P AN Realtime (mövcud zamanda panoramlama) – işə salmaq üçün siçanla kursoru hərəkət etdirmək lazımdır (siçanın diyircəyini basıb saxlamaqla ekranda hərəkət etməli).
ZOOM (böyütmə) komandası
Z OOM komandası ekranda cizginin görnüş (cizginin miqyası dəyişmir) miqyasını idarə edir. Miqyası böyütdükdə cizginin ən kiçik elementlərini görmək olur. Əksinə əgər cizgini kiçiltsək, onda bütün çerytoj ekranda görünər. Bu böyüdücünü ekrandan yaxınlaşdırmaq və uzaqlaşdırmaq kimi əməliyyatına oxşayır. Bundan başqa ZOOM komandası vəziyyəti çevik idarə edə biləcək çoxlu altkomandalara malikdir. ZOOM komandası «şəffaf» komandadır yəni digər komandalarla işləyə-işləyə bu komandaya müracət etmək olar. Komandaya komandalar sətrindən, (Drafting and annotation işçi sahəsində) zolağın View (görünüş) menyusundakı Navigate 2D (2D yönəltmə) lövhəsindən və s müracət etmək olar.
Təsvirin miqyasının dəyişməsini ZOOM-la yerinə yetirən zaman cizginin ölçüsü dəyişmir. Lakin obyektlərin miqyasını dəyişən komandalar onun ölçüsünü də dəyişir (SCALE). ZOOM (Z) komandasını komandalar sətrindən daxil edək.
və ENTER düyməsi basılır. Kvadrat mötərzədə yazılan sözlər altkomandalar adlanır.Onlardan istifadə etmək üçün ya onlar tam yazılır məsələn, All, ya da ki, sözdəki böyük fərf daxil edilir "A" və ENTER düyməsi basılır. Bunlardan başqa e kranda siçanın sağ düyməsi vurulub açılmış kontekst menyudan altkomandalardan birini seçmək olar.
ZOOM Realtime (həqiqi vaxtda miqyaslama) bu rejimi işə salmaq üçün göstərilmiş alət işə salınır. Komanda işə düşən kimi kursorun işarəsi dəyişərək lupa şəklini alır (alətdəki kimi). Lupa üzərində «+» və «-» işarəsi vardır. Siçanın sol düyməsini basaraq «+» istiqamətdə hərəkət etdirərək təsvirin miqyasını böyütmək, «-» işarəsi istiqamətində hərəkət etdikdə isə miqyası kiçiltmək olar.
Əgər kursor ekranın sərhəddinə çatarsa, onda düyməni buraxıb kursoru ekranın mərkəzinə çəkərək yenidən əməliyyat təkrarlanır, ekranın mərkəzindən onun sərhəddinə kimi hərəkət miqyası 100% dəyişir.
Komandadan çıxmaq üçün ən sürətli variantlardan biri siçanın sağ düyməsini basmaqla ekranın ZOOM komandasının altkomandalarından ibarət menyu açılır və oradan EXIT seçilir.
Z OOM komandasının digər altkomandaları
W indow (pəncərə) - Bu altkomanda işə salındıqda ekranda böyüdüləcək hissə düzbucaqlı pəncərə daxilinə salınır və həmin hissə ekran boyda böyüyür.
Dostları ilə paylaş: |