GDTR və IDTR sistem ünvanları, TR və LDTR isə sistem seqmentləri registrləridir. Bu registrlərin strukturu aşağıdakı kimidir:
GDTR qlobal, IDTR isə kəsilmələr deskriptorları cədvəllərinin göstəricilərini saxlayan registrlərdir. Bu registrlərdə uyğun cədvəllərin 32 mərtəbəli baza ünvanı və 16 mərtəbəli sürüşmə saxlanılır.
LDTR registri – lokal deskriptorlar cədvəlinin 16 mərtəbəli selektorunu özündə saxlayır. Bu selektor lokal deskriptorlar cədvəli sayılan LTD –nin seqmentini təsvir edən, GDT–də olan göstəricidir.
TR – məsələnin vəziyyət registri, TSS (Task Segment Status) seqmentinə müraciət üçün 16 mərtəbəli selektoru özündə saxlayır. MP başqa məsələnin həllinə keçərkən TSS-də cari məsələnin vəziyyəti saxlanılır.
Bu registrlərin hər biri proqram vasitəsilə dəyişdirilməsi mümkün olmayan seqment deskriptorları registrləri ilə əlaqədardır.