Mikroprosessorlu sistemlər baki 2016 Mikroprocessorlar haqqında anlayış. Mikroprosessor (cpu)


Müxtəlif MP+də əmrlər sistemi biri birindən fərqlənə bilər. Əmrlərin sayı bir neçə yüzə çata bilər. Eyni zamanda RISC prosessorlarda əmrlərin sayı az olur



Yüklə 1,87 Mb.
səhifə39/64
tarix01.01.2022
ölçüsü1,87 Mb.
#104142
1   ...   35   36   37   38   39   40   41   42   ...   64
Müxtəlif MP+də əmrlər sistemi biri birindən fərqlənə bilər. Əmrlərin sayı bir neçə yüzə çata bilər. Eyni zamanda RISC prosessorlarda əmrlərin sayı az olur.

Şəkil 1. Əmrin uzunluğu 1- dən 6 bayta qədər olur,

birinci baytda həmişə əməliyyatın kodu olur.

PROSESSOR 8088/8086 ƏMR ARDICILLIGI.
Əmrdə operandlar, ünvanlar və sürüşmələr yerləşdirilə bilər. Prosessor 8088/8086-da əmrin uzunluğu birdən altıya qədər olur, birinci baytda həmişə kod əməliyyatı olur. Əmrdə verilənlərin sayı onun tərkibindən asılıdır. Əmr baytları əməliyyat kodundan, ünvanlaşma rejimlərindən, sürüşmələrdən, ünvanlardan və verilənlərdən təşkil edilə bilər. Proqram uzun siyahıdan və əmrlərdən ibarətdir, onların baytları bir-birinin ardınca yaddaşda yerləşdirilir. Prosessor ardıcıl olaraq baytlara müraciət edir. Müraciət, keçidə kimi və ya idarəetmənin digər ötürülməsinə kimi davam edir.

Prosessorun yaddaşı 16 bitli sözlə təşkil edilmişdir. 16 verilənlər xətti D15- D0 mövcuddur. Lakin bayt və sözlərin ünvanlaşdırılmasına imkan verilir. D15- D8 və D7- D0 harada saxlandığına baxaq.




8 bitli yaddaşın ünvanı Baytın formatı

0000 D7-D0

0001 D15-D8

0002 D7-D0

0003 D15-D8

0004 D7-D0

0005 D15-D8

16 bitli yaddaşın ünvanı Sözün formatı

0000 D7-D0, D15-D8

0002 D7-D0, D15-D8

0004 D7-D0, D15-D8


8088/8086 prosessoru kompüterdə cüt nömrəli baytlar kiçik verilənlər bitini D7- D0 və tək baytlar isə böyük verilənlər bitini D15- D0- da yadda saxlayırlar. Proqram bayt ardınca baytı ünvanlaşdırdıqda verilənlər şini 8 bitli kompüterdəki kimi hərəkət edir, lakin cüt bayt ünvanlaşdırdıqda verilişdə D7- D0 xətti, tək bayt ünvanlaşdırdıqda D15- D8 xətləri istifadə edilir.

Prosessor 16 bitli kompüter kimi fəaliyyət göstərdikdə və 16 bitə eyni zamanda müraciət etdikdə ünvanlaşma vəziyyəti dəyişir,prosessor eyni zamanda iki bayta (tək və cüt baytlara ) müraciət edir. Bundan sonra bütün 16 bit D15- D0 verilənlər şini ilə ötürülür. Beləliklə, baytlara müraciət etdikdə kompüter 8 bitli kimi, sözlərə müraciət etdikdə 16 bitli kimi fəaliyyət göstərir.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin