Mikroprosessorlu sistemlər baki 2016 Mikroprocessorlar haqqında anlayış. Mikroprosessor (cpu)



Yüklə 1,87 Mb.
səhifə28/64
tarix01.01.2022
ölçüsü1,87 Mb.
#104142
1   ...   24   25   26   27   28   29   30   31   ...   64
Şəkil 1. Intel 8080

MP-nin struktur

sxemi

8 bitli prosessorlar


1980- ci illərin əvvəllərində prosessoru 8 bitli olan kompüterlər daha geniş yayıl-maga başladı. Z-80 prosessorlu Tandu kompüterlərin modelləri: Apple II, Commandote VİC-20, 64, 128 modelləri 65020 prosessorları ilə; Tandu Color Compyuters 1, 2 və 3 modelləri 6809 prosessorları ilə və s. Onlar üçün minlərlə proqram paket və müxtəlif periferiya qurğuları yaradılmişdır. Kompüterlər milyonlarla istehsal edilirdi.

Sonralar İBM Macintosh firmasının kompüterləri onları tədricən sıxışdırıb aradan çıxartdı. İstehsalçılar 8 bitli kompüterlərə maraqları azaldı. Onları indi də satışda görmək olar, lakin onlara tələbat azalmışdır. Bir çox istifadəçilər klublarda cəmləşmişdir və kompüterlərlə hər gün işləyirlər.

Mürəkkəb olmayan işlərin yerinə yetirilməsində fərdi kompüter CoCo3 (Tandu Color Compyuter 3) çox rahatdır və mətnlərin emalında əvəzsizdir.

Çox sayda Apple tipli kompüterlər hal- hazırda məktəblərdə, mənzillərdə və kiçik firmalardaistifadə edilir; bütün dünyada Commondore 64 və 128 tipli kompüterlərin sayı milyonlardır. 8 bitli kompüterlərə tələbat azalmışdır, lakin tam itməmişdir. Yeni 16 tipli prosessorlar 8 bitli prosessorlara əsaslanır və eyni prinsipdə işləyir.

8 bitli kütləvi kompüterlərin 2 növü var. 1- ci növə Z-80 və 8085 prosessor bazası üzərində qurulmuş kompüterlərdir və onlarda bir fazlı sinxronlaşma tətbiq edilir. 2- ci növ 8 bitli kompüterlərə 6502 və 6800 prosessorlu kompüterlər aiddir və onlarda 2 fazlı sinxronlaşma tətbiq edilir. Bütün 8 bitli prosessorlar eyni işləyir və onlar arasında bir çox ümumilik var. Onlar 40 kontaktlı DİP korpuslarda hazırlanır və onların bir- biri ilə əvəz edilməsi mümkün deyil. Her hansı bir 8 bitli prosessoru öyrənməklə digərlərinin işini aydınlaşdırmaq olar.

8 bitli prosessorun adı verilənlərin 8 bitli qruplarla emalı ilə izah edilir. Verilənlər prosessora daxil edilir, D7- D0 kontaktlarından çıxır və birləşdirici xətlərlə D7-D0 verilənlər şininə qoşulur. Verilənlərin şin xətləri bütün reqistrlərin yaddaş kartına qoşulur.

D7-D0 bitləri H və L səviyyə gərginlikləri ilə təsvir edilir, 0 və1 ikili rəqəmlərlə kodlaşdırılır. D7-D0 bitli istənilən 256 kombinasiyadan biri ilə təşkil edilə bilinər. Hər bir kombinasiya onluq rəqemlə 0(00000000)- dan 256 (ııı ııı ıı)kimi diapozonda kodlaşdırıla bilinər.

Prosessor baytlarla 13 əməliyyat yerinə yetirə bilər (şək. 1). O baytlarla vurma və bölmə əməliyyatları apara bilər. O məntiqi əməliyyatları və (AMD) və ya (OR) və ya kənar etmə yerinə yetirə bilər. O baytları reqistrdə sağa və ya sola sürüşdürmə, baytın tərkibində inkremen yerinə yetirə bilər. İstənilən baytı silmək (0 etmək), bütün baytın bitlərini 0 yazmaq və hər bir biti baytda inversiya etməyə malikdir. Prosessorun qalan fəaliyyəti baytların reqistrə verilməsi və ondan çıxarılmasıdır.

İlk nəzərdən prosessorun əməliyyatları çox sadədir və diqqəti cəlb eləmir. Lakin bu əməliyyatlar üzərində hesablama texnikası təşkil edilir.

Şəkil 1. YMQ sxemi bütün prosessorlarda var və iki giriş və bir çıxışdan ibarətdir.





Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin