Project– altkomandası üçölçülü sistemdə obyektləri kəsmək üçün istifadə edilir.
Edge- daxil etdikdə Extend/No extend/< No extend>: (uzat/uzatma/) E daxil edildikdə kəsiləcək xətt, hansı obyektə kimi kəsiləcəksə və o obyektlə kəsişmirsə, onun kəsməsini təmin edir.
U ndo- Səhvən kəsilmiş obyektləri geri qaytarır.
Fence/Crossing- altkomandaları kəsiləcək obyektlərin (uyğun olaraq xətlə və kəsmə rejimi) seçilməsi üsullarıdır.
Shift-select to extend (Shift düyməsini basmaqla uzadılacaq obyekti seç) bu altkomanda Trim in yeni imkanıdır və o Trim dən çıxmamış extend (uzatma) verilmiş obyektə kimi digər obyektləri uzatmağa imkan verir.
Extend uzatma
Extend komandası uzantıları bir-birini kəsən iki xətti uzadıb kəsişdirir.
AutoCAD cizgilərdəki xətləri pozmadan bir-biri ilə kəsişdirərək birləşdirir. Əgər xətt qövsdürsə, onda uzatma qövsün radiusu və mərkəzi dəyişmədən aparılır.
Şəkildəki sol tərəfdəki cizgidən sağ tərəfdəkini almaq üçün Extend komandasından istifadə edək.
1. Extend daxil edilir.
C urrent settings: Projection=UCS, Edge=None
2. Select boundary edges ...
Select objects or
Select objects: <>
3. Select object to extend or shift-select to trim or
[Fence/Crossing/Project/Edge/Undo]: (simmetriya xəttinə qədər uzadılacaq parçaların üzərində vurularaq seçilir)
Qeyd:Parçanın hansı tərəfindən uzadılacaqsa o ucuna yaxın yerdən vurmaq lazımdır.
Project– altkomandası üçölçülü sistemdə obyektləri uzatmaq üçün istifadə edilir.
Edge- daxil etdikdə (Trim komandasındakı kimi) Extend/No extend/< No extend>: (uzat/uzatma/). Uzadılacaq xətt, hansı obyektə kimi uzadılacaqsa və o obyektlə kəsişmirsə, onun uzadılmasını təmin edir
Fence/Crossing- altkomandaları uzadılacaq obyektlərin (uyğun olaraq xətlə və kəsmə rejimi) seçilməsi üsullarıdır.
Lengthen komandası
B u komanda obyektləri uzadır və ya qısaldır. Bu komanda ilə qapanmamış obyektlərdən düz xətt, qövs, sınıq xətlər və həmçinin qövslərin mərkəzi bucaqlarını böyüdür və kiçildir. AutoCAD–da qövsün yeni uzuluğunu və bucağını vermək üçün bir neçə üsul var. Lengthen komandasından əsasən o vaxt istifadə edilir ki, Trim və ya Extend komandaları ilə obyekti uzatmaq və kəsmək mümkün deyil, yə'ni bu komandalarda tələb olunan hansı obyektə qədər sualına cavab olmadıqda, onda bu komanda obyektin uzadılması və ya qısaltması üçün əvəzsizdir.