C enter (mərkəz) Bu altkomanda ekrana çıxarılması nəzərdə tutulan cizginin mərkəzini tə'yin edir və sonra onun miqyas əmsalı və ya hündürlüyü verilir. Bu parametlərin mövcud qiymətləri bucaq mö’tərizələrində (<>) göstərilir. Daxil edilən qiymət böyükdürsə cizgi o qədər kiçilir, daxil edilən qiymət kiçikdirsə cizgi o qədər böyüyür.
I n (böyütmə) - Bu komanda Scale komandasını təkrar edir, tə'yin edilmiş əmsalı 2x olmaqla.
Out (kiçiltmə) - Bu komanda Scale komandasını təkrar edir, tə'yin edilmiş əmsalı 0,5x olmaqla.
All (hamısı) - Bu miqyaslama əməliyyatı elə yerinə yetirilir ki, cizgi vərəqinin ölçüləri (formatı) və cizgi ekranda yerləşsin.
Extents (sərhədlər) - Bu komanda yerinə yetirilən zaman cizgidə olan bütün elemenlər ekranda göstərilir.
Object(obyekt)- komandası seçilmiş obyekti ekran boyda edir.
Pervious (əvvəlki) - Bu komanda miqyaslamanın əvvəlki qiymətinə qaytarır.