QDIM komandası
K omandanın vəzifəsi sürətlə ölçüləri qoymaqdır. Komandanı komandalar sətrinə yığmaqla və ya komandalar menyusundan DimensionQdim (ölçü Sürölçü) və ya zolağın Annotation menyusundan Dimensions alət lövhəsindən seçməklə işə salmaq olar.
Command: qdim
Select geometry to dimension: (ölçüqoymaq üçün həndəsi elementləri göstərin– seçmə ilə şəkildəki qırıq-qırıq düzbucaqlı daxilindəki düz xətlər göstərilir) Specify opposite corner: 9 found
Select geometry to dimension: (ölçüqoymaq üçün həndəsi elementləri göstərin) Enter düyməsi basılır.
S pecify dimension line position, or
[ Continuous/Staggered/Baseline/Ordinate/Radius/ Diameter/ datumPoint/Edit]: (Seçmə xəttinin vəziyyətini seçin) Siçanın köməyi ilə kursorun nişanının yerini dəyişməklə dinamiki rejimdə ölçü xətlərinin vəziyyəti seçilir.
Buradakı altkomandaların vəzifələri belədir:
Continuous (zəncir) bir birinin ucunda ölçü qoyur;
Staggered (mərkəzə nəzərən) bu üsulla detalın mərkəzəinə nəzərən ölçü qoyulur;
Baseline (bazaxətti) seçilmiş baza xəttinə nəzərən ölçü qoyulur;
- Ordinate (koordinat) bu komanda ilə koordinat ölçüləri sətri alınır;
Radius (radius) çevrə və qövslərin radiusunu qoyduqda istifadə edilir. Seçmədə yalnız qövslər seçilir;
Diameter (diametr) çevrə və qövslərin radiusunu qoyduqda istifadə edilir. Seçmədə yalnız çevrələr seçilir;
Dostları ilə paylaş: |