:
Specify next point or [Arc/Undo]: (Növbəti nöqtə və ya [Qövs/Ləğv et]:)
Altkomandaları:
Object -divarın istiqamətini göstərən xətdir (Line, Polyline, arc və s);
Height - divarın hündürlüyüdür;
Width - divarın qalınığıdır;
Justify - divarın Object -ə (istiqamtə) nəzərən hansı tərəfdən getməsini tənzimləyir.
P olysolid komandasından istifadə edərək planı verilmiş evin 1-ci mərtəbəsini çəkək (divarın hündürlüyü 3m). Şəkildəki rəqəmlər divarların qalınlığıdır və eyni rənglər bir qalınlıq deməkdir. Xətlərin polyline komandası ilə polixət kimi çəkilməsi məsləhətdir (II Bölmə Polyline komandası).
1. Yeni fayıl açaq CTRL+N və şablonların siyahısından acadiso seçək.
2. İşçi sahəni təyin edək.
3. Komandalar sətrində "z" yığılıb enter vurulur "a" enter.
4. Hal sətrindən Polar qoşulur və üzərində sağ düymə açılan siyahıdan 150 seçilir.
5. Hal sətrindən Osnap qoşulur, üzərində sağ düymə açılan siyahıdan settings seçilir və açılan lövhədən yalnız endpoint, intersection açarları qoşulur.
6. Hal sətrindən Otrack qoşulur.Digərləri ləğv edilir.
7. View menyusundakı lövhəsindən seçilir.
8. View menyusundakı Views lövhəsindən seçilir.
9. komandalar sətrinə UCSICON sistem dəyişəni daxil edilib Enter düyməsi vurulur. "1" daxil edib yenidən enter vurulur (koordinat sistemi yerini sol aşağı küncə dəyişir).
10. İşçi sahəni təyin edək.
11. View lövhəsindən birinci sətirdən seçilir.
12. View lövhəsindən ikinci sətirdən seçilir.
13. Polysolid işə salınır və altkomandalar daxil edilir.
Specify start point or[Object/Height/Width/Justify]: H (hündürlük)<>
Specify height <80.0000>: 3000 <>
Height = 3000.0000, Width = 5.0000, Justification = Center
S pecify start point or [Object/Height/Width/Justify] : W (qalınlıq)<>
Specify width <5.0000>: 400<>
Height = 3000.0000, Width = 400.0000, Justification = Center
Specify start point or [Object/Height/Width/Justify] : J (düzləndirmə) <>
Enter justification [Left/Center/Right]
: C (orta xətt) <>
Height = 3000.0000, Width = 400.0000, Justification = Center
Specify start point or [Object/Height/Width/Justify] : O (2d xətt -qırmızı xətt seçilir)
Select object:
Beləliklə qalınlığı 400 olan divar çəkilir. Yalnız divarın qalınlığı (Width) dəyişərək digər divarlar da çəkilib sona çatdırılır.
1 4.Solid editing lövhəsindən -Union komandası işə salınır və ekrandakı elementlər seçilib enter düyməsi basılır.Bununla da bütün divarlar vahid fiqu-ra çevrilir.
1 5. Polyline komandası ilə divarın çöl tərəfi ilə kontur çəkilir və divar seçilib hal sətrindəki bu alət vurulur və açılan siyahıdan Hide objects (obyectləri gizlət) işə salınır. Nəticədə yalnız ekranda divarın Polyline -la çəkilmiş xarici konturu qalır.
1 6. Extrude komandası işə salınır.
Select objects to extrude or [MOde]: (kontur seçilir) <>1 found
S elect objects to extrude or [MOde]:<>
Specify height of extrusion or [Direction/Path/Taper angle/Expression]: 300 (hündürlük daxil edilir) <>
Nəticədə arakəsmə hazır olur. Yenidən bu alət işə salınır və vurulur.
17. Copy komandası ilə arakəsmənin kopiyası alınıb divarın altına da yerləşdirilir.
18. Plandakı mərkəz xəttindən istifadə edilib hündürlüyü 1m olan zirzəminin 3D modeli yaradılıb birinci mərtəbənin altında yerləşdirilir.
19. Şəkildə təqdim olunmuş ikinci mərtəbənin divarlarının mərkəz xətti əsasında ikinci mərtəbənin 3D modeli yaradılır. Buradada yuxarıda istifadə etdiyimiz üsulla divarlar çəkilir (1-14-cü bəndlər). Qarşıdakı göy rəngli divarın hündürlüyünü 1 m qəbul edirik.
2 0. CTRL+Shift+S birlikdə basılıb açılan pəncərədə File name: sahəsindən modelə ad ("ev") verib kompüterin bərk yaddaşında saxlayırıq.