AutoCAD paketİndə fayİlların saxlanması
SAVE komandası CTRL+S
Komandanın vəzifəsi faylı yadda saxlamaqdır. Faylı ilk dəfə yadda saxladıqda Save Drawing As (necə saxlayım) müracəti olunur. Buradan faylın adını, saxlandığı yeri və tipini vermək olar. Ikinci və sonrakı SAVE komandası Save Drawing As müracətini etmədən aktiv adla faylı yadda saxlayır və faktiki olaraq QSAVE (Sürətlə saxlamaq) komandasını yerinə yetirir. Bu komandaların hər ikisini də klaviaturadan da daxil etmək olar.
SAVE as komandası CTRL+Shift+S
Bu komanda ilə faylın adını dəyişmək, faylı başqa ktaloqda və ya başqa diskdə və həmçinin başqa formatda (başqa genişlənmə ilə) saxlamaq olur. Faylın adını dəyişdikdə köhnəsi pozulmur.
SAVE as komandası yükləndikdə Save Drawing As dialoq pəncərəsi açılır. Buradakı Save in sahəsindən açılan pəncərədən diskin adı və diskdəki kataloqlardan biri seçilir. Əgər yeni kataloq yaratmaq lazım olarsa Create new folder aləti basılır və açılmış kataloqa ad yazılır. Bu sətirdəki Back to .. (əvvəlkinə) aləti ilə sonuncu kataloqa qayıdılır. Up on lavel (bir addım yuxarı) komandası ilə bir addım əvvələ doğru hərəkət edilir (sonuncu «Raboçiy stol (Desktop)» olur).
File name (faylın adı) pəncərəsində faylın adı yazılır. Files of type (faylın tipi) pəncərəsində faylın mümkün formatı yəni tipi seçilir (məsələn, .dwg). SAVE düyməsi verilmiş adda faylı saxlayır. CANCEL düyməsi SAVEas əməliyyatını ləğv edir.
Dostları ilə paylaş: |