Formalar
VBA da formalar UserForm adlanırlar onlardan istifadə etmək üçün ThisDrawing üzərində sağ düyməsi sıxılır və açılmış konteks menyudan İnsert> UserForm işə salınır.
F orma üzərinə şəkidə qırmızı xətlə qeyd edilmiş alət aktivləşdirilir və Toolbox (xidmətqutusu) adlanan lövhədəki komandaları tutub buraxmadan dartıb forma üzərinə gətirmək olur. Formalar əsasən verilənlərin daxil edilməsi üçün istifadə edilir və Windows əməliyyat sisteminə əlavələr işləmək üçün çox əlverişli bir vasitədir.
Toolbox lövhəsindəki alətlərin və formanın xassələr (Properties) adlanan cədvəli vardır. Alətlərdən biri aktivləşən kimi bu cədvəl də paralel olaraq Project lövhəsindən aşağıda aktivləşir (başqa yerdə də ola bilər) və görünüşü F4 düyməsi ilə idarə edilir.
Toolbox lövhəsindəki bəzi idarəetmə alətləri haqqında məlumat aşağıdakı cədvəldə verilmişdir.
Alətin adı və işarəsi
|
Tətbiqi
|
Label (yazı və qeydlər)
|
Forma üzərində məlumat vermək lazım olduqda istifadə edilir.
|
TextBox Bir və çoxsətirli mətnlər
|
Redaktə edilən bir və çoxsətirli mətinlərin verilməsi.
|
ComboBox Mətn siyahısı
|
Əgər mətnlərdən ibarət siyahı olarsa istifadə edilir.
|
ListBox dəyişənlərin siyahısı
|
İstifadəçinin seçimi üçün dəyişənlərin siyahısını verir. Siyahıdan bir və ya bir neçə element seçmək olar.
|
CheckBox standart açar
|
Standart açar vasitəsi ilə bir-birini inkar etməyən bir neçə element seçmək olur
|
OptionButton Radiodüymə
|
Bir-birini inkar edən bir neçə düymədən birini seçmək üçün istifadə edilir.
|
Frame Çərçivə
|
Bir neçə idarəetmə elementlərini özündə qrup şəkilində burləşdirən çərçivədir (elementlər əsasən açarlar və radiodüymələrdən ibarət olur)
|
CommandButton Komandalar düyməsi
|
Bu düymədən əsasən Cancel (İmtina), Save (Yadda saxla), OK (Hə) kimi əməliyyatları aparmaq üçün istifadə edilir.
|
İmage Şəkil
|
Forma üzərinə qrafiki şəkillərin qoyulması üçün istifadə edilir.
| Bu elemntlərin hər birinin Properties (xassələr) adlanan nizamlama lövhəsi vardır. Bu lövhənin üzərində olan cədvəldən istifadə edərək elementin parametrini sazlamaq olur. Məsələn, BackColor xassəsi ilə elementin arxa fonunun rəngini dəyişmək olur.
H ər bir elementin proqram kodu yazmaq üçün öz altkomandası (prosedur) var. Proqram kodunu aktivləşdirmək üçün həmin element üzərində siçanın sağ düyməsi vurulur və açılmış siyahıdan View Code komandası seçilir (və ya iki dəfə tez və cəld sol düymə vurulur).
İmtina düyməsinin üzərində iki dəfə vurmaqla aşağıdakı proqram kodu açılır.
Private Sub CommandButton1_Click()
End Sub
Burada Private Sub CommandButton1_Click –la End Sub arasında istənilən VBA dilinə aid komandaları yazmaq olar. Məsələn, proqramın sonunu bildirən END komandası
Private Sub CommandButton1_Click()
End
End Sub
İmtina düyməsi vurulduqda proqram dayandırlacaq. CommandButton1_Click -ə əhvalat deyilir, yəni bu düyməyə vurmaqla onun proqram kodunun işə düşməsi mümkündür.
P rivate- ifadəsi proqram kodunun yalnız cari kod siyahısında görünüşünə icazə verir və makrosda bu altkomandanın adı görünmür. Lakin ona bir proyekt daxilində müracət yerləşdiyi formanın adını verməklə müracət etmək olar. Məsələn, Module1 də yazılmış bu kodla UserForm1 üzərində yerləşən CommandButton1 komnda düyməsinin adı (Caption) məlumat lövhəsinə (MsgBox) çap olunur.
Sub ad()
Dim ad As String
ad = UserForm1.CommandButton1.Caption
MsgBox ad
End Sub
Misal. Case operatorundan istifadə etməklə daxil edilmiş a dəyişənin qiymətindən aslı olaraq b və c dəyişənləri üzərində müxtəlif hesablamar aparılsın. Əgər a-nın qiyməti düzgün verilməzsə "Qiymət duzgun daxil edilməyib" məlumatı işıqlansın.
1. AutoCAD işə salınır və Tools > Visual Basic Editor aktivləşdirilir.
2. ThisDrawing üzərində sağ düymə sıxılır və İnsert > UserForm vurulur
3. Forma üzərinə Label (yazı və qeydlər) düyməsi ilə 4 ədəd yazı yazmaq üçün label yerləşdirilir (a,b,c və Nəticə).
4 . 3 ədəd a, b və c-ni daxil etmək üçün TextBox (Bir və çoxsətirli mətnlər) aləti ilə mətn pəncərələri yerləşdirilir.
5. CommandButton (Komandalar düyməsi) –la iki ədəd idarəetmə düyməsi qoyulur və adları uyğun olaraq dəyişdi-rilib “Nəticə” və “Son” adlandı-rılır.
6. Nəticə üzərində siçanın sol düymə iki dəfə tez və cəld sıxılır və açılmış proqram kodunda aşağıdakı proqram yığılır.
Private Sub CommandButton1_Click()
a = Val(TextBox1.Text)
b = Val(TextBox2.Text)
c = Val(TextBox3.Text)
Select Case a
Case 5
d = b + c
Label4.Caption = "Netice: d = " & d
Case 0
d = -b - c
Label4.Caption = "Netice: d = " & d
Case 10
d = b * c
Label4.Caption = "Netice: d = " & d
Case Else
Label4.Caption = "Qiymət duzgun daxil edilməyib"
End Select
End Sub
Koddan məlum olduğu kimi a-ın yalnız 5, 0, 10 qiymətlərində d hesablanır. Əks halda "Qiymət duzgun daxil edilməyib" ifadəsi işıqlanacaq. Burada Val funksiyası sətr dəyişənini rəqəmə çevirir. Məsələn, a = Val(TextBox1.Text) əməliyyatı TextBox1 pəncərəsinə daxil edilmiş yazını (yazı tipli) rəqəmə (İnteger tam rəqəm tipi) çevirir.
7 . Proqramı bitirmək üçün “Son” düməsinin proqramı yazılır.
Private Sub Command Button2_Click()
End
End Sub
8. Run Sub/ UserForm düyməsi basılır və nəticə aşağıdakı şəkildəki kimi olur
Dostları ilə paylaş: |