Yiv Əyrilərinin Qurulmasi
Yiv əyrisi mürəkkəb həndəsi fiqurlara aid edilir. AutoCAD-ın sonuncu variantına qədər adi komandalarla yiv əyrisini çəkmək qeyri mümkün idi. Yiv əyrisini qurmaq öçün LİSP, VBA və s. alqoritmik proqram təminatları ilə AutoCAD-da əlavələr işlənirdi. Artıq AutoCAD-2007-dən bu problem həll edilmişdir. Komandadan istifadə etməklə aşağıdakı şəkildəki kimi yivlərin müxtəlif növlərini almaq olar.
Helix Draw lövhəsində yerləşir.
İstifadəsi.
Command: _Helix (Yiv əyrisi)
Number of turns = 3.0000 (vidələrin sayı) Twist=CCW (İstiqamət; Saat əqrəbinin əksi SƏƏ)
Specify center point of base: 100,100 (otracağın mərkəzini daxil et)
Specify base radius or [Diameter] <1.0000>: 40 (otracağın radiusunu daxil et)
Specify top radius or [Diameter] <30>: (üst otracağın radiusunu daxil et)
Specify helix height or [Axis endpoint/Turns/turn Height/tWist] <1.0000>: 50 (hündürlüyü daxil et və ya [təpə nöqrtə/ vidələrin sayı/vidələrin addımı/İstiqamət])
Yiv əyrisi karkas modeldir, lakin onlardan yönəldici kimi istifadə edib (Sweep komandası ilə) yaylar almaq olur.
Helix komandasının parametrləri şəkildə göstərilmişdir.
30>
Dostları ilə paylaş: |