pəncərəsini açır və orada cizgi haqqında əlavə məlumat daxil etməyə imkan verir (cizginin vəzifəsi, müəllifi və s.).
Fayllar üzərində bəzi əməlləri sazlamaq üçün -menyusundan OPTIONS komandasını daxil etməklə yerinə yetirmək olar. Bu komanda daxil etdikdə eyniadlı dialoq pəncərəsi açılır. Bu pəncərədən OPEN and SAVE (aç və saxla) bölməsi açılır.
SAVE AS sahəsində açılan siyahıdan faylı saxladıqda fayla mənimsədilən tipi təyin etmək olur. Save a Thumbnail Preview Image açarı faylı açdıqda onun əvvəlcədən görünməsini idarə edir. Incremental Save Precent –in qiyməti (50) nə qədər böyük olarsa fayl bir o qədər sürətlə yadda saxlanılır lakin faylın həcmi böyüyür.
File Safety Precautions (faylın qorunması) sahəsində Automatic Save- avtomatik faylın yadda saxlanması intervalıdır (dəqiqə ilə). Sreate Backup Copy with Each Save – açarı faylın (.bak) ehtiyat üçün surətini saxlayır. Maintain a log File – açarı faylın jurnalında istifadəçinin etdikləri əməlləri yazır. File Extension for Temporary Files – müvəqqəti fayllar üçün genişlənmə yaradır.