F ilter komandası daxil edilir açılan Object Selection Filteres (Obyektin seçilməsində filtr) pəncərəsindən Select Filter sahəsindəki siyahıdan Linetype seçilir və select düyməsi basılır. Nəticədə Select Lintypes pəncərəsi açılır və buradan Acad iso04w100 (mərkəz xətti) seçilib OK basılır.
AutoCAD yenidən Object Selection Filteres (Obyektin seçilməsində filtr) pəncərəsinə qayıdır. Seçilmiş xəttin tipi siyahıya əlavə olunur. Buradan Apply düyməsi basılır.
AutoCAD cizgiyə qayıdır və aşağıdakı müracəti edir:
Applying filter to selection.
Select objects: (obyektləri seçin) cizgi məlum üsullardan biri ilə seçilir (W üsulu) Specify opposite corner: 62 found
56 were filtered out.
Select objects: Enter düyməsi basılır.
Exiting filtered selection.
Nəticədə cizginin mərkəz xəttləri seçilmiş olur.
QRUPLAR
O byektləri qrup halında yadda saxlamaq olur və lazım olduqda istifadə etmək və onları dəyişdirmək mümkündür. Qrup halında olan obyektləri seçmək çox asan olur. Qrupları dəyişdirmək və ya yaratmaq üçün Object Groping dialoq pəncərəsindən istifadə olunur. Bu dialoq pəncərəsini açmaq üçün komandalar sətrinə Group daxil edilir (və ya Group lövhəsindən vurulur). Yeni qrupun yaradılması üçün aşağıdakı kimi hərəkət edilir.
1) Group Name sahəsində qrupun adı yazılır.
2) Description (məzmunu) lazım olunarsa qrup haqqında 64 simvoldan çox olmamaq şərtilə mətn yazılır.
Dostları ilə paylaş: |