S ymbols and Arrows (simvol və oxlar)- bölməsindən Arrowheads sahəsindən oxların parametrləri sazlanır. Oxları seçmək üçün Arrowheads (oxlar) sahəsindəki first (birinci) birinci və second (ikinci) siyahıdan ölçü xəttinin hər iki ucunda müxtəlif və ya eyni ox işarələri qoyulur. Leader açılan siyahıdan çıxarma xəttinin oxu seçilir. Arrow size (oxun ölçüsü) pəncərəsində oxun uzunluğu verilir.
AutoCAD-da oxların müxtəlif variantlarını istifadəçi də yarada bilər.
Center Marks for Circle (çevrənən mərkəzinin işarəsi və xətti) sahəsində Type açılan siyahısından çevrə və ya qövslərin mərkəzinin işarəsini qoymaq üçün istifadə edilir. Mərkəzin plyus şəklində göstərilməsi üçün Mark, mərkəzdə xətt çəkmək üçün Line-an (xətt) istifadə edilir. Size (ölçüsü) mərkəz işarəsinin və ya mərkəz xəttinin ölçülərini qoyur. Mərkəz işarəsinin ölçüsü mərkəzdən işarənin ucuna kimi, mərkəz xəttinin ölçüsü isə çevrədən xəttin ucuna kimi məsafə nəzərdə tuturlur. None mərkəz işarəsindən imtina etdikdə seçilir.