Bayt və ya sözü reqistr ilə yaddaş oyuğu arasında ötürür. Yaddaş ünvznı baza reqistri, indeks reqistri və sürüşmə kodunun cəmi kimi təyin edilir.
MOV AX, ARRAY (BX+ DI) və ya MOV AX, (BX+DI+4). Hər 2 əmrə əsasən AX reqistri seqment oyuğunun məzmunu ilə yüklənir. İcraedici ünvan I əmrdə ARRAY BX və DI,
II əmrdə isə BX, DI və 4 kodlarının cəmi kimi formalaşdırılır.
Miqyaslı indeksli
Əmrdə göstərilən II reqistrin məzmununu miqyas əmsalı 2x, 4x və ya 8x ilə dəyişdirilərək operandın ünvanı formalaşdırılır.
MOV EDX, (EAX+ 4xEBX) əmrinə görə icraedici ünvanın formalaşmasında EBX reqistrinin məzmunu 4- ə vurularaq iştirak edir.
Miqyaslaşdırma sözlərə (2x), ikiqat uzunluqlu sözlərə (4x) və 4 qat uzunluqlu sözlərə (8x) müraciət etməyə imkan verir. 1x əmsalı əmrdə göstərilmir.