Multiple (təkrarlanan)- altkomandası, Fillet komandasını, çıxmadan onu təkrar işə salır.
F illet komandasını daxil etdikdən sonra Shift düyməsini basıb saxlasaq iki düz xətti uc-uca birləşdirir. Məsələn, şəkildəki iki düz xətti uc-uca birləşdirmək üçün komandadan istifadəni nəzərdən keçirək.
1. Line komandası ilə şəkildəki kimi ixtiyari iki düz xətt çəkək.
2. Fillet komandasını işə salaq.
3. Select first object or [Undo/Polyline/Radius/Trim/Multiple]: (klaviaturadan Shift düyməsini basıb saxlayıb, düz xətlər bir- bir seçilir)
BLEND komandası
Blend komandası iki splaynı (əyri xətti) bir birilə əyri xətlə birləşdirir.
Şəkildəki əyri xətləri birləşdirmək üçün Blend komandasından istifadəyə baxaq.
Command: _BLEND
Continuity = Tangent
Select first object or [CONtinuity]:(birinci əyri seçilir)
Enter continuity [Tangent/Smooth] : (ikinci əyri seçilir)
Altkomandaları:
CONtinuity (davam)- Xəttdən davam etmək üçün istifadə edilir.
Tangent (toxunan)- birləşdirən əyrilə verilmiş əyrilərin, birləşmə nöqtələrində toxunanları eyni olur.
Smooth (səlis)- birləşdirən əyrilə verilmiş əyrilərin, birləşmə nöqtələrində səlistliyi eyni olur.
TRIM Kəsmə
Trim komandası, bir-birilə kəsişə biləcək xətlərin dəqiq kəsişmə nöqtəsindən bir tərəfdə qalan və saxlanılması istənilməyən hissəsini kəsib atır.
K əsmə əməliyyatının aparılması üçün, atılacaq kəsim, mütləq hansı xəttə kimi kəsilməlidirsə onunla özü və ya uzantısı kəsişməlidir.