Mikroprosessorlu sistemlər baki 2016 Mikroprocessorlar haqqında anlayış. Mikroprosessor (cpu)


Verilənlərin ünvanlaşdırılması üsulları



Yüklə 1,87 Mb.
səhifə23/64
tarix01.01.2022
ölçüsü1,87 Mb.
#104142
1   ...   19   20   21   22   23   24   25   26   ...   64
Verilənlərin ünvanlaşdırılması üsulları.
Verilənlərin ünvanlaşdırılması üsulları. 80286-80486 və Pentium MP-də effektiv proqram təchizatının yaradılması üçün hər bir maşın əmrində istifadə olunan ünvanlaşdırma üsulları haqqında geniş məlumata sahib olmaq lazımdır. MOV əmri 8086-80286 arxitekturalarında baytları və ya sözləri reqistrlər arasında yaxud reqistrlərlə yaddaş arasında ötürür. Bu əmr 80386, 80486 və Pentium MP-da uyğun olaraq baytları, sözləri və ikiqat uzunluqlu sözləri ötürə bilir.

8086-80286 arxitekturlarında verilənlərin ünvanlaşdırılmasının aşağıdakı üsulları mövcuddur: reqistrli, bilavasitə, birbaşa, dolayı reqistrli, baza - indeksli, reqistrli – nisbi, nisbi – bazalı - indeksli. 80386, 80486 və Pentium MP- də göstərilən üsullara əlavə olaraq miqyaslı- indeksli ünvanlaşdırma da təyin edilmişdir.

MOV əmri daha ümumi və çevik dəyişkən olduğu üçün verilənlərin ünvanlaşdırılması üsulları onun əsasında nəzərdən keçirilir. Şək. 1- də MOV əmrləri və verilənlərin ötürülməsi istiqamətləri göstərilmişdir. Bu üsullar aşağıdakılardır:


  1. Reqistrli ünvanlaşdırma.

  2. Bilavasitə ünvanlaşdırma.

  3. Birbaşa ünvanlaşdırma.

  4. Dolayı reqistrli ünvanlaşdırma.

  5. Baza- indeksli ünvanlaşdırma.

  6. Reqistrli- nisbi ünvanlaşdırma.

  7. Nisbi- bazalı- indeksli ünvanlaşdırma.

  8. Miqyaslı- indeksli- ünvanlaşdırma


Şəkil 1. MOV əmrində məlumat mənbəyinin, təyinatının



və məlumatın ötürülmə istiqamətinin təsviri


  1. Reqistrli ünvanlaşdırma. Bu halda MOV əmri ilə bayt və ya söz məlumat mənbəyindən (reqistr və ya yaddaş oyuğu) ötürülür. Məsələn, MOV CX, DX əmri ilə DX- dəki söz CX- ə göndərilir. 80386-80486 Pentium MP- da ikiqat uzunluqlu sözlər mənbədən təyinata ötürülə bilər. Məsələn, MOV ECX. EDX əmri yerinə yetirilərkən EDX reqistrindəki ikiqat uzunluqlu sözü ECX reqistrinə göndərilir. 8086-Pentium MP- rın əmrlərində reqistrli ünvanlaşdırmazamanı aşağıdakı 8 və 16 mərtəbəli reqistrlərdən istifadə edilir: AH, AL, BH, BL, CH, CL, DH, DL; AX, BX, CX, DX, SP, BP, SI, DI. 80386-80486-Pentium arxitekturunda 32 mərtəbəli EAX, EBX, ECX, EDX, ESP, EBP, EDI, ESI reqistrləri və bəzi MOV, PUSH, POP əmrlərində 16 mərtəbəli CS, ES, DS, SS, FS, GS reqistrləri tətbiq edilir.

  2. Bilavasitə ünvanlaşdırma. Əmrdə göstərilən sabit bayt və ya söz kodu təyinat reqistrinə yaxud yaddaş oyuğuna köçürülür. Məsələn, MOV AL, 22H əmri ilə 22H kodu AL- ə ötürülür. 80386-80486-Pentium MP- də ikiqat uzunluqlu söz kodu da təyinata göndərilə bilər. Məsələn, MOV EBX, 12345678H kodu EBX- ə köçürülür.

  3. Birbaşa ünvanlaşdırma. Bit və ya söz yaddaş oyuğu ilə reqstr arasında ötürülür. Məsələn, MOV CX, LİST əmri ilə LİST ünvanlı oyuğun məzmununu CX reqistrinə verilir. 80386- 80486-Pentium MP- də 32 mərtəbəli yaddaş oyuğunun ünvanı göstərilə bilər. Birbaşa ünvanlaşdırma 2 şəkildə tətbiq edilə bilər: a) yaddaş oyuğu ilə AL,AX, EAX reqistrləri arasında ötürülmə zamanı birbaşa ünvanlaşdırma; b) əksər əmrlərdə sürüşməni ünvanlaşdırmaq üçün.

  4. Dolayı reqistrli ünvanlaşdırma. İxtiyari yaddaş oyuguna BP, BX, DI, SI reqistrlərindəki sürüşmə ünvanları vasitəsi ilə müraciət etməyə imkan verir. Məsələn, əgər BX- də 100H kodu saxlanılırsa, MOV AX, (BX) əmri ilədaxili ünvanı 100N olan seqment oyuğunun məzmunu AX reqistrinə köçürülür. 80386, 80486 və Pentium MP- də bayt, söz və ya ikiqat uzunluqlu söz reqistri ilə yaddaş oyuğu arasında ötürülə bilər. Yaddaş oyuğunun ünvanı EAX, EBX, ECX, EDX, EBP, EDI, ESI reqistrlərində verilmiş olur. Məsələn, MOV AL, (ECX) əmri yerinə yetirilərkən ünvanı ECX- də göstərilən yaddaş oyuğunun məzmunu AL reqistrinə köçürülür.

  5. Baza- indeksli ünvanlaşdırma. Bayt və ya sözü reqistr ilə yaddaş oyuğu arasında ötürür. Yaddaş oyuğunun ünvanı baza reqistrinin və indeks reqistrinin məzmunlarının cəmi kimi tapılır. Baza reqistri kimi BP yaxud BX, indeks reqistri kimi DI yaxud SI istifadə edilə bilər. Məsələn, MOV (BX+DI), CL əmri ilə bayt CL- dən yaddaş oyuğuna elə köçürülür ki, ünvan BX və DI reqistrlərinin məzmunlarının cəmi kimi təyin edilmiş olsun. 80386- 80486- Pentium MP- də ünvanlaşdırma üçün EAX, EVX, ESX, EDX, EBP, EDI, ESI reqistrlərindən hər hansı ikisi istifadə olunur. Məsələn, MOV (EAX+ EBX), CL əmri CL- dəki baytı EAX və EBX reqistrlərinin məzmunları ilə ünvanlaşdırılan seqment oyuğuna ötürülür.


  6. Yüklə 1,87 Mb.

    Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin