WINDOWS əməlİyyat sİstemİnİn buferİndən İstİfadə etməklə obyektlərİn İdarə edİlməsİ
Cizgini kompyüterin buferinə yazmaq üçün əvvəlcə cizgi qeyd edilir üzərində siçanın sağ düyməsi vurulur və açılmış kontekst menyudan (və ya əsas menyudan Edit ->Cut) (kəsmək) düyməsi basılaraq cizgi ekranda pozulub buferə yazılır. Eyni qayda ilə cizginin surətini köçürmək üçün Copy (surəti) düyməni basmaqla cizgi buferə köçürülür. Buferdən cizgini digər faylda ekrana qoymaq üçün Paste (qoymaq) düyməsi basılır. Son əməliyyatı ləğv etmək üçün “arxaya” düyməsi basılır, qabağa bir addım keçmək üçün isə “qabağa” düyməsi basılır.Məsələn, AutoCAD da çəkilmiş cizgini qeyd edib, Copy komandası ilə surətini buferə (aralıq yaddaşına) köçürülür və sonra WORD yüklənir və oradakı Paste komandası ilə oraya köçrülür. Əgər ekranıın surətini köçürmək lazım olarsa Copy to Clipboard-la deyil klaviaturadan PrSc SysRq düyməsi ilə surət buferə köçrülür.
Bu üsulla Autocad-da bir neçə açıq fayllardan cizgi mübadiləsi etmək olar.