İNTEL 4004 ilk MP olub İntel firması tərəfindən 1971-ci ildə yadılmışdır və kalkulyatorlarda 4 bitli ədədlər üzərində əməliyyatların y/y-si üçün istifadə edilmişdir. Birinci nəslə aid MP-də əmrin y/y-si (10-20ms), əmrlər yığımının məhdud olması, yaddaş tutumunun məhdud olması ilə məlumdur.
Daha mükəmməl arxitekturaya malik olan 8 bitli İNTEL 8080 MP 1974-cü ildə yaradılmış və geniş tətbiq edilmişdir. Bu MP-nin ünvan maqistralının eni 16 bit olmaqla 64 KB yaddaş həcmini ünvanlaşdırır. 40 ədəd çıxıntısı olan gövdə daxilindəki yarımkeçirici kristalda 6000 ədəd tranzistor gerçəkləşdirilmişdir. MP-nin işçi tezliyi 2MHs, qida gərginliyi və +12V olmuşdur. Bu MP-nin analoqu kimi KP580 seriyalı MP komplekti yaradılmış və geniş tətbiq edilmişdir.
8 bitli MP-lərin sonrakı inkişaf prosesində tranzistorların sayı 6500, işçi tezliyi 5MHs və sürəti 370 000 əməl/san olan İNTEL 8085 MP əvvəlki modelin arxitektur xüsusiyyətlərini saxlamış və daha mükəmməl texnologiyadan istifadə etməklə yaradılmışdır. Bu ailəyə Ziloq firmasının Z80 MP-nu da daxil etmək olar.
İlk 16 bitli MP olan İNTEL 8086 modelinin işçi tezliyi 8-10 MHs-ə qədər yüksəldilmiş, 330 000 əməl/san sürəti artıq 16 bitli ədədlər üzərində hasil edilmişdir. Ünvanlaşdırılan yaddaş 1 MB-ya çatdırılmışdır. Bu ailədən olan İNTEL 80286 MP-nun arxitekturundakı yenilik mühafizə olunan və virtual yaddaş rejimləridir ki, nəticədə virtual yaddaş həcmi 1QB-a çatdırılmışdır. Ünvanlaşdırılan fiziki yaddaş həcmi 16MB olmuşdur.
Микропроцессор 8088
32 bitli MP-lər 1985-ci ildən etibarən İNTEL 80386 MP ilə yaradılmağa başlamışdır. Ünvan şini 32 bitli olmaqla, ünvanlaşdırılan fiziki yaddaş həcmi 4QB-a çatdırılmışdır. Yaddaş seqmentlərinə əlavə olaraq səhifələşdirmə vasitələri aparat səviyyəsində gerçəkləşdirilmişdir. Микропроцессор 80286(1982)
Dostları ilə paylaş: |