Milli aviasiya akademiyasi


Hal sətİrİndəkİ komandalar və onların sazlanması



Yüklə 13,77 Mb.
səhifə19/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   15   16   17   18   19   20   21   22   ...   248
    Bu səhifədəki naviqasiya:
  • OSNAP
Hal sətİrİndəkİ komandalar və onların sazlanması

və ya (çı­xar­­­ma) aləti parametrik hən­­­­­dəsi qurmaların gö­rü­nü­­şü­nü idarə edir. İnfer üzə­rində sağ düyməni vu­rub açılmış kontekst men­yu­dan settings. komanda­sı ilə onun açarlarını işıq­lan­­­dır­maq olar.

( - açıq açar, -aktiv açar).

Parametrik həndəsi qurma dedikdə xətlər bir birinə həndəsi xassələri ilə bağlı olur. Məsələn, İki düz xətt parametrik olaraq bir birinə nəzərən perpendikulyar çəkilərsə, düz xətlərdən birini redaktə etdikdə perpendikulyarlıq itmir. İnfer alətin aktiv vəziyyətində yaradılan xətlər bir birinə nəzərən parametrik bağlanır və ya xətlər çəkildikdən sonra onları Parametric (Para­met­rik) menyuda yerləşən komandalarla əlaqələndirmək olur. İnfer komandası altında yerləşən açarlar ekrandakı parametrik əlaqələrin növünü işıqlandırır.



və ya (qəfəs) komandası ekrandakı qəfəsin görünüşünü idarə edir. Grid üzərində sol düyməni vurmaqla onu aktivləşdirmək və ya söndürmək olur.

G ridin parametlərini təyin etmək üçün üzərində sağ düymə basılır və açılmış kontekst menyudan Settings. seçilir. Ekranda Drafting Settings (cizginin parametləri) pəncərəsi açılır. Buradakı Snap and Grid (bu cür pəncərələrdə yuxarıdakı düymə menyusuna bölmələr deyilir) bölməsində qəfəsin parametrləri idarə olunur. Grid style (rəngsiz xətlə əhatə olunmuş çərçivəyə sahə deyilir) sahəsindəki açarı AutoCAd 2008 kimi qəfəsi nöqtələrlə işıq­lan­dırır.Grid spacing sahəsindəki mətn pəncərələrdən X və Y istiqamətində qəfəsin düyünləri arasındakı məsafələr təyin edilir (hal-hazırda hər iki istiqamətdə 10 vahiddir). Grid behavior -sahəsindən isə qəfəsin ekranda hansı sahələri əhatə olunması idarə edilir. Buradakı bütün açarlar söndürüldükdə yalnız format sahəsi qəfəslə əhatə edilir.



və ya (ekran bğlantısı)ekran bağlantısı yaradır. Snap parametlərini təyin etmək üçün üzərində sağ düymə basılır və açılmış kontekst menyudan Settings. seçilir. Ekran­da Drafting Settings (cizginin parametləri) pəncərəsi açılır. Bu­ra­dakı Snap and Grid bölməsində snap-ın parametrləri idarə olunur. Snap spacing (snap-ın addimi) sahəsindən snapın ad­dı­mı təyin edilir (grid spacing-lə eynidir). Snap-la Grid-in addımını eyni təyin etmək məsləhətdir çünki, onda interaktiv olaraq (siçanla) qəfəsin düyün nöqələrini ekrandan tutmaq olur. Bu da həmin nöqtələri saymaqla sadə cizgiləri, millimetrlik vərəqdə olduğu kimi, çəkmək olur. Məsələn, ixtiyari nötədən sola 40 mm, yuxarı 20mm və sağa 30 mm çəkək:

1 . Əvvəlcə Grid və Snap (üzərində sol düyməni bir dəfə vurmaqla) aktivləşdirilir. Hər ikisinin addımı 10 (birinin üzərində sağ düymə sıxılır açılmış kontekst menyudan Settings... -lə həm X həm də Y istiqamətlərində) təyin edilir;

2. Draw lövhəsindən line komandası işə salınır;

3. Ekranda ixtiyari nöqtə seçilir. Siçanın elastik xətti sol tərəfə hərəkət etdirilir və 4 qəfəs sayılıb vurulur, yuxarı hərəkət edilib 2 qəfəs sayılıb vurulur və sağa 3 qəfəs sayılıb vurulur.

4. Komanda sona yetirilir (klaviaturadan ESC düyməsi).

və ya Ortoqonal (düzbucaqlı) rejim.

K oordinat oxlarına paralel xət­lərə ortoqonal xətlər deyilir (0, 90, 180, 270, 360 bucaq altında çəkilən xətlər). Ortho aktiv olduqda Auto­cad interaktiv rejimdə məcburi yal­nız ortoqonal xətlər çəkir. Bu rejimi işə salmaq üçün hal sətrindən ORTHO düyməsi tıqqıldadılır və ya F8 düyməsini basıb buraxmaqla bu rejim qoşulur və ləğv edilir. Məsələn, şəkildəki konturu çəkək:

1. Hal sətrindən ORTHO aktivləşdirilir (Grid-ən başqa bütün komandalar söndürülür);

2. Draw lövhəsindən line komandası işə salınır;

3 . Ekranda ixtiyari nöqtə vurulur, siçanın elastik xəttyuxarı yönəldilib klaviaturadan 40 yığılır və ENTER düyməsi basılır, elastik xətt sağa yönəldilib 50 ENTER, elastik xətt aşağı yönəldilib 20 ENTER, elastik xətt sola yönəldilib 30 ENTER, elastik xətt aşağı yönəldilib 20 ENTER və klaviaturadan "c" yığılır ENTER basılır.

Burada "c" Line komandasının Close (bağla) altkomandasının böyük hərfi olub, vəzi­fəsi sınıq xətlərin əvvəlini sonla birləş­di­rib çəkməni sona çatdırmaqdır.

Əgər koordinatlar klaviaturadan verilər­sə, onda ortoqonal rejim işləmir.



və ya POLAR (polyar) rejimi təyin edir.

P OLAR (polyar) hal sətrindən və ya F10 düyməsi ilə işə salınır. Bu komanda ilə təyin edilmiş addımla istənilən istiqamətdə hərəkət üçün izləmə yaradılır. Hal sətrindəki POLAR düyməsi üzərində dayanıb sağ düymə basılır və açılmış menyudan buca­ğın addımı seçilir və yaSettings... seçilir. Draf­ting settings dialoq pəncərəsi açılır. Polar angle set­tings sahəsindən açılan siyahıdan bucaq seçilir əgər orada lazımı bucaq yoxsa o zaman yeni bucaq daxil edilir. Polar tracking on açarı ilə də POLAR rejim açılıb söndürülür.

O bject snap Tracking Settings (Obyekt bağlantısı vaxtı) yalnız Object snap rejminə təsir edir. Polar angle measurement (polyar bu­ca­ğın vahidi) sahəsində mütləq (absolute) və nisbi yəni sonuncu xəttə nəzərən (Relative to last segment) rejimləri ilə bucağı vermək olur.

POLAR komandası aktiv olduqda kursoru obyektə yaxınlaşdıran kimi polyar koordinat sistemi ilə obyektin üzərində məsafə və bucağı göstərən nişan işıqlanır. Şəkildəki cizginin çəkilməsi ardıcıllığına baxaq:



1. Hal sətrindən Polar rejim qoşulur üzərində sağ düymə vurulur və açılmış kontekst menyudan 150 seçilir (Grid-ən başqa bütün komandalar söndürülür);



2. Draw lövhəsindən line komandası işə salınır;

3. Ekranda ixtiyari yerdə bir nöqtə seçilir;

4. Elastik xətt yuxarı 900 yönəldilib klaviaturadan 20 yazılır və ENTER düyməsi basılır, elastik xətt 300 yönəldilib klaviaturadan 15 ENTER, elastik xətt 00 yönəldilib klaviaturadan 50 ENTER, elastik xətt 3150 yönəldilib klavia­tu­ra­dan 20 ENTER və elastik xətt 2700 yönəldilib klaviaturadan 13.36 ENTER basılır.

5. Sonda klaviaturadan ESC (və ya Enter) düyməsi vurulur.



Polar rejim qoşulduqda ORTHO rejimi avtomatik ləğv edilir. Bucağın müsbət qiyməti saat əqrəbinin əksi qəbul edilir.

və ya Obyekt bağlantısı.

Ekrandakı köhnə obyektin yenisinə bağlanması üçün, obyekt bağlantılarından istifadə olunur. Məsələn, yeni parça köhnə parçanın ortasından çəkilməli olduqda. Obyektləri bir-biri ilə bağlamaq üçün AutoCAD-da OSNAP (Object Snap) funksiyası vardır. Hansı ki, köhnə obyektlərin xarakterik nöq­tələrindən yenisini çəkməyə imkan verir. Bu da çəkmə prosesinin sürətini və həndəsi qurmaların dəqiqliyini artırır.

Ob­yekt bağlanması daimi və birdəfəlik olmaqla iki növü olur və aşağıdakı kimi işə salınır.

-OSNAP (bağla) komandası komandalar sətrinə yazılır və ya hal sətrindən OSNAP üzərində sağ düymə basılır və setting işə salınır və daimi bağlantıların açarını qoşmaq üçün Drafting Settings (Çertyoj parametrləri) dialoq pəncərəsi açılır.



Cədvəl 1.2-də obyekt bağlantısı komandasının altko­man­daları (açarları) və onların vəzifəsi verilmişdir.



Cədvəl 1.2

Açarlar

Abbreviatura

Hansı qrafiki elementlər tətbiq olunur


Yüklə 13,77 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin