803) Virusun sturuktur zülalları hansıdır?
A) Genom, kapsid və superkapsid zülalları
B) Virus genomu ilə kovalent əlaqədə olur
C) Yoluxmuş hüceyrədə rast gəlir və yetkin viriona daxil olmur
D) Qlikoproteinlərə aiddirlər
E) Yalnız virusun lipoprotein örtüyündə lokalizə olunur
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
804) Virusun qeyri-sturuktur zülalları hansıdır?
A) Kapsid və superkapsid zülallardan ibarətdir
B) Yoluxmuş hüceyrədə rast gəlir və virionun tərkibinə daxil olmur
C) Vironun tərkibində virus genomu ilə bağlıdır
D) Virus infenksiyasının gecikmiş stadiyalarında fəaliyyət göstərir və virus hissəciklərinin yığılmasında iştirak edir.
E) Qlikoproteindir və hüceyrə nüvəsində lokalizə olunurlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г. A.Г.Букринская «Вирусология»,М, 1983г.
805) Virusları ailələrə görə universal təsnif etmək üçün əhəmiyyət kəsb edən nədir?
A) Yoluxma yolları və infeksiyanın klinik simptomları
B) Virusların müəyyən toxumalara tropizmi və orqanizmin müəyyən sistemlərinin zədələnməsi
C) Antigen xassələri
D) Həssas sahiblərin dairəsi
E) Nuklein turşusunun tipi, nukleokapsidin simmetriyasının tipi, kapsid üstü örtüyün olması və digər fundamental fiziki-kimyəvi xassələr
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
Dostları ilə paylaş: |