Ölçü xətləri və yazıların dəyişdirilməsi üçün dəstəklər ə'la vasitədir. Bunun üçün ölçü aktivləşdirilir, yəni dəstəklər seçilir və biri «qaynar» (dəstəklərin biri təkrar seçilir-qızardılır) edilir. Sonra qaynar üzərində dayanıb siçanın sol düyməsini basır. AutoCAD soruşur Specify stretch point or (Base point/Copy/ Undo/ eXit: ( /baza nöqtə / surəti/ ləğv et/ çıxış:) dəstək dartılaraq yeni mövqeyə gətirilir, bununla birlikdə ölçü də yerini dəyişir. Sona çatdırmaq üçün düyməsi iki dəfə basılır və dəstəklər yox olur.