium duzlarından istifadə edirlər

E) Azot mənbəyi kimi üzvi maddələrdən- aminturşulardan və zülallardan istifadə edirlər
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 63)
11) Passiv diffuziya haqqında hansı fikir doğrudur?
A) İon yüklərinin qradiyentinə əsasən həyata keçirilir

B) Qida maddələrinin mikrob hüceyrəsinə fəal daşınma prosesi olub, permeazalar vasitəsilə həyata keçirilir, proses enerji tələb etmir

C) Mikrob hüceyrəsinin xaricindəki və daxilindəki osmos fərqləri hesabına baş verir

D) Fəal daşınma mexanizmi olub, daşıyıcı zülal sitoplazmada fosforlaşdıqdan sonra sitoplazmatik membranın xaricində olan şəkərlə birləşərək sitoplazmaya keçir

E) Permeazalar vasitəsilə həyata keçirilir, enerji sərf olunur
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 64)
12) Su, karbon qazı və oksigen hüceyrəyə hansı mexanizmlə daxil olur?
A) Fəal daşınma ilə

B) Asanlaşmış diffuziya ilə

C) İon-vasitəli daşınma yolu ilə

D) Passiv diffuziya ilə

E) Translokasiya mexanizmli daşınma yolu ilə
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 64)
13) Konstitutiv fermentlər hansıdır?
A) Ancaq metabolitik reaksiyalarda istifadə edilir

B) Xəstəliktörədici mikroorqanizmlərə xas olmaqla, onların patogenlik xüsusiyyətlərini təmin edirlər

C) Həmişə sintez olunaraq mikrob hüceyrəsində daima müəyyən qatılıqlarda mövcud olurlar

D) Substrat olmadıqda sintez edilmir və ya çox az miqdarda sintez edilir, substrat olduqda isə miqdarları kəskin şəkildə artır

E) Saprofit mikroorqanizmlərə xasdır
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 66)
14) Aşağıdakılardan hansı bakteriyaların çoxalma fazası deyil?
A) Staionar faza

B) Eksponensial (loqarifmik) faza

C) Ölüm fazası

D) Sakit faza

E) Laq (başlanğıc) faza
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 75)
15) Generasiya müddəti nədən asılı deyil?
A) Kulturanın yaşından

B) Qidalı mühitdən

C) Temperaturdan

D) Nuklein turşusunun növündən

E) pH-dan
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 74)
16) Bağırsaq disbiozları və disbakteriozlarının diaqnostikasında hansı nəzərə alınmır?
A) Şərti-patogen bakteriyaların, o cümlədən Proteus cinsli bakteriyaların və Candida göbələklərinin olması və onların nisbi miqdarı

B) Hemolitik bağırsaq çöplərinin nisbi miqdarı

C) Bifidobakteriyaların, laktobakteriyaların və bakteroidlərin miqdarı

D) 1 q nəcisdə bağırsaq çöplərinin ümumi sayı

E) Helicobacter pylori bakteriyalarının olması və onların nisbi miqdarı
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 148)
17) Əksər antibiotiklərin Qram müsbət bakteriyaların daxilinə asanlıqla nüfuz etməsinə baxmayaraq, Qram mənfi bakteriyalara daxil ola bilməməsinin səbəbi nədir?
A) Qram mənfi bakteriyalarda porinlərin diametri kiçik, keçiriciliyi çox zəif olur

B) Qram müsbət bakteriyalarda porinlərin diametri kiçik, keçiriciliyi çox zəif olur

C) Qram mənfi bakteriyalarda hüceyrə divarı və sitoplazmatik membran arasında periplazmatik sahə yerləşir

D) Qram mənfi bakteriyaların hüceyrə divarında yaxşı inkişaf etmiş lipopolisaxarid qatı vardır

E) Qram mənfi bakteriyaların peptidoqlikan qatında teyxoat turşusu yoxdur
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 209)
18) İmmunoloji diaqnostik reaksiyalarda natamam (blokadaedici) anticisimlər hansı reaksiya vasitəsilə aşkar edilir?
A) İFR

B) Kumbs reaksiyası

C) Presipitasiya reaksiyası

D) KBR


E) İFA
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 280, 320)
19) Affinlik nədir?
A) Anticismin antigenlə spesifik qarşılıqlı təsir qüvvəsi

B) Anticismin ən azı iki aktiv mərkəz vasitəsilə müxtəlif antigenləri birləşməsi

C) Çoxsaylı limfosit klonları tərəfindən sintez edilən anticisimlər

D) Anticismin antigenlə ancaq bir mərkəzlə birləşməsi

E) Anticisim-antigen kompleksinin möhkəmliyini ifadə edir
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 280)
20) Aşağıdakı vəziyyətlərdən hansı T-limfositlərin çatışmazlığı zamanı meydana çıxır?
A) Sadə (adi) dəyişkən hipoqammaqlobulinemiya

B) Ataksiya-teleangiektaziya

C) Qazanılmış immun çatışmazlıq sindromu

D) Xroniki qranulomatoz xəstəliyi

E) İrsi angioödema
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 306)
21) Rekombinant vaksinlər necə alınır?
A) Kimyəvi maddələr, yüksək temperatur və s. təsirindən alınır

B) Öldürülmüş mikroorqanizmlərdən alınır

C) Virulentliyi zəiflədilmiş müvafiq mikroorqanizmlərdən alınır

D) Hər hansı bir mikroorqanizmin immundominant antigeninin sintezini təmin edən genləri produsent hüceyrələrə köçürülür

E) Ekzotoksinlərə 37ºC temperaturda 0,4%-li formaldehidlə 3-4 həftə təsir etməklə alınır
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 314)
22) Seroloji identifikasiya nədir?
A) Antigen-anticisim kompleksinin aşkar edilməsi

B) Zərdabda törədici əleyhinə müvafiq titrlərdə anticisimlərin aşkar edilməsi

C) Naməlum anticisimləri təyin etmək üçün aparılan seroloji reaksiyalarda məlum antigenlərdən (diaqnostikumlardan) istifadə edilməsi

D) Müvafiq immun zərdab vasitəsilə mikroorqanizmlərin tanınması

E) Antigenlərin eritrositlərin, lateks hissəciklərinin səthinə adsorbsiyası
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 317)
23) Qan qruplarını təyin etmək üçün hansı reaksiyadan istifadə edilir?
A) Qeyri-seroloji hemaqqlütinasiya reaksiyası

B) Hemaqqlütinasiyanın ləngimə reaksiyası

C) Lateks aqqlütinasiya reaksiyası

D) İmmunoferment analiz

E) Seroloji hemaqqlütinasiya reaksiyası
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 319)
24) KBR-də hemolitik sistemdə hemolizin baş verməsi nəyi göstərir?
A) Komplement antigen-anticisim kompleksi ilə birləşmişdir

B) Reaksiya müsbətdir

C) Reaksiya mənfidir

D) Reaksiya şübhəlidir

E) Reaksiya düzgün qoyulmayıb
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 323)
25) Faqositar ədəd nədir?
A) Eyni preparatda bir faqosit tərəfindən udulmuş mikroorqanizmlərin orta sayı

B) Faqositozun aktivliyinin qan zərdabındakı opsoninlərin miqdarından asılı olması

C) Faqositozdan əvvəl və sonra mikroorqanizmlərin sayında baş verən dəyişikliklər

D) Xəstənin qan zərdabının iştirakı ilə faqositar göstəricinin kontrol zərdabın iştirakı ilə faqositar göstəriciyə olan nisbəti

E) Faqositozda iştirak edən hüceyrələrin nisbi sayı
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 330)
26) Voqes-Proskauer reaksiyası nədir?
A) İndolun əmələ gəlməsi

B) Qlükozanın turşuya qədər parçalanması

C) Laktozanın parçalanması

D) Qlükozanın turşuya və qaza qədər parçalanması

E) Qlükozalı mühitdə asetonun əmələ gəlməsi
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 335)
27) Aşağıdakılardan hansı stafilakokların aqressiya fermenti deyil?
A) Hialuronidaza

B) Koaqulaza

C) Beta-laktamaza

D) Fibrinolizin

E) Alfa-hemolizin
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 336)
28) Dik reaksiyasından hansı xəstəlik zamanı istifadə edilir və mahiyyəti nədir?
A) Bruselloz zamanı istifadə edilir, törədicilərə qarşı ləng tipli yüksək həssaslığı aşkar etmək üçün istifadə edilir

B) Tulyaremiyanın diaqnostikasında istifadə edilir, qızdırılmaqla öldürülmüş tulyaremiya törədicilərinin suspenziyası (tulyarin) dəri səthinə və dəri daxilinə yeridilir

C) Difteriya zamanı istifadə edilir, difteriya toksininin dəniz donuzları üçün 1/40 Dlm dozası saidin ön səthinin dərisi içərisinə yeridilməklə antitoksik immunitet aşkar edilir

D) Cüzamın kliniki formalarını diferensiasiya etmək üçün M.leprae allergeni ilə qoyulur, dəridaxili inyeksiya yolu ilə həyata keçirilir

E) Skarlatinanın diaqnostikasında istifadə edilir, eritrogen toksini dəri daxilinə yertməklə antitoksik immunitet aşkar edilir
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 349)
29) "Streptococcus pneumoniae"-nı digər alfa-hemolitik streptokoklardan fərqləndirmək üçün hansı test istifadə edilir?
A) Plazmakoaqulaza testi

B) CAMP-testi

C) DNT-aza testi

D) Quelling testi

E) Optoxin testi və ödün təsirindən lizis fenomeni
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 354)
30) Mikroskopik müayinə zamanı qonokokların əsas diaqnostik göstəricisi nədir?
A) Polimorf nüvəli leykositlərin daxilində tək-tək yerləşmiş Qram mənfi paxlaşəkilli diplokokların aşkar edilməsi

B) Polimorf nüvəli leykositlərin daxilində yığınlarla yerləşmiş Qram müsbət paxlaşəkilli diplokokların aşkar edilməsi

C) Polimorf nüvəli leykositlərin daxilində yığınlarla yerləşmiş Qram mənfi paxlaşəkilli diplokokların aşkar edilməsi

D) Polimorf nüvəli leykositlərin daxilində yığınlarla yerləşmiş Qram mənfi kokların aşkar edilməsi

E) Polimorf nüvəli leykositlərin daxilində yığınlarla yerləşmiş Qram müsbət spora əmələ gətirməyən çöpvari bakteriyaların aşkar edilməsi
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 363)
31) Ouxterlen üsulu (ikiqat immundiffuziya) hansı reaksiyaya aiddir?
A) Neytrallaşma reaksiyalarına

B) Aqqlütinasiya reaksiyasına

C) Presipitasiya reaksiyasına

D) Nişanlanmış anticisimlərin yaxud antigenlərin iştirakı ilə gedən reaksiyalara

E) Komplementin iştirakı ilə gedən reaksiyalara
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 321)
32) Reaksiyanın həlqə presipitasiyası kimi görünməsi üçün əsas şərt nədir?
A) Mühit maye şəklində olmalıdır

B) Komplentin iştirakı vacibdir

C) Antigen və anticisim bərk fazaya diffuziya olunmalıdır

D) Antigen və immun zərdab bir-birilə qarışmamalıdır

E) Antigen və immun zərdab bir-birilə qarışmalıdır
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 321)
33) Alloxton (zimogen) mikroorqanizmlər hansılardır?
A) Müəyyən ekosistemin daimi sakinləri olmaqla orada həmişə rast gəlinir

B) Biri digərinin həyat fəaliyyəti məhsularından istifadə edən mikroorqanizmlərdir

C) Konkret ekosistemdə daimi deyil, onların yaşaması üçün müəyyən şərait olduqda rast gəlinir

D) Birgə yaşama zamanı bir-birinə heç bir təsir göstərməyən mikroorqanizmlərdir

E) Simbioz halında yaşayan mikroorqanizmlərdir
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 125)
34) Aşağıdakılardan hansı mutualistik simbiozun variantı deyil?
A) Antaqonizm

B) Biri digərinin həyat fəaliyyəti məhsularından istifadə edən mikroorqanizmlər

C) Satellizm

D) Metabioz

E) Kommensializm
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 126)
35) Vərəm xəstəliyinin baş verməsi üçün nə əhəmiyyət kəsb etmir?
A) Yoluxdurucu dozanın çoxluğu

B) İrsiyyət

C) Mikobakteriyaların virulentliyi

D) İnfeksiya mənbəyi ilə uzun müddət təmasda olmaq

E) Orqanizmin rezistentliyinin zəifləməsi
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 523)
36) Təmiz kultura nədir?
A) Bərk qidalı mühitin səthində çoxaldılaraq izolə edilmiş, eyni növdən olan mikroorqanizmlərin populyasiyası

B) Müxtəlif mənbələrdən müəyyən vaxtlarda alınmış eyni növdən olan mikroorqanizmlərin kulturası

C) Bir mikrob hüceyrəsindən inkişaf edən kultura

D) Mikroorqanizmlərin növləri daxilində bioloji xüsusiyyətlərinə görə fərqlənən variantlar

E) Ümumi mənşəyə və oxşar morfo-bioloji xüsusiyyətlərə malik olan mikroorqanizmlər
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, R.Babayev “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə dərslərinə rəhbərlik” Bakı-2011. (səh. 116); Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 32)
37) Alman dilindən götürülmüş “tripper” adı hansı xəstəliyi bildirir?
A) Sifilis

B) Qonoreya

C) Traxoma

D) QİÇS


E) Trixomoniaz
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 362)
38) Aşağıdakılardan hansı "Pseudomonas aeruginosa"-nın patogenlik amili deyil?
A) Hemolizinlər

B) Proteolitik fermentlər

C) Neyraminidaza

D) Piosinlər

E) Dəmirə olan tələbatını ödəmək üçün rəqabət
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 418)
39) Jelatin sütununu xarakterik “başı aşağı çevrilmiş küknar ağacı” formada əritmə hansı bakteriyalara xasdır?
A) Bacillus anthracis

B) Clostridium tetani

C) Bacillus cereus

D) Clostridium difficile

E) Clostridium perfringens
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 466)
40) Bürne sınağından hansı xəstəlik zamanı istifadə edilir, mahiyyəti nədir və necə qoyulur?
A) Difteriyanın diaqnostikasında istifadə edilir, difteriya toksininin dəniz donuzları üçün 1/40 Dlm dozası saidin ön səthinin dərisi içərisinə yeridilməklə antitoksik immunitet aşkar edilir

B) Tulyaremiyanın diaqnostikasında istifadə edilir, qızdırılmaqla öldürülmüş tulyaremiya törədicilərinin suspenziyası (tulyarin) dəri səthinə və dəri daxilinə yeridilir

C) Bruselyozun diaqnostikasında ləng tipli yüksək həssaslığı aşkar etmək üçün istifadə edilir, said nahiyəsinin dərisi içərisinə 0,1 ml brusellin (törədicilərin kulturasının protein ekstraktı) yeridilir

D) Tuberkulinə qarşı ləng tipli yüksək həssaslıq reaksiyasının aşkar edilməsinə əsaslanır, bu məqsədlə tuberkulin (PPD) müəyyən dozası saidin ön səthində dəri içərisinə inyeksiya edilir

E) Skarlatinanın diaqnostikasında istifadə edilir, eritrogen toksin dəri daxilinə yerdilməklə antitoksik immunitet aşkar edilir
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 456)
41) Aşağıdakı hansı xəstəlik sifilisəbənzər xəstəlik hesab olunmur?
A) Frambeziya (tropik qranuloma)

B) Pinta xəstəliyi

C) Karate xəstəliyi

D) Eritrezma

E) Becel xəstəliyi
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 551)
42) “TORCH infeksiyaları”na hansı xəstəliklər daxildir?
A) Taun, onixomikoz, rikketsioz, sporotrixioz, hepatit

B) Trixomonioz, ornitoz, rikketsioz, salmonelyoz, histoplazmoz

C) Tripanosomoz, ozena, rikketsioz, salmonelyoz, herpes

D) Traxoma, ozena, revmatizm, sarkosistoz, herpes

E) Toksoplazmoz, rubella (qızılca), sitomeqalovirus, herpes
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 881)
43) Dreyf nədir?
A) Virus genomunun hemaqqlütininin sintezi və strukturu üçün cavabdeh olan nahiyələrində baş verən nöqtəvi mutasiyalarla bağlıdır. Virusun yeni serovariantlarını əmələ gətirmir

B) Daim virus genomunun hemaqqlütinin və neyraminidazanın sintezi və strukturu üçün cavabdeh olan nahiyələrində baş verən nöqtəvi mutasiyalarla bağlı virusun yeni serovariantları (və epidemiyalar) yaranır

C) Nukleotid cütlərinin əvəz olunaraq bəzən kodonların (tripletlərin), bu isə öz növbəsində genetik informasiyanın dəyişilməsinə səbəb olması

D) Hemaqqlütinin və ya neyraminidazanı kodlaşdıran genin tam dəyişməsilə əlaqədardır

E) Hemaqqlütinin və ya neyraminidazanı kodlaşdıran genin qismən dəyişməsilə əlaqədardır
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 629)
44) Periferik qanda B-limfositlərin ümumi sayını təyin etmək üçün hansı üsul istifadə edilir?
A) Sanger üsulu

B) Radioimmun metod

C) EAC-rozet testi

D) Fernandes reaksiyası

E) Koaqqlütinasiya reaksiyası
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 331)
45) Vərəm törədicilərinin kimyəvi terapevtik preparatlara həssaslığını təyin etmək üçün hansı üsuldan istifadə edilmir?
A) İmmunxromoqrafik üsul

B) ZPR vasitəsilə rezistentlik genlərini aşkar etmək

C) Vərəm əleyhinə preparatların müxtəlif konsentrasiyaları əlavə edilmiş qidalı mühitlərdə M.tuberculosis-in kultivasiyasına əsaslanan üsul

D) Rezaruzin testi

E) Mütləq konsentrasiya üsulu
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 526)
46) Dederleyn çöpləri hansı bakteriyalara aiddir?
A) Peptostreptokoklar

B) Laktobakteriyalar

C) Bacteroidlər

D) Bifidobakteriyalar

E) Veillonellalar
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 515, 808)
47) Eyakulyatda hansı mikroorqanizmlərə rast gəlinir?
A) Mikoplazmalar

B) Xlamidiyalar

C) Steril olur

D) Ureaplazmalar

E) Laktobasillər
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 808)
48) Şiş transformasiyasına uğramış hepatositlərdə B hepatit virusunun hansı antigeni aşkar edilir?
A) HBe-antigen

B) HBx-antigen

C) HBc-antigen

D) HBs-antigen

E) HBs-antigen və HBx-antigen
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 706)
49) B hepatitindən fərqli olaraq C hepatiti ilə yoluxmada əsas şərt nədir?
A) Daha böyük yoluxdurucu doza tələb olunur

B) Əsasən cinsi əlaqə zamanı yoluxur

C) Əsasən qan və qan əvəzediciləri ilə yoluxur

D) Əsasən parenteral manipulyasiyalar zamanı yoluxur

E) Heç bir fərq yoxdur
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 713)
50) Cüzamın bütün formalarının müalicəsində əsas preparat hansıdır?
A) Rifampisin

B) Dapson

C) Klaritromisin

D) Minosiklin

E) Flüorxinolonlar
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 537)
51) İmmunblotinq üsulunun mahiyyəti nədir?
A) Əvvəlcədən elektroforez üsulu ilə tərkib hissələrinə ayrılmış antigenlərin İFA və ya RİM vasitəsilə aşkar edilməsinə əsaslanır

B) Aqar gelində elektrik sahəsinin təsiri altında antigen və anticisimlərin qarşı-qarşıya diffuziyası nəticəsində presipitasiya xətlərinin əmələ gəlməsinə əsaslanır

C) Fermentlərlə nişanlanmış anticisimlərin köməyilə müvafiq antigenin aşkar edilməsinə əsaslanır

D) Məlum anticisimlərin flüoroxromlar adlandırılan maddələrlə nişanlanmasına və bu maddələrin ultrabənövşəyi şüaların təsirindən sarı-yaşıl rəngli işıq saçmasına əsaslanır

E) Reaksiya komponentlərindən biri – antigen yaxud anticisim bərk daşıyıcı üzərinə sorbsiya edilməklə aparılır
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 327)
52) Virus yükü nədir?
A) Virusun qandakı konsentrasiyası

B) Virusun persistensiyası

C) Virusun reproduksiyası

D) Virusun deproteinasiyası

E) Virusun translyasiyası
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 677)
53) Bakteriuriyanı qiymətləndirmək üçün əsasən hansı üsuldan istifadə edilir?
A) Montoneqro sınağı

B) Mikroskopiya

C) Ölçülü (kalibrli) ilgək üsulu

D) CAMP-testi

E) EAC-rozet testi
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 807)
54) “Jandarm papağı” simptomu hansı xəstəliyin laborator diaqnostikasında aşkar edilir?
A) Leyşmanioz

B) Qeyri-qonokok uretritləri

C) Qonoreya

D) Trixomonioz

E) Xlamidioz
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 815)
55) Aşağıdakılardan hansı İFA-nın forması deyil?
A) Mançini metodu

B) Sandviç ELİSA

C) Müqayisəli və müqayisəsiz ELİSA

D) Makro və mikro ELİSA

E) Avidin-biotin əlavəli ELİSA
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, R.Babayev “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə dərslərinə rəhbərlik” Bakı-2011. (səh. 194)
56) Hansı reaksiya əşya şüşəsi aqlütinasiya reaksiyasına aiddir?
A) Bruselyozun diaqnostikasında istifadə edilən Wright testi

B) Rikketsiya mənşəli xəstəliklərdə istifadə edilən Weil- Feliks testi

C) Qarın yatalağı və paratiflərin diaqnostikasında istifadə edilən Grubel-Widal testi

D) Sifilisin diaqnostikasında istifadə edilən bəzi VRDL testləri

E) Paratiflərin diaqnostikasında istifadə edilən Grubel-Widal testi
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, R.Babayev “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə dərslərinə rəhbərlik” Bakı-2011. (səh. 186)
57) CAMP-testi zamanı hansı bakteriyalar identifikasiya edilir?
A) S.epidermidis

B) Yaşıllaşdıran streptokoklar (S.viridans)

C) B qrup streptokoklar (S.agalactiae)

D) Qızılı stafilokoklar (S.aureus)

E) Pnevmokoklar (S.pneumoniae)
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, R.Babayev “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə dərslərinə rəhbərlik” Bakı-2011. (səh. 257); Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 350)
58) İndol testi müsbət olduqda Kovaç reaktivinin əlavə edilməsindən sonra qidalı mühitdə nə müşahidə edilir?
A) Mühitin səthində qırmızı həlqə əmələ gəlir

B) Çöküntü əmələ gəlir

C) Mühitin səthində göy həlqə əmələ gəlir

D) Mühitin səthində ərp əmələ gəlir

E) Mühit bulanır
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, R.Babayev “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə dərslərinə rəhbərlik” Bakı-2011. (səh. 286)
59) Tallosporlar harada əmələ gəlir?
A) Miselinin və ya psevdomiselinin hava miselilərində

B) Miselinin və ya psevdomiselinin vegetativ miselilərində

C) Sporangilərin daxilində

D) Konididaşıyıcıların uclarında

E) Miselinin və ya psevdomiselinin reproduktiv miselilərində
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 55)
60) Hemofil bakteriyaların inkişafı üçün nə tələb olunur?
A) Laktozalı mühit

B) Qliserinli mühit

C) Yumurta-sarılı mühit

D) Sistein əlavə edilmiş mühit

E) Eritrositlərin tərkibində olan X və V boy amilləri
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 431)
61) Prionlar nədir?
A) Obliqat hüceyrədaxili parazitizmə malik olan hissəciklər

B) Virus hissəcikləri

C) Nuklein turşuları, zülallar və fermentlər kompleksindən təşkil olunmuş mürəkkəb quruluşlu hissəciklər

D) Tərkibində nuklein turşuları olmayan zülal təbiətli infeksion molekullar

E) Zülalsız, həlqəvi, superspirallaşmış kiçik RNT molekullarından ibarətdir
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 18)
62) Hansı prion xəstəliyidir?
A) Kreytsfeld-Yakobson

B) Ritter xəstəliyi

C) Manqo xəstəliyi

D) Lass qızdırması

E) Proqressivləşən çoxocaqlı leykoensefalopatiya
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 87)
63) Hansı xəstəlik Klebsiella pneumonia vasitəsilə törədilmir?
A) Melioidoz

B) Ozena


C) Rinoskleroma

D) Lobar pnevmoniya

E) Üfunətli zökəm
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 391)
64) Aşağıdakılardan hansı "Corynobacterium diphteriae"nın biotipi deyil.
A) Belfanti

B) Mitis


C) Medius

D) İntermedius

E) Gravis
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, R.Babayev “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə dərslərinə rəhbərlik” Bakı-2011. (səh. 347)
65) Leptospiraların kultural üsulla tədqiqi məqsədilə hansı mühitdən istifadə edilmir?
A) Korthoff

B) Fletcher

C) Sutart

D) Ellinghousen-Mc

E) Mac Koncey agar
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, R.Babayev “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə dərslərinə rəhbərlik” Bakı-2011. (səh. 434)
66) Patoloji materialda virus nuklein turşusunu hansı metodla təyin etmək olar?
A) Histoloji boyama üsulları ilə müayinə

B) İmmunofloressensiya və immunoferment üsulları

C) İmmun elektron mikroskopiya

D) Radioimmun analiz

E) Hibridizasiya üsulları
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, R.Babayev “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə dərslərinə rəhbərlik” Bakı-2011. (səh. 449)
67) Hansı seroloji reaksiyadan brüselyozun diaqnostikasında istifadə edilmir?
A) 2-Mercapto-ethanol və Diamino 6,9 Etoxy acridin (Rivanol)-li aqqlütinasiya sınaqları

B) Rayt (Wright) aqqlütinasiya reaksiyası

C) Əşya şüşəsi üzərində aqqlütinasiya sınaqları (Rose Bengal sınağı, Spot test

D) Appelman üsulu

E) Kumbs reaksiyası
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, R.Babayev “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə dərslərinə rəhbərlik” Bakı-2011. (səh. 333-337)
68) Təmiz kultura almaq üçün hansı üsuldan istifadə edilmir?
A) Laborator heyvanların istifadə olunması

B) Petri kasasında seyrəltmə üsulu ilə kultivasiya

C) Batırma (iynə) üsulu

D) Xüsusi qidalı mühitlərin köməyi ilə mikroorqanizmlərin izolə edilməsi

E) Bakteriyaların bioloji xassələrini nəzərə alaraq müayinə materiallarının xüsusi işləmələrdən sonra kultivasiyası
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, R.Babayev “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə dərslərinə rəhbərlik” Bakı-2011. (səh. 116-117)
69) Hansı üsulla mühitdəki oksigeni kənarlaşdırmaq olmaz?
A) Kimyəvi üsul

B) Fiziki üsul

C) Gas-Pak paketlərindən istifadə

D) Mexaniki üsul

E) Bioloji üsul
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, R.Babayev “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə dərslərinə rəhbərlik” Bakı-2011. (səh. 119-120)
70) Reyter sindromu hansı simptomlardan ibarətdir?
A) Vulvovaginit, sistit, artrit

B) Prostatit, epididimit, vezikulit

C) İridosiklit, artrit, prostatit

D) Pnevmoniya, mikoplazmoz, ureaplazmoz

E) Uretrit, konyunktivit (iridosiklit yaxud uveit), reaktiv artrit
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 578)
71) Mikoplazma mənşəli oynaq patologiyalarında əsas rol hansı növə məxsusdur?
A) Mycoplasma penetrans

B) Mycoplasma fermentas

C) Mycoplasma pneumoniae- nin “artrogen” ştamları

D) Mycoplasma hominis

E) Mycoplasma gallisepticum
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 589)
72) HBsAg antigenlərin qanda aşkar edilməsi nəyi göstərir?
A) CHV ilə yoluxmanı göstərir

B) BHV ilə yoluxmanın baş vermədiyini göstərir

C) Şiş transformasiyasına uğramış hepatositlərin olmasından xəbər verir

D) AHV ilə yoluxmanı göstərir

E) BHV ilə yoluxmanı göstərir
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 706)
73) Hansı virus hepatiti yoxdur?
A) D hepatiti

B) G hepatiti

C) A hepatiti

D) E hepatiti

E) F hepatiti
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 704)
74) Şiş hüceyrələrinin hansı xüsusiyyəti praktikada onlardan köçürülən hüceyrə kulturaları kimi istifadə etməyə imkan verir?
A) Onkogen transformasiya nəticəsində hüceyrələrin girdə forma alması

B) Kariotipdə dəyişikliklərin getməsi, xromosomların sayının və ölçülərinin dəyişilməsi

C) Qidalı mühitdə suspenziya halında daha asanlıqla çoxalması

D) DNT sintezinin sürətlənməsi

E) “Ölməzlik” (immortalizasiya)
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 717)
75) Şiş hüceyrələrində hansı biokomyəvi dəyişikliklər baş vermir?
A) Fibronektinin miqdarı azalır

B) Anaerob qlikolizin sürətlənməsi hesabına süd turşusunun miqdarı artır

C) ATF sintezi azalır

D) AMF sintezi azalır

E) Hüceyrə membranında və qlikolipidlərin tərkibində olan şəkərlərin kimyəvi quruluşunda dəyişikliklər baş verir
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 717-718)
76) Hansı səthi mikozlara aid deyil?
A) Qara piedra

B) Epidermomikozlar

C) Ağ piedra

D) Qara dəmrov

E) Kəpəklənən dəmrov
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 728-730)
77) Vafus törədicisi hansıdır?
A) Epidermophyton floccosum

B) Trichophyton tonsurans

C) Trichophyton mentagrophytes

D) Trichophyton schoenleinii

E) Trichophyton violaseum
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 735)
78) "Candida albicans"-ı digər növlərdən differensiasiya etmək üçün hansı üsuldan istifadə edilir?
A) Saburo mühitində kultivasiya etməklə törədicinin kulturasının alınması

B) Qan zərdabında mannan polisaxaridlərinin təyini

C) “Rüşeym borucuğu” testi

D) Yaxmalarda psevdomiselilərin və tumurcuqlanan mayayabənzər hüceyrələrin aşkar edilməsi

E) Beta-qlükan polisaxaridlərin qanda müəyyən edilməsi
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 751-753)
79) Bəlğəmin mikroskopik müayinəsi zamanı irinli hissəcikləri yuxarı tənəffüs yollarının mikroflorasından azad etmək üçün hansı tədbirlər görülür?
A) 30 dəq. soyuducuda saxlanılır

B) Nikiforov qarışığında fiksasiya edilir

C) Otaq temperaturunda 1 saat saxlanılır

D) İzotonik məhlulla yuyulur

E) Alovdan keçirilir
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 795)
80) MSS infeksiyalarının diaqnostikası zamanı likvor hansı qidalı mühitlərə əkilmir?
A) 5%-li qanlı aqar

B) 1%-li qlükozalı ƏPA

C) Saburo mühiti

D) Şokalad aqarı

E) Vilson-Bler mühiti
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 824)
81) Qanın bakterioloji müayinəsi zamanı tərkibindəki bakterisid amillərin təsirini neytrallaşdırmaq üçün hansı tədbirlər görülür?
A) Dərhal maye qidalı mühitlərə əkilir

B) Qanın laxtalanmasına mane olan reagentlər (natrium sitrat, heparin) əlavə edilir

C) Sentrifuqadan keçirilir

D) Qan həcmindən 5-10 dəfə artıq olan maye qidalı mühitlərə əkilir

E) Otaq temperaturunda 1-1,5 saat saxlanılır
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 827)
82) Səthi mikozlarda zədələnmiş nahiyələrdən götürülmüş nümunələrdə – dəri pulcuğu, dırnaq lövhələri və tüklərdə keratini parçalamaq üçün nə etmək lazımdır?
A) Alovdan keçirilir

B) Qatı xlorid turşusu ilə işlənilir

C) Etil sporti ilə işlənilir

D) 10-20%-li KON məhlulu ilə işlənilir

E) 1-2 saat soyuducuda saxlanılır
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 828)
83) Bəlğəmin vərəmə görə birbaşa mikroskopik müayinəsi zamanı törədici nə vaxt aşkar edilə bilər?
A) 1 ml-də təqribən 106-107 bakteriya olmalıdır

B) 1 ml-də təqribən 100-dən çox bakteriya olmalıdır

C) 1 ml-də təqribən 104-105 bakteriya olmalıdır

D) 1 ml-də təqribən 102-103 bakteriya olmalıdır

E) Sayın əhəmiyyəti yoxdur
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 526)
84) Vərəmin diaqnostikasında “qızıl üsul” hansıdır?
A) Bakterioloji üsul

B) Bioloji üsul

C) Mantu sınağı

D) Seroloji üsul

E) Dəri-allergik sınaq
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 526-528)
85) Hansı mikobakteriozun törədici deyil?
A) M.scorfulaceum

B) M.tuberculosis

C) M.chelonei qrupu

D) M.avium complex

E) M.kansasii
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 531)
86) Aşağıdakılardan hansı stafilokokların patogenlik amilinə aid deyil?
A) Toksiki şok sindromu toksini

B) Mikrokapsula

C) Katalaza

D) Koaqulaza

E) Eksfoliatinlər
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 336)
87) Stafilokok mənşəli sepsisdən şübhələndikdə qanı hansı mühitə əkmək lazımdır?
A) Ət-pepton bulyonu

B) MacConkey bulyonu

C) 1%-li qlükozalı ƏPA

D) Tioqlikol mühiti

E) Şəkərli bulyon
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 340)
88) Streptokokların təmiz kulturasını almaq üçün material hansı mühitə əkilir?
A) Qələvili aqar

B) Qanlı aqar

C) Ət-pepton aqarı

D) MacConkey aqar

E) Şokaladlı aqar
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 350)
89) Bürne sınağından hansı xəstəlik zamanı istifadə edilir?
A) Tulyaremiya

B) Difteriya

C) Dizenteriya

D) Vərəm


E) Brüselloz
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 454)
90) Paşen cisimcikləri nədir?
A) Tulyaremiya

B) Çiçək virusu

C) Ernst cisimcikləri

D) Prionlar

E) Babeş-Neqri cisimcikləri
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 593)
91) Hansı doğrudur?
A) Qızılca virusu Ortomyxoviridae fəsiləsinə daxildir

B) Qızılca virusu toyuq embrionlarında kultivasiya edilir

C) Qızılca virusu nüvədaxili əlavələr əmələ gətirmir

D) Qızılca virusu ətraf mühitdə çox davamsızdır

E) Qızılca virusu DNT tərkibli virusdur
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 646)
92) Keçirilmiş qarayara xəstəliyndən sonra hansı immunitet formalaşır?
A) Hüceyrə

B) Faqositar

C) Antimikrob və antitoksik

D) Yalnız antitoksik

E) Yalnız antimikrob
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 468)
93) Aşağıdakılardan hansı immun sistemin periferik orqanı deyil?
A) Udlaq həlqəsinin limfoid toxuması

B) Peyer düyünləri

C) Limfa düyünləri

D) Dalaq


E) Timus
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 232)
94) Ornitoz necə xəstəlikdir?
A) Sapronoz

B) Zoonoz

C) Antroponoz

D) Antropurgik

E) Zooantroponoz
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 583)
95) Təbii çiçək virusu hansılar üçün patogendir?
A) İnsanlar, meymunlar və öküzlər

B) İnsanlar, meymunlar və gəmiricilər

C) Yalnız insanlar

D) İnsanlar və inəklər

E) İnsanlar və meymunlar
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 596)
96) Qarın yatalağı və paratiflər zamanı diaqnostik titrlər necədir?
A) O antigeni ilə 1/640, H-antigeni ilə 1/320

B) O antigeni ilə 1/340, H-antigeni ilə 1/660

C) O antigeni ilə 1/320, H-antigeni ilə 1/640

D) O antigeni ilə 1/420, H-antigeni ilə 1/680

E) O antigeni ilə 1/620, H-antigeni ilə 1/340
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 386)
97) Şigelyozların mikrobioloji diaqnostikasının yeganı üsulu hansıdır?
A) Seroloji

B) Mikroskopik

C) Bioloji

D) Dəri -allergik

E) Bakterioloji
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 381)
98) İnversiya nədir?
A) DNT zəncirində nukleotid cütlərinin əlavə edilməsi

B) DNT zəncirinin bir neçə nukleotid cütündən ibarət müəyyən hissəsinin itirilməsi

C) Öz-özünə, heç bir mutagenin təsiri olmadan mutasiyanın baş verməsi

D) DNT zəncirinin bir neçə nukleotid cütündən ibarət müəyyən hissəsinin təkrarlanması

E) DNT zəncirinin bir neçə nukleotid cütündən ibarət müəyyən hissəsinin 180º dönərək tam çevrilməsi
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 111)
99) Hansı üsul vərəm xəstəliyinə tez diaqnoz qoymağa imkan vermir?
A) Avtomatlaşdırılmış kultivasiya üsulu

B) Praysın mikrokultura üsulu

C) Zəncirvari polimeraza reaksiyası

D) Klassik bakterioloji üsul



E) Mikroskopik
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 527)

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə