3 ) New düyməsi basılır. AutoCAD cizgiyə qayıdır və komandalar sətrində Select objects for grouping: (qrup üçün obyektləri seçin) müraciətini edir. Bu müraciətin cavabında qrupa daxil olacaq obyektlər seçilir və düyməsi basılır. AutoCAD yenidən pəncərəyə qayıdır.
4) OK düyməsi basılır. Bununla da qrup yaradılmış olur. Group Identifiationsahəsindəki Find Name (adı tap). Bu düymə qrupun adının axtarılmasında istifadə olunur.
Highlight(işıqlandırmaq) seçilmiş qrupu əyani surətini görmək üçündür. Bu düyməni basdıqda AutoCAD cizgiyə qayıdıb qrupdakı bütün obyektləri göstərir.
Continue (davam et) düyməsini basdıqda AutoCADyenidən geri Object Grouping (obyektlərin qruplaşması) menyusuna qayıdır.
Qrupun dəyişdirilməsi:
Change Group (qrupun dəyişdirilməsi) sahəsində qrupların idarəsinin çevikliyini tə'min edir. Qrupu dəyişdirmək üçün əvvəlcə Name Group (qrup adı) düyməsini basıb, qrup seçilir. Sonra bu sahə istifadə üçün aktivləşir.