Obyektin seçilməsi üçün Specify first extension line origin or
AutoCAD-ın soruşduğu Specify Dimension Line location or/ Mtext/Text/ Angle/ Horizontal/ Vertical/ Rotated : (ölçü xəttinin nəzərdə tutulan yerini göstər (Mmətn/mətn/ üfüqi/şaquli/çevrilmiş/) ölçü xəttinin yeri siçanın hərəkəti ilə göstərilir və ya nisbi koordinatlarla dəqiq yeri daxil edilir (məsələn: 10 mm aşağıdan ölçü xəttini çəkmək üçün @ 0,10 verilir).
MText (mmətn)– altkomandası, AutoCAD -ın avtomatik hesabladığı ölçünü dəyişdirməyə və ya ona əlavələr etməyə imkan verir. Bu zaman Text formaring (mətnin düzəldilməsi) dialoq pəncərəsi açılır.
Şəkildəki «<>» işarə AutoCAD-ın avtomatik yaratdığı ölçüdür. Bu dialoq pəncərəsi haqqında MText (mmətn) – komandasının izahında ətraflı mə'lumat verilmişdir.
Text - (mətn) komandalar sətrindən, ölçü xəttinin qiymətini dəyişdirmək üçündür.
Angle (bucaq) – ölçü qiymətlərinin dönmə bucağını tə'yin edir. Əgər obyektə paralel ölçünün qoyulması lazım olarsa, onda obyektə paralel iki nöqtədə seçmə düyməsi basılır.
Horizontal/Vertical - (üfüqi/şaquli) ölçünün üfüqi və şaquli yerləşdirilməsində istifadə olunur.
R otated (bucaq) – Obyektə paralel ölçü deyil, ölçülən məsafə obyektinin uclarından göstərilərsə istifadə olunur. Buna obyektin hər hansı xətt üzərində proyeksiyasının ölçüsü də demək olar.