PENTİUM MP- nin şin interfeysi
Pentium MP- nin şin interfeysinin əsas xüsusiyyətlərindən biri keşdə əks yazma prinsipinin dəstəklənməsi və əlavə funksional imkanların əldə edilməsidir.
Ünvan şini 4QB fiziki yaddaş həcmini ünvanlaşdırmağa imkan verir. Giriş-çıxış əmrləri yerinə yetirilərkən 64KB giriş-çıxış sahəsi ünvanlaşdırılır (00000000÷0000FFFF). A[31:3] xətləri 64 bitli ünvan kodunu öürmək üçündür. BE[0:37] siqnalları 64 bitli kodun cari korpusda istifadə edilən baytlarını göstərir. A[31:5] çıxıntıları daxili keşin səthini ünvanlaşdırır və izləmə dövrlərində giriş kimi işləyiir. Verilənlər şini 64 bitli olub hər bir bitin ayrılıqda dinamik idarə edilmə imkanı interfeysdə deyil, PCI çipsetlərində gerçəkləşdirilmiş olur. DP[7:0] paritet bitləri verilənlər şininin hər bir baytına aiddir və yaddaşa yazma dövründə parit sxemi tərəfindən yoxlayıcı bitlərin hasil edilməsi üçün istifadə edilir.
Konveyerli ünvanlaşdırma halında eyni zamanda şinlərə iki müraciət sorğusunun (yaddaşa və giriş-çıxışa müraciət) çıxarılmasına imkan veriret. Şəkil 1 və şəkil 2- də tək- tək və konveyerli paket rejimlərinin zaman diaqramları göstərilmişdir. Konveyerləşdirmə sorğusu NA# siqnalı ilə ötürülür. Buna cavab olaraq prosessor bir taktdan sonra növbəti taktın ünvanını verir. Konveyerləşdirmə olmayan halda növbəti ünvan yalnız cari dövrün verilənlərinin ötürülməsi bitdikdən sonra şinə çıxarılır.
Şin dövrünün tipi M/I0#, D/C# və W/R# idarəedici siqnallarla verilir. Xarici sxemlər tərəfindən şin dövrünün bitirilməsi BRDJ# siqnalı ilə təsdiq edilir. Yaddaşa, giriş-çıxışa müraciət və kəsilmənin təsdiqi siqnallarına əlavə olaraq prosessorun BE[0:7] siqnalları kombinasiyası ilə bir- birindən ayrılan xüsusi şin dövrləri vardır cədvəl 1.
VE[7:0]=
7 6 5 4 3 2 1 0
|
Xüsusi dövr M/I0=0, D/C=0 və W/R=1
|
1 1 1 1 1 1 1 0
|
Shutdown – qəza dayanması
|
1 1 1 1 1 1 0 1
|
Fuch – keşin təmizlənməsi (INVD, WBRINVD)
|
1 1 1 1 1 0 1 1
|
Halt – dayanma (HALT)
|
1 1 1 1 0 1 1 1
|
Wrirback - əks yazı (WBINVD)
|
1 1 1 0 1 1 1 1
|
Fluch acknowledge – təmizlənmənin təsdiqi
|
1 1 0 1 1 1 1 1
|
Branch trace Message – keçid yolu xəbəri
|
Kəsilmə sorğusu.
Dostları ilə paylaş: |