Şin interfeys qurğusu kontroller kimi işləyir və şində idarəetmə siqnallarını formalaşdırır. O eyni zamanda A1 və A0 ünvan bitlərini yaradır.
Daxili kontroller DMA 1 Mbayt yaddaş ünvanlaşmasini təmin edir. Onda iki asılı olmayan DMA kanalı vardır ki, onlar verilənlərin yaddaşlararası və giriş-çıxış qurğusu arasında, yaaddaş-yaddaş arasında və giriş-cıxış qurğuları arasında verilənlərin mübadiləsini təmin edirlər. Verilənlər bayt və söz ola bilər. Hər bir kanalda 20 bitli mənbə göstəricisi və ya alıcı olur ki, onlar verilənlərin ötürülməsindən sonra ünvanın 1-ə və ya 2-yə inkrementinə icazə verir.
Kontroller nədir? Ümumiyyətlə komputere qoşulan giriş-çıxış qurğulari iki hissədən-elektron sxemdən ibarət olan kontroller və giriş-cıxış qurğusunun özündən ibarətdir. Komputerə qoşulan ixtiyari qurğu ümumi şinlə informasiya mübadiləsinə birbaşa qoşulmur. Şin ilə qurğu arasında həmin qurğunun işini idarə edən idarəedici qurğu-kontroller yerləşir. Belə ki , mərkəzi prosessorun qurğulara müraciəti zamanı, eyni zamanda qurğuların öz aralarinda informasiya mübadiləsi zamanı kontroller qurğuya nəzarət edir, ona informasiya yazilmasını, informasiyanın oxunmasını, informasiyanın və əmirlərin lazımi qurğuya çatdırılmasını təmin edir.