Mikroprosessorlu sistemlər baki 2016 Mikroprocessorlar haqqında anlayış. Mikroprosessor (cpu)



Yüklə 1,87 Mb.
səhifə64/64
tarix01.01.2022
ölçüsü1,87 Mb.
#104142
1   ...   56   57   58   59   60   61   62   63   64

Prosessorun əməli yaddaşdan məlumatları oxuduğu zaman gözləmə müddətini azaltmaq üçün müasir fərdi kompüterlərdə, adətən 3 keş-yaddaş tipi nəzərdə tutulub: birinci səviyyəli (L1) keş-yaddaş, ikinci səviyyəli (L2) keş-yaddaş və üçüncü səviyyəli (L3) keş-yaddaş. Birinci səviyyəli keş-yaddaş, həmçinin daxili keş adlanır; o, bilavasitə prosessora quraşdırılıb və faktiki olaraq prosessor mikrosxeminin bir hissəsidir. İkinci səviyyəli keş-yaddaş ikinci və ya xarici keş-yaddaş adlanır. O, ilk əvvəl prosessor mikrosxemindən ayrı qurulurdu; 386, 486 və Pentium prosessorları ilə olan bütün kompüterlərdə belə olub. Əgər ikinci səviyyəli keş-yaddaş sistem lövhəsində qurulubsa, onda o, lövhənin tezliyində işləyir. Bu halda ikinci səviyyəli keş-yaddaş adətən prosessor konnektorunun yanında yerləşirdi.

1999- cu ildən başlayaraq ikinci səviyyəli keş-yaddaş prosessorun hissəsi olur, belə ki bilavasitə birinci səviyyəli keş-yaddaşla bərabər prosessor nüvəsinə birləşdirildi. Bununla belə ikinci səviyyəli keş-yaddaş prosessorun tezliyində işləyərək daha yüksək məhsuldarlıq təmin edir.

Üçüncü səviyyəli keş-yaddaş ilk dəfə işçi stansiya və server prosessorlarında təqdim edilib. Stolüstü fərdi kompüter üçün üçüncü səviyyəli keş-yaddaşın istifadə olunan ilk prosessor 2003- cü ilin sonunda təqdim edilən Pentium 4 Extreme Edition olub; o, 2 Mbayt tutumlu daxili üçüncü səviyyəli keş-yaddaşla təchiz edilmişdi. Lakin Pentium 4 Extreme Edition prosessorunun yeni versiyaları üçüncü səviyyəli keş-yaddaş ilə təchiz olunmurlar. Bunun əvəzinə ikinci səviyyəli keş-yaddaşın tutumu əhəmiyyətli dərəcədə artırılır. Bütün bunlara baxmayaraq, üçüncü səviyyəli keş 2007- ci ildə AMD Phenom və 2008- ci ildə Intel Core i7 prosessorlarında istifadə edilir








Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin