Statik əməli yaddaş (Static RAM — SRAM) adlı yaddaş tipi də mövcuddur. DRAM yaddaş tipindən fərqli olaraq, onun tərkibinin saxlanılması üçün dövri yenilənmə tələb olunmur. Məhz buna görə o dinamik deyil, statik adlanır. Lakin bu onun yeganə üstünlüyü deyil. SRAM yaddaş tipi DRAM ilə müqayisədə daha yüksək sürətə malikdir və müasir prosessorlar işləyən tezlikdə işləyə bilər.
DRAM yaddaş tipi ilə müqayisədə SRAM yaddaş tipinin sürəti daha çoxdur, lakin onun sıxlığı azdır, qiyməti isə bahadır. Sıxlığın az olması o deməkdir ki, SRAM mikrosxemlərinin ölçüləri böyükdür, hərçənd ki onların informasiya tutumu olduqca azdır. Məsələn, 64 Mbayt və daha yuxarı tutuma malik DRAM modulu ilə müqayisədə təxminən eyni ölçüyə malik SRAM modulunun tutumu yalnız 2 Meqabayt təşkil edir, həm də onların qiyməti eyni olacaq. Buna görə də SRAM yaddaş tipindən fərdi kompüterlərdə əməli yaddaş kimi istifadə etmək əlverişli deyil.