1999-cu ildə yaradılan Pentium III prosessorunun nüvə və II səviyyəli keş-yaddaşı ayrıca bir kristalda olmaqla kartric konstruksiyasında yaradılmışdır. Bu prosessorların işçi tezliyi 600 MHs-ə qədər çatdırılmışdır. 1999-cu ilin II yarısında isə Pentium III prosessorunun yeni modelində nüvə və II səviyyəli keş-yaddaş eyni bir yarımkeçirici kristalda gerçəkləşdirilmişdir. Nüvə tezliyi 733 MHs-ə, xarici şin tezliyi 133 MHs-ə qədər yüksəlmişdir.
VI nəsil MP-nin daha yeni bir nümayəndəsi olan K7 modeli AMD firması tərəfindən Pentium IIImodelinə cavab olaraq 1999-cu ildə layihələndirilmişdir. Burada nüvə tezliyi 600 MHs, II səviyyəli keş-yaddaş 512 KB-dır.