Reqistrli- nisbi ünvanlaşdırma. Bayt yaxud söz baza reqistri, sürüşmə ünvanı ilə təyin edilən yaddaş oyuğu və reqistr arasında ötürülür. Məsələn, MOV AX, (BX+4) əmri Ax reqistrinə ünvanı Bx reqistrinin məzmununu +4 kimi təyin edilən seqment oyuğunun məzmununu yazır. MOV AX, ARRAY (BX) əmrinə görə ARRAY massivində BX- də göstərilən ünvan üzrə oyuğun məzmunu AX- ə yazılır. 80386-80486 arxitekturlarında ixtiyari reqistr istifadə edilə bilər. Məsələn, MOV AX, (ECX+4) yaxud MOV AX, ARRAY (EBX).
Nisbi- bazalı- indeksli ünvanlaşdırma. Bayt və ya sözü reqistr ilə yaddaş oyuğu arasında ötürür. Yaddaş ünvanı baza reqistri, indeks reqistri və sürüşmə kodunun cəmi kimi təyin edilir. Məsələn, MOV AX, ARRAY (BX+ DI) və ya MOV AX, (BX+DI+4). Hər 2 əmrə əsasən AX reqistri seqment oyuğunun məzmunu ilə yüklənir. İcraedici ünvan I əmrdə ARRAY BX və DI, II əmrdə isə BX, DI və 4 kodlarının cəmi kimi formalaşdırılır.
Miqyaslı-indeksli-ünvanlaşdırma. Yalnız 80386- 80486- Pentium arxitekturlarında möxcuddur. Əmrdə göstərilən II reqistrin məzmununu miqyas əmsalı 2x, 4x və ya 8x ilə dəyişdirilərək operandın ünvanı formalaşdırılır. Məsələn, MOV EDX, (EAX+ 4xEBX) əmrinə görə icraedici ünvanın formalaşmasında EBX reqistrinin məzmunu 4- ə vurularaq iştirak edir. Miqyaslaşdırma sözlərə (2x), ikiqat uzunluqlu sözlərə (4x) və 4 qat uzunluqlu sözlərə (8x) müraciət etməyə imkan verir. 1x əmsalı əmrdə göstərilmir. Məsələn, MOV AL, (EBX+ECX).
Burada ECX- in məzmunu dəyişdirilmir.
Ünvanlaşdırma üsuli
Hansı əməliyyatı y/y
Məsələn
Registrli
1.MOV əmri ilə bayt və ya söz məlumat mənbəyindən (reqistr və ya yaddaş oyuğuna) ötürülür
MOV CX, DX əmri ilə DX- dəki söz CX- ə göndərilir.
2. 80386-80486 Pentium MP- da ikiqat uzunluqlu sözlər mənbədən təyinata ötürülə bilər.
MOV ECX. EDX əmri yerinə yetirilərkən EDX reqistrindəki ikiqat uzunluqlu sözü ECX reqistrinə göndərilir
Bilavasitə
1.Əmrdə göstərilən sabit bayt və ya söz kodu təyinat reqistrinə yaxud yaddaş oyuğuna köçürülür
MOV AL, 22Həmri ilə 22H kodu AL- ə ötürülür.
2. 80386-80486-Pentium MP- də ikiqat uzunluqlu söz kodu da təyinata göndərilə bilər