Milli aviasiya akademiyasi



Yüklə 13,77 Mb.
səhifə212/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   208   209   210   211   212   213   214   215   ...   248
Səthlərİn qurulması

S əthlərin yaradılması zolağın Surface (səth) menyusunda Create (yaratma) alət lövhəsində yerləşən komandalarla yerinə yetirilir. Bu lövhədəki Loft, Sweep, Extrude və Revolve komandaları yuxarıda öyrəndiyimiz bərk cisim modelləşdirilməsindəki komandalarla eynidir. Səthlərin qurulmasında, bərk cisimlərdəki ilkin obyekt kimi qapalı vahid fiqur əvəzinə, açıq xətdən istifadə edilir. Digər səth yaradan komandalar aşağıda verilmişdir.



Network (hörümçək toru) komandası ilə xətlərdən düzəldilmiş qapalı qəfəsdən səth yaradır. Şəkildə xoy müstəvisində əyri xətt çəkilib, qövs isə xoy müstəvisində çəkilib fəzaya, z oxu istiqamətində, qaldırılıb və xətlərin ucları düz xətt parçaları ilə birləşdirilib.

Network komandasından istifadə edib şəkildəki karkasdan səth yaradaq.

Command: _SURFNETWORK

Select curves or surface edges in first direction: (əyri xətt seçilir) 1 found

S elect curves or surface edges in first direction: (qövs seçilir) 1 found, 2 total

Select curves or surface edges in first direction: (Enter basılır)

Select curves or surface edges in second direction: (düz xətlərdən biri seçilir) 1 found

Select curves or surface edges in second direction: (ikinci düz xətt seçilir)1 found, 2 total

Select curves or surface edges in second direction: (Enter basılır)



Planersurf komandası müstəvi səth çəkir. A di düzbucaqlıda olduğu kimi birinci nöqtə sonra isə ikinci nöqtə verilir.

Command: _Planesurf

Specify first corner or [Object] :(birinci nöqtə seçilir)

Specify other corner: (ikinci nöqtə seçilir)

Object altkomandası qapalı vahid xətdir.

Blend komandası iki səthi bir-biri ilə birləşdirir. Bunun üçün əvvəlcə iki səth çəkilir.

Command: _SURFBLEND

Continuity = G1 - tangent, bulge magnitude = 0.5

Select first surface edges to blend or [CHain]: (səth üzərində birinci xətt seçilir)1 found

Select first surface edges to blend or [CHain]: (Enter)

Select second surface edges to blend or [CHain]: (səth üzərində ikinci xətt seçilir)1 found

Select second surface edges to blend or [CHain]: (Enter)

Press Enter to accept the blend surface or [CONtinuity/Bulge magnitude]: (Enter)



P atch komandası açıq səthləri qapayır.

Şəkildə çevrə və fəzada yeləşən əyri xətlə m əhdudlaşan Loft komandası ilə yaradılmış səth verilmişdir. Patch komandasını tətbiq etməklə onun üst tərəfindəki yuvanı qapayaq.

Command: _SURFPATCH

Continuity = G0 - position, bulge magnitude = 0.5

Select surface edges to patch or [CHain/CUrves] : (səth üzərində əyri xətt seçilir)1 found

Select surface edges to patch or [CHain/CUrves] :(Enter)

Press Enter to accept the patch surface or [CONtinuity/Bulge magnitude/Guides]: (Enter)


SURFOFFSET komandası səthin oxşarını yaradır.

İ stifadə qaydası offset komandasına oxşayır. Şəkildəki səthin çöl tərəfə 10 mm ara məsafəsi olmaqla oxşarını yaradaq.

Command: _SURFOFFSET

Connect adjacent edges = Yes

S elect surfaces or regions to offset: (səth seçilir)1 found

Select surfaces or regions to offset: (Enter)

Specify offset distance or [Flip direction/Both sides/Solid/Connect/Expression] <10.0000>: (məsafə 10 daxil edilib Enter vurulur)

1 object(s) to offset.

1 offset operation(s) successful.

Altkomandaları:

Flip direction- istiqaməti dəyişir;

Both sides- hər iki istiqamətə çoxaldır;

Solid- aranı doldurub bərk cisim yaradır;

Connect- birləşdirir;

Expression- riyazi düsturla məsafə hesablayır.

Yaradılan səthlərin vahidliyini təmin edir.

Yaradılan səthlərin nurbs (daha səlist) olmasını təmin edir. Adi səthlərdən fərqli olaraq nurbs səthlər daha çevikdir, çünki bu səthlərə məxsus nöqtələrin həm koordinatlarını həm də bu nöqtələrdəki səthə toxunanları redaktə etmək mümükündür.




Yüklə 13,77 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin