Mikroprosessorlu sistemlər baki 2016 Mikroprocessorlar haqqında anlayış. Mikroprosessor (cpu)



Yüklə 1,87 Mb.
səhifə50/64
tarix01.01.2022
ölçüsü1,87 Mb.
#104142
1   ...   46   47   48   49   50   51   52   53   ...   64
3 2 bitli 68020 prosessoru
Prosessor 68020 32 bitlidir və 68000 prosessorunun inkişaf edilmiş nümunəsidir. Prosessor ünvan reqistri 32 bit uzunluga malikdir. Prosessor 68020 sekkiz qoşulmamış bit işçidirlər və o 4 Qbayt yaddaşın ünvan fəzasından ünvanlaşdırıla bilər. Motorola şirkətinin prosessorlarında seqmentler və sürüşmələrlə bağlı mürəkkəb manipulyasiyalar İNTEL- də lazım deyil. Prosessorlarda ünvanlaşma ünvan reqistrlərinin tərkibi ilə yerinə yetirilir. Prosessor 68020 blok sxemi şək.1- də göstərilmişdir.

O tamamlanmış 32 bitli ayrı- ayrı ünvan və verilənlər şinli və 68000 tipli prosessorla işləməyə malikdir. Mövcud olan bir çox ünvanlaşma rejimləri yüksək səviyyəli dilin istifasdəsini sadələşdirir.

Prosessor 68020 sinxronlaşdırıcı tezliyi 16 Mhs- dir. Prosessorun daxilində bir neçə qurğular var: sekvenser və idarəetmə qurğusu, əməliyyat qurğusu, şin kontrolleri, əmr seçim qurğusu və əmrlərin deşifrasiya qurğusu. Prosessorun bütün işinə sekvenser və menecer vəzifəsini yerinə yetirən idarəedici qurğu yerinə yetrir. Onlar əməliyyat qurğusunu, reqistrləri və daxili şinləri idarə edirlər.

Kənar 32 bitli ünvan şini əməliyyat qurğusuna qoşulmuşdur və əmrlərlə inisiasiya edilən əməliyyatları yerinə yetirir. Əməliyyat qurğusunda proqram hesablayıcısı vardır ki, onun sxemlərində əmr ünvanları hesablanır. Əməliyyat qurğusunda eyni zamanda verilənlər bloku var ki, o HMQ- da və reqistrlərdə bütün verilənlərin emalı üçün tətbiq edilir.

Şin kontrolleri yaddaşa müraciət prosesinə cavabdehdir və tərkibində əmrlərin keş-yaddaşı da vardır. Məsələn, 80386 prosessorlu kompyüterdə keş yaddaşı əsas yaddaşla prosessorun özü arasında qoşmaq olar. Keş-yaddaş proqramlarda tez-tez istifadə edilən əmrlər və verilənlərdən təşkil edilib. Prosessora belə verilənlər tələb olunduqda o əsas yaddaşdan qabaq keş yaddaşa müraciət edir. Tələb olunan verilənlər keş-yaddaşda təyin edildikdə, o onlıarı tez alır və əsas yaddaşa müraciət etmir. Keş yaddaşın tutumu çox da böyük deyil.

Prosessor 68020 kontroller şinində əmrlərin daxili keş yaddaşı vardir. Kontrollerin özü bütün idarəedici çıxış siqnallarını formalaşdırır və giriş siqnallarını qəbul edir. Əmrlərin keş yaddaşı kənar 32 bitli verilənlər şininin xətlərinə qoşulmuşdur. Seçmə və əmrlərin dekodlayıcısı qurğusu əməliyyat qurğusu ilə birgə işləyir. O yaddaşdan əmrləri seçir və onları dekodlayır. Əvvəldən seçmə bloku reqistr qrupu ilə yaradılmışdır və eyni zamanda üç əmr sözü seçir və sonra onları dekodlaşdırır. Deməli, prosessor əmrləri bir- bir seçib dekodlamır. Prosessora əmr lazım olduqda onlar artıq onun daxilində dekodlaşmış olurlar. Seçmə və dekodlama əvvəlki əmrin yerinə yetirilməsi zamanı təşkil edildiyi üçün vaxta qənaət edilir.

Əvvəldən seçmə üçün əmrlərin və verilənlərin ünvanlaşdırılması müxtəlif qurğularla yerinə yetirilir və bu da əməliyyatların eyni zamanda aparılmasına imkan verir. Əgər əmr keş yaddaşda və verilənlər əsas yaddaşda yerləşərsə, əmrlər və verilənlər eyni zamanda hesablanır.





Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin