P ickbox Size sicanla obyektləri secdikdə nəzərdə tutulmuş nişanının ölçüsü tə'yin edilir.
Grip bölməsində dəstəyin idarə olunması üçün altkomandalar durur. Unselected grip color- seçilməmiş dəstəyin rəngini təyin edir. Selected grip color- seçilmiş dəstəyin rəngini təyin edir. Son iki altkomanda dəstəklə redaktə etməyə aiddir bunlar haqqında sonradan danşılacaq. Grip Size dəstəyin ölçüsünü təyin edir.
Ribbon options sahəsində zolağa aid parametrlər sazlanır.
Redaktəetmə komandaları
ERASE pozma
E rase komandası çəkilmiş təsvirdəki istənilən xətti pozur. Komandaya aşağıdakı kimi müracət olunur:
Komandalar menyusundan (və ya Modify lövhəsindən): Modify>ERASE komandasını çağırmaqla,
Alət lövhəsindən: Modify>ERASE düyməsini basmaqla;
Komandalar sətrində: ERASE komandasını yığmaqla.
Dostları ilə paylaş: |