Milli aviasiya akademiyasi



Yüklə 13,77 Mb.
səhifə191/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   187   188   189   190   191   192   193   194   ...   248
cədvəllərİn çəkİlməsİ

Table(cədvəl) komandası. Bu komanda ilə cədvəllər tərtib edilib onlar üzərində müxtəlif əməliyyatlar aparılır. Autocad-a çəkilən cədvəllər microsoft office -in proqramlarının tərtib etdiyi kimi imkanlara malikdir.

K omandanı işə salmaq üçün ya zolağın Home menyusundakı Annotation lövhəsindən ya da zolağın Annotate menyusundakı Table lövhəsindən işə salınır və İnsert Table dialoq pəncərəsi açılır.



Bu pəncərədəki Table style sahəsindən əvvəlcədən yaradılmış stillər seçilir. Əgər stil yaradılmayıbsa onu bu düyməni vurmaqla yaratmaq olar. Stillər ölçü və mətn stillərində olduğu kimi yaradılır.




İnsertion behavior sahəsindən cədvəlin ekranda çəkilmə qaydası idarə edilir.

Column & row settings sahəsimdən sətir və sütunların sayı və xanaların ölçüləri idarə edilir.

Set cell styles sahəsindən birinci, ikinci, digər sətirlərin təyinatı müəyyən edilir.

İnsert options sahəsindən cədvələn digər proqramlarla əlaqəli olması idarə edilir.

Pəncərədən OK düyməsi vurulduqdan sonra ekranda cədvəl göstərilən nöqtədən interaktiv olaraq çəkilir və zolağın görünüşü dəyişib cədvəl çəkmək və redaktə etmək üçün komandalarla zənginləşir. Şəkildən göründüyü kimi bu komandalar digər proqramlardakı (Word, Exel və s) komandalarla demək olar ki, eynidir.

Cədvəl seçildikdə onun sətir və sütunları avtomatik olaraq nömrələnir. Sətirlər rəqəmlərlə, sütunlar isə latın əlifbasının hərifləri ilə işarələnir. Hər xananın öz ünvanı olur məsələn, B3.

Cədvəlin xanası aktivləşən vaxt (üzərində iki dəfə sol düyməni vurduqda) zolaq öz formasını dəyişib mətnlərin redaktəsindəki (Mtext komandası) formanı alır. Zolağın üzərindəki komandalar yuxarıda ətraflı izah olunmuşdur.

Cədvəlin xanasını seçdikdə (üzərində bir dəfə vurduqda) zolağın forması cədvəli readaktə etmək üçün sazlanır.



Zolaqdakı Rows lövhəsindən sətirlər redaktəedilir. İnsert above (xanadan yuxarı sətir qoy), İnsert below (xanadan aşağı sətir qoy), Delete Rows (aktiv xananın yerləşdiyi sətri poz).

Columns lövhəsindəki komandalar sütunları idarə edir və eyni ilə sətirdəki kimidir.

Merge lövhəsindəki komandalar seçilmiş iki və daha çox xananı birləşdirir. Buradakı Match sell komandası xananın xassələrini digərinə ötürür. ondan sağ tərəfdəki siyahıdan xanadakı mətn düzləndirilir (Top Center).

Cell styles (xananın stili) lövhəsindən xananın xarici görünüşü formalaşdırılır. Birinci sətirdən stil seçilir. İkinci sətirdən xananın arxa fonu təyin edilir. Üçüncü sətirdən xananın çərçivəsi formalaşdırılır.

Cell format lövhəsindən xanadakı yazıların təyinatı müəyyən edilir.

İnsert lövhəsində xanaya qoyulacaq məlumatın növü müəyyən edilir. Block -la xanaya blok qoyulur. Field xanaya hazır xırda məlumatlar qoyur məsələn, vaxtı göstərən yazı. Formula ilə xanaya düstur yazılır. Məsələn, aktiv xanaya =Sum(B3:B4) yazılsa B3 xanasında B4 xanasına qədər bütün rəqəmlər toplanıb nəticə yazılır.

Data lövhəsindən xananın digər proqramlarla əlaqəsi izlənir.

VIBÖLMƏ. ÜÇ ÖLÇÜLÜ MODELLƏŞDİRMƏ




    1. Üçölçülü fəza koordİnat sİstemİ

Üçölçülü fəzada 3 növ koordinat sistemindən istifadə edilir. Düzbucaqlı dekart, silindirik və sferik (polyar) koordinat sistemləri. Müstəvidə olduğu kimi fəzada koordinatlar iki cür olur. Birinci mütləq (koordinat başlanğıcına nəzərən), ikinci nisbi (ekranda çəkilmiş nöqtədən məsələn, parçanın birinci nöqtəsi çəkilib iknci nöqtə isə birdən olan məsafəsinə görə verilir).

Dekart koordinat sistemində koordinatlar vergül işarəsi ilə ayrılmaqla əvvəlcə “x” sonra “y” və “z” daxil edilir. Məsələn, şəkildə a)- nöqtəni mütləq koordinatlarla daxil edək “100,50,100”(x,y,z). Şəkilb-də nöqtənin nisbi koordinarlarla verilməsinə aid nümunə göstərilmişdir. Şəkildən göründüyü kimi iki parçadan biri tam çəkilmiş, ikincini çəkmək üçün birincinin sonuna nəzərən ikinci parçanın son nöqtəsinin nisbi dekart koordinatları daxil edilmişdir. Nöqtənin nisbi dekart koordinatı @ (ət) işarəsi ilə AutoCAD-da tanıdılır və belə daxil edilir @-60,50,70 (x, y,z).

Əgər koordinatlar dinamik rejimdə verilirsə və dinamik rejim nisbi koordinatlarla işləyirsə, o zaman mütləq koordinatla nöqtə “#”-dies işarəsi ilə verilir. Məsələn, #100,50,100 (x,y,z).

Silindirik koordinat sistemi ilə nöqtənin mütləq koordinatı əvvəlcə r-silindirin radiusu, sonra -radiusun X oxu ilə əmələ gətirdiyi bucaq və z koordinatı. Məsələn, şəkil v-də verilmiş nöqtə belə yazılır “70<30,100” (r<,z). Şəkil q-də silindirik nisbi koordinata aid nümunə göstərilmişdir və belə daxil edilir “@30<-15,70” (r<,z).

Sferik koordinat sistemi ilə nöqtənin mütləq koordinatı verildikdə əvvəlcə r- sferanın radiusu, sonra - radiusun XOY müstəvisindəki proyeksiyası ilə X oxunun əmələ gətirdiyi bucaq və - XOY müstəvisi ilə r arasındakı bucaqdır. Məsələn, şəkil d-də verilmiş nöqtənin mütləq sferik koordinatı belə daxil edilir “55<14 <60”(r<<). Şəkil e-də sferik koordinat sistemində nisbi koordinatla nöqtənin koordinatı verilmişdir “@40<31 <75”( r<<).


    1. Bərk cİsİm modelləşdİrməsİndə sadə üçölçülü həndəsİ fİqurlar

Üçölçülü bərk cisimlərin 3d modelini qurmaq üçün, Bu modelləri təşkil edən sadə həndəsi fiqurların qurulmasını mənimsəmək məsləhətdir. Bu cür həndəsi fiqurlrı qurmaq üçün interfeysi bunun üçün hazırlamaq lazımdır. Cəld sətirdən işçi mühitin 3D sazlamaq üçün açılan siyahıdan seçilir. Bu cür sazlamanı hal sətrində yerləşən alətlə də etmək olar. Nəticədə interfeys dəyişib aşağıdakı kimi olur.

B u zolaqlaqda üçölçülü modelləşdirmə üçün lazım olan komandalar yerləşir. Buradakı DRAW və MODİFY lövhələ­ri­nin komandaları ilə ikinci CORDİ­NATES lövhəsi­nin ko­man­daları ilə birinci bölmədə tanış olmuşuq. VİEW löv­hə­si­nin komandalrı iki qrupa bö­lü­nür. Birinci sətirdə modellərin ekranda görünüşü idarə edilir.




Yüklə 13,77 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin