AutoCAD DesignCenter-lə blokları cizgiyə qoyduqda blokun miqyası ilə cizginin miqyası uyğun gəlməyə bilər. Onların miqyasını uyğunlaşdırmaq üçün bloku yaratdıqda Block Definition dialoq pəncərəsində ölçü vahidini seçməklə bu problemi qismən həll etmək olar. Eyni ilə ölçü vahidini Drawing units (cizginin ölçü vahidi Units komandası) dialoq pəncərəsindən seçmək olar (əsas menyudan Format->Units).
AutoCAD DesignCenter–in sağ tərəfindəki sahəsindən bloku cizgiyə qoymaq üçün blokun nişanı üzərində dayanıb siçanın sol düyməsi basılıb saxlanılır və blok dartılaraq cizgi sahəsinə keçirilr. Əgər qoyulduqda qoyma nöqtəsi, miqyas və dönmə bucağı lazım olarsa o zaman blokun üzərində sağ düymə basılır və açılmış kontekst menyudan Insert blockseçilir və eyniadlı pəncərə açılır. Insert block-dan Insert komandası kimi bloku qoyma yerinə yetrilir.
Cədvəl 3.2
Blokun vahidi
Unitless
Inches
Feet
Millimeters
Çertyojun vahidi
Unitless
1.000
1.000
1.000
1.000
Inches
1.000
1.000
12.000
0.039
Feet
1.000
0.083
1.000
0.003
Millimeters
1.000
25.40
304.800
1.000
3.2-ci cədvəldə bəzi ölçü vahidləri arasındakı fərq verilmişdir. Burada Unitless (vahidsiz), Inches (dyüm), Feet (fut) və Millimeters (mm) deməkdir.
Blokların redaktəsİ
Çertyoja qoyulmuş blokları redaktə etmək üçün Bedit əlavə olunmuşdur.
Bedit (BRedaktə) blkun ayrı-ayrı elementlərini seçib redaktə etməyə imkan verir. Komanda daxil edildikdən sonra AutoCAD soruşur.