Copy- altkomandası obyektin surətini çıxarır.
Reference - miqyası vermədən obyekti lazımı ölçüyə salır. Bu altkomandada köhnə obyektin bir ölçüsünün uzunluğu verilir (və ya baza nöqtəsindən ixtiyari köhnə nöqtə və sonra yeni nöqtə verilir) və sonra həmin ölçünün yeni uzunluğu daxil edilir (ekrandan qrafiki kursoru hərəkət etdirməklə də bu ölçülər daxil edilə bilər).
Specify reference length <1>: (əvvəlki uzunluq)
Specify new length: (yeni uzunluq)
Uzunluqları ekrandan iki nöqtə kimi də göstərmək olar.
Xətlərin və çevrənin parametrlərinin dəyişdirilməsi
Change komandası xəttin son nöqtəsinin koordinatını və ya radiusu dəyişdirir. Bu komanda ilə yazının mətnini dəyişdirmək olur. AutoCAD–ın axırıncı variantında bu komandadan yaxşı həmin əməliyyatları yerinə yetirən komandalar var (məsələn, dəstəklərdən istifadə olunması).
Əgər hər hansı xətti Change komandası ilə dəyişdirmək istəsək, onda AutoCAD həmin xəttin dəyişdiriləcək nöqtəsini soruşur. Nöqtə veriləndən sonra xətt son koordinatı dəyişilərək həmin nöqtəyə çıxılır.
Çevrəni dəyişdikdə AutoCAD dəyişdirilən nöqtəni soruşur və hansı nöqtə göstərilirsə, onda çevrə həmin nöqtədən keçməklə yenisi çəkilir.
1>
Dostları ilə paylaş: |