F illet komandası, kəsişən və ya uzantıları bir-birini kəsən iki xətti çevrə qövsü ilə qovuşdurur. İki çevrəni bu komanda ilə yalnız xarici qovuşdurmaq olur.
Istifadəsi:
Command: _fillet
Current settings: Mode = TRIM, Radius = 10.0000
Select first object or [Undo/Polyline/Radius/Trim/ Multiple]: (Birinci obyekti daxil et və ya (polixətt/radius/kəsmə)) Birinci obyekt seçilçir
Radius altkomandası qovuşma radiusudur. Əgər qovuşma radiusu «0» olarsa, onda qovuşma kəsişən düz xətlərlə birləşdirilir.
Trim (kəsmə) altkomandası iki kəsişə biləcək xətti bir-biri ilə təyin edilmiş radiusdan asılı olaraq qovuşdurur. Kəsişmədən sonra artıq xətlər atılır və ya verilmiş xətlər dəyişmir (No Trim).