Decimal Separator (onluq kəsir) onluq kəsirdə kəsir işarəsini təyin edir. Round off (yuvarlaşdırma) komandası ilə ölçü yazılarının qiyməti yuvarlaşdırılır. Prefix (prefiks) Suffix (suffiks) Ölçüqoymada prefix yazıdan əvvəl suffix yazıdan sonra verilir. Məsələn, suffix =mm verilsə 30 əvəzinə ölçüdə 30 mm görünəcək.
Measurement scale (ölçülərin miqyası) Scale factor (əmsallar) sahəsində radius və diametrlərin də daxil olması ilə bütün ölçülərin miqyasını vermək olur. Məsələn, miqyas 0,5 verilərsə 2,5 vahidi ilə verilmiş ölçü cizgidə 1,25 kimi qoyulur. Məsələn, dyüm sistemində çəkilmiş cizginin ölçülərini metrə çevirmək üçün miqyas əmsalını 25.4 qoymaq lazımdır.