- Justification (düzləndirmə) – bu opsiya Zero (sıfır), Top (zirvə) və Bottom (aşağı) seçməyə imkan verir.
Zero (sıfır) – multixəttin oxu ilə başlanğıc nöqtə arasında 0 məsafəsi qoyur.
Top (zirvə) – ox maksimum müsbət istiqamətdəki aralı xətlə üst-üstə salınır.
B ottom (aşağı) – ox maksimum mənfi istiqamətini elementlə üst-üstə salınır.
SCALE (miqyas) – xətlərin arasındakı məsafənin miqyasını tə'yin edir (buraxıldıqda 20 vahid olur).
STYLE (stil) – cari multixəttin stilini tə'yin edir.
Multixətlərin yaradılması və dəyişdirilməsi
Multixətlər bir komanda ilə paralel xətlərin çəkilməsi deməkdir. Belə ki, bu xətlərin hər birinin tipini, rəng və onlar arasındakı məsafəni vermək olur.
Multixətlərin yaradılmasının birinci mərhələsi onun stilinin yaradılmasıdır. Bunun üçün oxu Multiline Styles dialoq pəncərəsinin FormatMultiline Style (format multixəttin stili) – dən işə salmaq olar. Stil altında bir neçə xassə ümumiləşmişdir. Məsələn, Standart (standart) stilində paralel xətlər arasındakı məsafə 1 ölçüyə bərabərdir.
Yeni stil yaratmaq üçün Multiline Style lövhəsindən New düyməsi basılır və yeni stilə ad verilir. Açılmış New Multiline Style dialoq pəncərəsində stilin parametrləri təyin edilir.
Multixətlərin bütün xassələrini iki hissəyə ayırmaq olar: elementin xassəsi, yə'ni onu təşkil edən xətlərin xassəsi və multixətlərin xassəsi – bütövlükdə onu təşkil edənlərin hamısının birlikdə xassəsidir.
Dostları ilə paylaş: |